Məhkəmə qərarları › İş №2(102)-1010/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1010/2025

17.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1010/2025 17.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər):kassasiya şikayəti verilməsi üçün prosessual müddət; prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evdən cehiz əşyaları ilə birlikdə çıxarılma və evə köçürülmə” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “şəxsi mülkiyyətdə olan fərdi yaşayış evindən istifadə hüququnun müəyyən müddətə saxlanılması” qarşılıqlı iddia tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1256/2024 nömrəli iş üzrə 20 dekabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 17 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı evdən cehiz əşyaları ilə birlikdə çıxarılma və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməyinə, Cavabdeh əşyaları ilə birlikdə həmin evdən çıxarılması, 101 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ca vabdeh İddiaçı xx.xx.2015-ci il təvəllüdlü Zamiq adlı uşağının və özünün ilk iddiaçının mülkiyyətində olan və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən müəyyən müddətə, yəni 9 il müddətə istifadə hüququnun saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-292/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı evdən cehiz əşyaları ilə birlikdə çıxarılma və evə köçürülmə tələbinə dair ilk iddia ərizəsinin evə köçürülmə tələbinə dair hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

4. Şəmkir Rayon Məhkəməsinin (hakim Şəfəq Məmmədova) xx.xx.2024-cü il tarixli, 2(076)-292/2024 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü oğlu X2 və ona məxsus olan cehiz əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh İddiaçı qarşı şəxsi mülkiyyətdə olan fərdi yaşayış evindən istifadə hüququnun müəyyən müddətə saxlanılması” tələbi barədə qarşılıqlı iddiasının rədd olunması, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 101 manat dövlət rüsumunun özünə aid edilməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-292/2024 nömrəli qətnaməsinin ləğv edilərək ilk iddianın rədd olunması, qarşı lıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyun 2024-cü il tarixli, 2(104)-1256/2024 nömrəli qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-292/2024 nömrəli qətnaməsi mübahisələndirilən - ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi - hissələrində dəyişdirilmədən saxlanılmışdır.

7. Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə ayrı-ayrılıqda kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın rədd olunmasına və qarşılıqlı iddia ərizəsinin tam təmin olunmasına dair qərar çıxarılmasını, bu mümkün olmadıqda isə işin hərtərəfli və obyektiv araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2024-cü il tarixli qərardadı ilə Cavabdeh və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikasının MPM-in 407-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) 20 dekabr 2024-cü il tarixli qərardadı ilə ilk iddia üzrə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyun 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi təmin ed ilməmiş və kassasiya şikayəti ilə birlikdə geri qaytarılmışdır.

10. Cavabdeh və qarşılıqlı ididiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil yenidən kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə verərək, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edib bərpa olunmasını, qətnamənin ləğv edilməsini və ilk iddianın təmin edilməməsinə və qarşılıqlı iddia ərizəsinin tam təmin olunmasına dair qərar qəbul edilməsinə, bu mümkün olmadıqda isə işin hərtərəfli və obyektiv araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, onun Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1256/2024 saylı qətnaməsindən verdiyi kassasi ya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin qərardadı ilə kassasiya şikayəti vəkil tərəfindən imzalansa da, vəkilə etibarnamə verilməməsi əsası ilə geri qaytarılmışdır. Qeyd etdiyi qərardadın mövcudluğundan o, icra məmuru ona məktub ünvanladıqdan sonra xəbərdar olmuşdur. Hazırda qərardadda qeyd edilən nöqsanları aradan qaldıraraq yenidən kassasiya şikayəti verir. Hesab edir ki, bununla da kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməlidir.

12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə, saat 11:09da ilk iddia üzrə Cavabdeh “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq da məhkəmə qətnaməsi xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia üzrə iddiaçıya rəsmi qaydada verilmiş hesab olunur. Hazırkı kassasiya şikayəti isə MPM-in 405.0.2-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, (qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 02 aydan sonra) 15 sentyabr 2024-cü il tarixdə verilmişdir.

13. Məhkəmə göstərmişdir ki cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən kassasiya şikayəti 14 gündən artıq müddət ötürülməklə verilmişdir. Çünki, sonuncu xx.xx.2024-cü il tarixdə qətnaməni qəbul etmiş, lakin qəbul etdiyi tarixdən 02 ay müddətində kassasiya şikayətini təqdim etməmişdir. Baxmayaraq ki, ilk iddia üzrə cavabdeh ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessua l müddətin ötürülməsinin üzürlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir.

14. Məhkəmə hesab etmişdir ki, qətnamədən vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayətinin verilməməsi, bunun isə heç də məqbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra kassasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs suiistifadəyə yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi- nəzərindən məqbul sayıla bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının tamamilə ləğv edilməsinə, kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edib bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti müddətin bərpasına dair ərizə ilə eyni məzmunda əsaslandırılaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1256/2024 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin qərardadı ilə kassasiya şikayəti vəkil tərəfindən imzalansa da, vəkilə etibarnamə verilməməsi əsası ilə geri qaytarılmışdır. Qeyd edilən qərardadın mövcudluğundan iddiaçı icra məmuru ona məktub ünvanladıqdan sonra xəbərdar olmuşdur. Qərardadda qeyd edilən nöqsanları aradan qaldıraraq yenidən kassasiya şikayəti verməklə hesab edir ki, bununla da kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməlidir. Maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. İş materiallarında kifayət qədər sənədlər olduğu halda hakim bu sənədlərə sübut növü kimi qiymət verməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə t ərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

19. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

20. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

21. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

22. Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.

23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

24. Maddə 405.Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər.

25. Maddə 408.1. Mülki P rosessual Məcəlləsinin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kass asiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

26. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

29. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məh kəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

30. Maddə 418.3.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fakt lara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh prosessual müddətin ötürülməsinin üzürlü səbəblərdən olmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Qətnamənin surətini alıb cavabdeh tərəfdən qanunla müəyyən edilmiş müddətdə şikayətin verilməməsi qətnamənin vaxtında icrasına maneəçilk törətmək üçün hüquqdan sui-istifadəyə, qanuni qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət davam edən qeyri-müəyyən vəziyyətin mövcudluğuna əsas verə bilər.

35. Qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (104)-1256/2024 nömrəli iş üzrə 20 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar