Məhkəmə qərarları › İş №2(008)-137/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-137/2025

22.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-137/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 qızıının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və əmlakın dəyərinin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlə birgə nikah zamanı birgə gəlirləri hesabına tikilmiş Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi 162 A ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, birgə nikah dövründə birgə gəlirləri hesabına əldə edilmiş “Toyota Land-Cruıser- Prado” minik markalı, 90ES093 nömrə nişanlı avtomobilin dəyəri olan 30000 (otuz min) manat məbləğində pulun yarısının, yəni 15000 (on beş min) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh vəkili X2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 uzun sürən xəstəlikdən sonra öldüyünü, bu səbədən icraata xitam verilməsini xahiş etmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə olunan məlumata əsasən cavabdeh İddiaçı xx.xx.2025-ci il tarixdə ölmüşdür. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin: 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261,262, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə; 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər; 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər; Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı öldüyündən iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilməlidir. Yuхаrıdа göstərilənləri və Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və əmlakın dəyərinin bölünməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar