Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5651/2021 13.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı X1 Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçılar X1 və qeyrilərinin Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia tələbini müdafiə edərək, tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli 2(001)- 8766/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsini təqdim edərək, tərəflər arasında mübahisənin artıq həll olunduğunu bildirdi. Həmin qətnaməyə əsasən X1 Cavabdeh qarşı “mənzilə köçürülmə və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” barədə iddia ərizəsi, yəni onun 2009-cu il təvəllüdlü 2009-cu il təvəllüdlü İddiaçı2 2010-cu il təvəllüdlü İddiaçı1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin üst hissəsi, İV məhəllə (0041218) ünvanda yerləşən mənzilə köçürülməsi və “Mersedes C220 CDİ” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomaşının ½ hissəsinə iddiaçının mülkiyyət hüquqularının tanınması barədə iddiası rədd edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olduqda, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261-262, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçılar X1 və qeyrilərinin Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-5651/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5651/2021
13.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver