Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5681/2020 03.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh3, Cavabdeh2 Pariş oğluna, Cavabdeh1 və Cavabdeh4 qarşı Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 11 saylı evin 15 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 Pariş oğluna, Cavabdeh1 və Cavabdeh4 qarşı Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 11 saylı evin 15 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq Binəqədi rayonu 9-cu mikrorayon Mir Cəlal küçəsi 11 saylı 15 saylı mənzilini almışdır. Mənzildə qeydiyyatda olan cavabdehlər müqavilə bağlanarkən mənzildən qeydiyyatdan çıxmalarını öhdələrinə götürsədə bu günədək mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin onun mənzilində qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon Mir Cəlal küçəsi 11 saylı evin 15 saylı mənzilinə cavabdehlər Cavabdeh3, Cavabdeh2 Pariş oğlunun, Cavabdeh1 və Cavabdeh4 istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 Pariş oğluna, Cavabdeh1 və Cavabdeh4 məhkəməyə məlum ünvanları üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh3, Cavabdeh2 Pariş oğlunun, Cavabdeh1 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə isə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. X4 Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Satıcı Cavabdeh1 ilə alıcı X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli AN – İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 11 saylı evin 15 saylı mənzilini alıcıya 85500 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* seriyalı xx.xx.2018-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 11 saylı evin 15 saylı mənzili X1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 959 nömrəli reyestr kitabının 88978 nömrəli vərəqində qeydiyyata alınmışdır. 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ – İ № 314505 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 ilə X3 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 30 nömrəsi ilə qeyd edilmiş və nikah ləğv olunandan sonra qadına Həsənzadə soyadı verilmişdir. 3 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh2 Pariş oğlu, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh4 Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 11 saylı evin 15 saylı mənzilində qeydiyyatdadırlar. Cavabdeh2 Pariş oğlunun, Cavabdeh4 43 saylı notariat kontoruna ünvanladıqları xx.xx.2018ci il tarixli ərizələrinin surətindən müəyyən olunur ki, onlar Cavabdeh1 məxsus Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 11 saylı evin 15 saylı mənzilinin satılmasına etiraz etməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, qeydiyyatda olduqları mənzilin satılmasına razılıq verən cavabdehlər mənzil satıldıqdan sonra himayələrində olan və müqavilə bağlanarkən yetkinlik yaşına çatmayan xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 11 saylı evin 15 saylı mənzilini tərk edib daimi yaşamaq üçün başqa ünvana köçdüklərindən bu mənzilə istifadə hüquqlarını itirmişlər. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh3, Cavabdeh2 Pariş oğlunun, Cavabdeh1 və Cavabdeh4 Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 11 saylı evin 15 saylı mənzilinə istifadə hüquqları itirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5681/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5681/2020
03.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver