Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1256/2024 05.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehın cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evə köçürülmə, evdən istifadə hüququnun saxlanması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X7, qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı evdən cehiz əşyaları ilə birlikdə çıxarılma və evə köçürülmə tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı şəxsi mülkiyyətdə olan fərdi yaşayış evindən istifadə hüququnun müəyyən müddətə saxlanılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-292/2024 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 105 saylı ev (tam mülkiyyət) İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə İddiaçı, X4 və X3 ümumi birgə mülkiyyətindədir. Həmçinin həmin Çıxarışdan görünür ki, İddiaçı daşınmaz əmlaka mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixində qeydiyyatda alınmışdır.
2. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2016-cı ildən Şəmkir rayonu, Tatarlı kəndində qeydiyyatdadır.
3. Şəmkir Rayon Məhkəməsinin 2(076)-594/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Məhəmməd oğlunun Şəmkir rayonun Tatarlı kəndində yerləşən cavabdeh X5 yaşadığı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
4. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.2015-ci ildə Tovuz rayonunda anadan olmuş, atası X12, anası Cavabdeh olmuşdur.
5. Nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə X8 xx.xx.2014-cü ildə rəsmi nikaha girmiş, nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı evdən cehiz əşyaları ilə birlikdə çıxarılma və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməyinə, Cavabdeh əşyaları ilə birlikdə həmin evdən çıxarılması, 100+1 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının gəlinidir. O, iddiaçının oğlu Alıyev Zülfü ilə ailə qurub və müvəqqəti olaraq iddiaçının evinə köçüb. Hazırda oğlu Rusiyada yaşayır. Cavabdeh isə onu evdən qovub və mülkiyyətində olan evdə yaşamağa icazə vermir. Bu səbəbdən hazırda Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsi, ev 77, mənzil 32-də yaşayır. Cavabdehin yaşadığı ev ünvan 2 ünvanda yerləşir və iddiaçının tam mülkiyyətindədir. Evin yerləşdiyi həyətyanı torpaq sahəsi isə paylı mülkiyyətdədir. Cavabdeh iddiaçının mülkiyyətiçi olmasına baxmayaraq, onun həmin evdə yaşamağına, evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə etməyinə maneə yaradır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İstəyir ki, məhkəmə iddiaçının ünvan 2 ünvanda yerləşən və iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməyinə və cavabdehin cehiz əşyaları ilə birlikdə həmin evdən çıxarılmasına dair qərar versin.
8. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı şəxsi mülkiyyətdə olan fərdi yaşayış evindən istifadə hüququnun müəyyən müddətə saxlanılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, ilk iddiaçıya qarşı qaldırmış olduğu xx.xx.2015-ci il təvəllüdlü Zamiq adlı uşağının və iddiaçının ünvan 3 ünvanda yerləşən, ilk iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən müəyyən müddətə istifadə hüquqlarının saxlanılmasına dair qarşılıqlı iddianın icraata qəbul edilməsi, ilk iddiaçının ona qarşı qaldırdığı ünvan 3 ünvanda yerləşən özünün mülkiyyətində olan evinə köçürülməsi, onun isə cehiz əşyaları ilə birlikdə həmin evdən çıxarılmasına dair tələbinə dair ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın, yəni xx.xx.2015-ci il təvəllüdlü Zamiq adlı uşağının və iddiaçının ünvan 3 ünvanda yerləşən, ilk iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən müəyyən müddətə, yəni 9 il müddətə istifadə hüququnun saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhəmməd oğlu onun qaynatasıdır. Alıyev X6 Rayon Məhkəməsində ona qarşı özünün evə köçürülməsi və onun evdən çıxarılmasıda dair ilk iddia qaldırmış, həmin iddia üzrə mülki iş hakim Şəfəq Məmmədovanın icraatındadır. İlk iddia ərizəsində iddiaçının oğlu Zülfü ilə onun ailə qurub evlənməyini, müvəqqəti olaraq ona məxsus olan evə köçürülməyini, hazırda oğlunun Rusiyada yaşamasını, cavabdeh olaraq onun ilk iddiaçının evdən qovmasını, mülkiyyətində olan evdən yaşamasına icazə vermədiyini, bu səbəbdən də hazırda ilk iddiaçının Şəmkir rayonu, N.Nərimanov küçəsi, ev 77, mənzil 32-də yaşamasını, cavabdehin yaşadığı evin isə ünvan 2 ev olmaqla iddiaçının tam mülkiyyətində olmasını, cavabdeh olaraq onun ilk iddiaçıya mülkiyyətində olan evdən və evin yerləşdiyi torpaq sahəsindən istifadə etməsinə mane olmağı, buna görə ona qarşı məlum iddianı qaldırmaqla ilk iddiaçınin həmin evə köçürülməsi, cavabdehin isə cehiz əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını tələb etmişdir. Cavabdeh olaraq o, ilk iddianı qəbul etmir və ilk iddiaçıya qarşı məlum qarşılıqlı iddianı qaldırır. İlk iddianın əsassızlığı ilə bağlı qeyd edir ki, ilk iddiaçının oğlu X14 ilə həqiqətən nikahları xx.xx.2014-cü il tarixdə Tovuz rayon Qeydiyyat Şöbəsində 363 saylı akt qeydi ilə rəsmiləşdirməklə evlənib ailə qurmuşlar və onu gəlini olaraq ünvan 4 ünvanda yerləşən, ilk iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin sahibliyində və istifadəsində olmuş fərdi yaşayış evinə müvəqqəti deyil, əri ilə birlikdə ömrünün sonuna kimi yaşamaq üçün köçürülmüşdür. Cavabdehə məxsus olan cehiz əşyaları da həmin evə yığılmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh onu ailə üzvlüyünə qəbul etmiş və ailə təsərrüfatlarının 2014-cü ildən etibarən birlikdə idarə etmişlər. X27 ailənin maddi təminatını təmin etmək üçün digər həmyerlilər kimi Rusiyaya işləmək üçün getmişdir. Əri ilə birgə ailə həyatlarından xx.xx.2015-ci il təvəllüdlü Zamiq adlı uşaqları da həmin evdə anadan olmuş və həmin evdə böyüməkdədir. Qaynatası ilə birlikdə həmişə mehriban ailə şəraitində yaşamış, gəlini olaraq onun qayğılarını çəkmişdir. Eyni zamanda əri ilə birgə vəsaiti ilə qaynatasının mülkiyyətində olan həyətyanı torpaq sahəsində naves-çardaq inşa etdirmiş, həmin torpaq shəsində bağ salmış, qaynatasının səhhətinin ağırlaşdığı zaman ona doğma qızından artıq səviyyədə qulluq etmişdir. X26 və İlqar İsmayıl oğlulları qaynatasına məxsus evə sahiblik niyyətinə düşəndən sonra qaynatası onunla əvvəlki ailə münasibətlərini pozaraq müxtılif bəhanə ilə onu həmin evdən çıxarmağa cəhdlər etmişdir. Qaynatası açıq bildirmişdir ki, mülkiyyətində olan evini həmin qaynlarına vermək niyyətindədir, ona görə həmin evdən çıxaracaqdır. Ancaq o, heç vaxt ilk iddiaçıya öz evində yaşamasına maneçilik etməmişdir. Hətta ilk iddiaçının ona qarşı əsassız olaraq qaldırdığı öz evinə köçürülmə və həmin evdən istifadə hüququnun tanınması tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 0(076)- 594/2021 saylı qətnaməsi ilə qismən təmin edilərək, ilk iddiaçının ünvan 5 ünvanda yerləşən ğzünə gözlənilən mülkiyyət hüququ ilə məxsus olan evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə qət edilmişdir. Deməli, ilk iddiaçının öz evinə köçürülməsi haqqında iddiası üzrə qanuni qüvvəsini almış məhkəmədən qətnaməsi olmasına baxmayaraq eyni predment barəsində, eyni tərəfə qarşı və eyni əsasla təkrar iddia qaldırmışdr. Bu səbəbdən ilk iddia həmin hissədə tam əsassız olduğundan təmin edilməməlidir. İlk iddianın ikinci hissəsi barədə isə qeyd edir ki, cavabdeh uzun müddətdir X27lə və xx.xx.2015-ci il təvəllüdlü Zamiq adlı uşaqları ilə ilk iddiaçının son vaxtlar qeydiyyatına alınan, mülkiyyət hüququ ilə mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən evdə yaşayır. Ona görə o, ilk iddiaçının oğlu ilə faktiki və rəsmi ailə münasibətində olmaqla ilk iddiaçının ailə üzvü hesab edilir. Əri ilə nikahları pozulmasa da ilk iddiaçının ailə üzvü hesab edilmədiyinə görə onunla mülkiyyətçinin həmin evlə bağlı münasibətləri qüvvədə olan AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə tənzimlənir. Yəni Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd olunanlara əsasən bir daha bildirir ki, əri Rusiyada işləməsinə baxmayaraq ailənin maddi təminatını demək olar ki, tam təmin edə bilmir, nəinki ailənin yaşaması üçün ayrıca yaşayış evi əldə bilək. Ona görə ən azından xx.xx.2015-ci il təvəllüdlü Zamiq adlı uşağının ilkin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən 9 il müddətinə istifadə hüququnun saxlanılması daha ədalətli nəticə olar.
10. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-292/2024 nömrəli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı evdən cehiz əşyaları ilə birlikdə çıxarılma və evə köçürülmə tələbinə dair ilk iddia ərizəsinin evə köçürülmə tələbinə dair hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
11. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-292/2024 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova), ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü oğlu X17 və ona məxsus olan cehiz əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı şəxsi mülkiyyətdə olan fərdi yaşayış evindən istifadə hüququnun müəyyən müddətə saxlanılması” tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 101 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13, 29 maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4 və 228.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
13. Qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-292/2024 nömrəli qətnaməsinin ləğv edilərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ilk iddiaçının oğlu X14 ilə həqiqətən nikahları xx.xx.2014-cü il tarixdə Tovuz rayon Qeydiyyat Şöbəsində 363 saylı akt qeydi ilə rəsmiləşdirməklə evlənib ailə qurmuşlar və onu gəlini olaraq ünvan 4 ünvanda yerləşən, ilk iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin sahibliyində və istifadəsində olmuş fərdi yaşayış evinə müvəqqəti deyil, əri ilə birlikdə ömrünün sonuna kimi yaşamaq üçün köçürülmüşdür. Cavabdehə məxsus olan cehiz əşyaları da həmin evə yığılmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh onu ailə üzvlüyünə qəbul etmiş və ailə təsərrüfatlarının 2014-cü ildən etibarən birlikdə idarə etmişlər. İlk iddiaçının ona qarşı əsassız olaraq qaldırdığı öz evinə köçürülmə və həmin evdən istifadə hüququnun tanınması tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci iltarixli 2(076)-594/2021 saylı qətnaməsi ilə qismən təmin edilərək, ilk iddiaçının ünvan 5 ünvanda yerləşən ğzünə gözlənilən mülkiyyət hüququ ilə məxsus olan evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə qət edilmişdir. Deməli, ilk iddiaçının öz evinə köçürülməsi haqqında iddiası üzrə qanuni qüvvəsini almış məhkəmədən qətnaməsi olmasına baxmayaraq eyni predmet barəsində, eyni tərəfə qarşı və eyni əsasla təkrar iddia qaldırmışdr. Bu səbəbdən ilk iddia həmin hissədə tam əsassız olduğundan təmin edilməməlidir. İlk iddianın ikinci hissəsi barədə isə qeyd edir ki, cavabdeh uzun müddətdir X27lə və xx.xx.2015-ci il təvəllüdlü Zamiq adlı uşaqları ilə ilk iddiaçının son vaxtlar qeydiyyatına alınan, mülkiyyət hüququ ilə mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən evdə yaşayır. Ona görə o, ilk iddiaçının oğlu ilə faktiki və rəsmi ailə münasibətində olmaqla ilk iddiaçının ailə üzvü hesab edilir. Əri ilə nikahları pozulmasa da ilk iddiaçının ailə üzvü hesab edilmədiyinə görə onunla mülkiyyətçinin həmin evlə bağlı münasibətləri qüvvədə olan AR Mənzil Məcəlləsinin 30.4cü maddəsi ilə tənzimlənir. Yəni Mənzil Məcəlləsinin 30.4-cümaddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsininmülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyənmüddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd olunalnlara əsasən bir daha bildirir ki, əri Rusiyada işləməsinə baxmayaraq ailənin maddi təminatını demək olar ki, tam təmin edə bilmir, nəinki ailənin yaşaması üçün ayrıca yaşayış evi əldə bilək. Ona görə ən azından xx.xx.2015-ci il təvəllüdlü Zamiq adlı uşağının ilk iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən 9 il müddətinə istifadə hüququnun saxlanılması daha ədalətli nəticə olar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. İş üzrə ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 27.2 On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
22. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
23. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər
24. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
25. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
26. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarı
27. yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı
28. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
41. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, qarşılıqlı iddiaçı tərəfindən qətnamənin ləğvi xahiş edilsə də, ilk iddianın təmin edilməmiş hissəsi apellyatorun mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı ilk iddianın təmin edilmiş hissəsi və qarşılıqlı iddianın rədd edilməsi hissələrində yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-292/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh ilə ilk iddia üzrə iddiaçının oğlu X12 ilə xx.xx.2014-cü il tarixində rəsmi nikaha girmiş, onlar nikaha girdikdən sonra Cavabdeh hazırda mübahisəsi olunan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X17 anadan olmuş, X1 Federasiyasında yaşadığından uşaq ananın himayəsində olmaqla hazırda mübahisəsi olunan fərdi yaşayış evində yaşayır və onlar arasında olan nikah pozulmamışdır. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqları isə xx.xx.2023-cü il tarixində qeydiyyatda alınmışdır.
46. Məhkəmə kollegiyası göstərir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olub-olmaması araşdırılmalı, onların arasında yaranmış hüquq münasibətləri Mənzil Məcəlləsinin müddəaları əsasında təhlil edilməlidir.
47. Məhkəmə kollegiyası mübahisənin hüquqi həllinin daha ətraflı işıqlandırılması üçün aşağıdakı ümumi hüquqi əsasları da qeyd etməyi zəruri sayır.
48. Mənzil hüququ Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 3cü hissəsində neqativ formada ifadə edilərək göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
49. Həmin maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin ikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.
50. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh ilə ilk iddia üzrə iddiaçının oğlu X12 ilə xx.xx.2014-cü il tarixində rəsmi nikaha girmiş, onlar nikaha girdikdən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür.
51. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
52. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
53. Bu normaların düzgün tətbiqi üçün ilk növbədə qarşılıqlı iddia üzrə iddiaçının cavabdeh İddiaçı ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
55. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
56. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın keçmiş gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
57. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə qarşılıqlı iddia üzrə iddiaçı ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ev üzərindəki mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır.
58. Qeyd olunmalıdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
59. Qeyd olunmalıdır ki, mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilməsi isə birmənalı olaraq cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmasına əsas vermir.
60. Çünki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasını mümkün sayır.
61. Apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçının qeyd olunan normaya əsasən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını araşdıraraq hesab edir ki, qarşılıqlı iddia həmin hissədə təmin edilməməlidir.
62. Nəzərə alınmalıdır ki, cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması, bu barədə tələbin olub-olmamasında asılı olmayaraq məhkəmə tərəfindən araşdırılmalıdır.
63. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair» 22 yanvar 2015ci il tarixli qərardadında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, «yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər».
64. Konstitusiya Məhkəməsi daha sonra bildirmişdir ki, «mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür».
65. Göründüyü kimi, istifadə hüququnun məhkəmə tərəfindən müəyyən müddətə saxlanılması mülkiyyətçinin keçmiş ailə üzvünə məxsus hüquqdur, hazırkı mülki iş üzrə isə Cavabdeh İddiaçı keçmiş ailə üzvü olmadığından və bu baxımdan onun həm də həmin evdən istifadə hüququ yaranmadığından qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz.
66. Digər tərəfdən uşaq anasının himayəsində olduğundan Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən onların yaşayış yeri anasının yaşayış yeri hesab olunur və iddianın təmin olunması yalnız uşaqların iddia tələbində qeyd olunduğu kimi anaları ilə birlikdə köçürülməsi halında mümkündür. Buna görə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir.
67. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
68. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
71. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
72. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
74. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-292/2024 nömrəli qətnaməsi mübahisələndirilən - ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi - hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.