Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5629/2020 03.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, ev 18 A, mənzil 9 ünvanına cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və himayələrində olan xx xxxxxx 2004-cü il təvəllüdlü X1 istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx xxxxxx 2020-ci il tarixində alğı-satqı müqaviləsi bağlayaraq Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, ev 18 A, mənzil 9 ünvanında 58,92 kv.m ümumi sahədən ibarət olan daşınmaz əmlakı almışdır. Qeydiyyatda olanlar qeydiyyatdan çıxmalarını öhdələrinə götürsələrdə həmin mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlər ona məxsus olan evdə qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar. Onların həmin evdə qeydiyyatda qalması formal xarakter daşımaqla bərabər mülkiyyətçi kimi onun hüquqlarını da pozur. Əvvəla o, cavabdehlərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi cavabdehlərin onun evində qeydiyyatda qalması onun həmin evlə bağlı sərəncam vermək və s. hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlər isə faktiki olaraq, başqa yerdə yaşaması amma onun evində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında vəzifələrinin də icrasına ciddi maneələr yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, hal-hazırda həmin mənzildə yaşamır. Müvəqqəti olaraq orada qeydiyyatdadır. Mənzildən qeydiyyatdan çıxmağa razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, hal-hazırda həmin mənzildə yaşamır. Müvəqqəti olaraq orada qeydiyyatdadır. Mənzildən qeydiyyatdan çıxmağa razıdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh1 ilə İddiaçı arasında bağlanan xx xxxxxx 2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ünvan 1 A, mənzil 9 ünvanın da yerləşən ümumi sahəsi 58,92 kv.m, yaşayış sahəsi 45,94 kv.m olan 3 otaqlı mənzilini alıcı İddiaçı mülkiyyətinə vermişdir. Göstərilən alqı-satqı müqaviləsi əsasında həmin mənzilə dair İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, ünvan 2 ünvanında X3, Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı və Cavabdeh3 qeydiyyatdadırlar. Cavabdeh2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən 9 saylı mənzilin satılmasına razıdır. Cavabdeh3 X2 1 saylı notariat ofisində təsdiq edilmiş ərizəsindən görünür ki, o, ünvan 4 ünvanında yerləşən 21 saylı mənzilin satılmasına, dəyişdirilməsinə razıdır. xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 mübahisə predmeti olan mənzili alqı-satqı müqaviləsi ilə xx xxxxxx 2020-ci il tarixində almışdır. Mənzildə hal-hazırda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və himayələrində olan xx xxxxxx 2004-cü il təvəllüdlü X3 qeydiyyatdadırlar. Lakin cavabdehlər faktiki olaraq həmin mənzildə yaşamırlar. Həmçinin cavabdehlər mənzilin satılmasında da etiraz etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddənin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mənzili alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 aldığından, mənzildə yetkinlik yaşına çatan satıcının ailə üzvləri olan digər cavabdehlər mənzilin satılmasına notarial qaydada razılıq verdiklərindən, mənzildə qeydiyyatda olan və yetkinlik yaşına çatmayan cavabdehlərin ailə üzvü olan uşağın yaşayış yeri valideynlərinin yanı hesab olunduğundan, eyni zamanda cavabdehlərin faktiki olaraq könüllü şəkildə mübahisəli mənzildən çıxaraq başqa ünvanda yaşamaqla formal olaraq qeydiyyatda qalmaları iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır və bu səbəbdən cavabdehlərin və yetkinlik yaşına çatmayan xx xxxxxx 2004-cü il təvəllüdlü X1 mübahisəli mənzildə istifadə hüquqları qala bilməz və itirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və xx xxxxxx 2004-cü il təvəllüdlü X1 ünvan 5 A ünvanında yerləşən 9 saylı mənzilə istifadə hüquqları itirilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan xx xxxxxx 2004-cü il təvəllüdlü X1 ünvan 6 A ünvanında yerləşən 9 saylı mənzilə istifadə hüquqları itirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-5629/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5629/2020
03.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver