Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-569/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının və digər ödənclərin ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının və digər ödənclərin ödənilməsi” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin müddətsiz hesab edilməsi və gecikdirilmiş əmək haqqı üçün azı bir faiz məbləğində ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərkibində 2 il, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərkibində 4 il müddətində işlədiyini nəzərə alaraq AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsini əsas tutaraq əmək müqaviləsinin müddətsiz olması və AR Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum qərarına əsasən Agentlik tərəfindən 488 gün müddətində gecikdirilmiş 14943.51 manat əmək haqqının azı bir faizi məbləğində ödəncin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərkibində 2 il, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərkibində 4 il müddətində işlədiyini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsini əsas tutaraq Əmək Müqaviləsinin müddətsiz olması; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli Plenum qərarına əsasən Agentlik tərəfindən 488 gün müddətində gecikdirilmiş 14943,51 manat əmək haqqımın azı bir faizi məbləğində ödəncin ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əasən əmək müqaviləsinin xitamını nəzərdə tutan 3-17-4/3-2-1853/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xitam əmrinin ləğv olunaraq, onun X1 müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə işə bərpa olunması, işə bərpa olunduqda əmək məzuniyyətinin formalaşdırılmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının və məcburi iş buraxma dövründə müvafiq əmrlərlə ödənilmiş ödənclərin ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması və son haqq hesabın düzgün hesablanmadığı 45 təqvim gününün hesablanıb ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin X4 laborant, 2020-ci ildən müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində çalışmış və 2022-ci ilin sentyabr ayından X1 rotasiya olunmuşdur. xx.xx.2023-cü il tarixində əmək müqaviləsinin müddəti bitmədiyi halda qanunsuz olaraq əmək müqaviləsinə xitam əmri verilmişdir. Əmək müqaviləsinə verilən xitam əmrinin ləğv olunması tələbi ilə Binəqədi Rayon Məhkəməsinə iddia erizəsi ilə müraciət etmiş və iddia xx.xx.2023-cü il tarixli, 2(001)-3063/2023 nömrəli qətnamə təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-6097/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(001)-3063/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1428/2024 saylı Qərarı ilə Kasasiya şikayətini təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 08 avqust 2024-cü il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3063/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən X1 müəlicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə bərpa olunmuşdur. Lakin cavabdeh tərəf qanunsuzluq edərək, xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə yenidən xitam verərək işdən azad edəcəklərini bildirmişlər. İddiaçı isə onlara bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə eyni müəssisədə artıq 6 il işlədiyindən əmək müqaviləsi müddətsiz hesab olunmalıdır və o müddətin bitdiyinə görə işdən azad edilə bilməz. Cavabdeh ona əvvəl işlədiyi Xidmətdən çıxdığını və yenidən Agentlikdə işə qəbul olunduğu, bu səbəbdən də arada fasilə yarandığından əmək müqaviləsinin müddətsiz hesab edilməsi mümkün deyil. Halbuki iclaslarda dəfələrlə onlara bildirilmişdir ki, sadəcə olaraq artıq Xidmətin deyil Agentliyin işçiləri olaraq çalışacaqlar dəyişən ancaq budur. İddiaçının fasiləsiz və etirazsız olaraq qurumda 6 il ərzində işləməsi və əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq işəgötürən onunla əsassız olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Lakin 6 ili tamam olunduğundan əmək müqaviləsi müddətsiz hesab olunmalıdır. X11-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qanunsuz olaraq 3-17-4/3-2-1853/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam əmri verilmişdir. Əmək müqaviləsinə xitam əmri verilən gün deyil (xx.xx.2024), xx.xx.2024-cü il tarixdə ona təqdim olunmuşdur, bununla da Əmək məcəlləsinin 83-cü maddənin 3-cü hissənin normalarını pozmuşlar. Onun iş fəaliyyətinin 6 ili tamam olduğundan (2018-2024) Əmək məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi artıq müddətsiz sayıldığından verilən 3-17-4/3-2-1853/2024 nömrəli xx.xx.2024-cü il tarixli xitam əmri əsassız və qanunsuzdur. Bundan da əlavə əmək müqaviləsinə xitam vermə prosesini Əmək məcəlləsinin normalarına uyğun olmadığı da göz qarşısındadır. Bu səbəbdən də o, 3- 17-4/3-2-1853/2024 nömrəli xx.xx.2024-cü il tarixli xitam əmri ləğv olunaraq əvvəlki tutduğu vəzifəyə bərpa edilməsini, məcburi işburaxma müddəti üçün əmək haqqının və məcbur iş buraxma dövründə müvafiq əmrlərlə ödənilmiş ödənişlərin ödənilməsi haqqında qərar verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə ona rəsmi olaraq əmək müqaviləsinin xitamı barədə əmr təqdim olmadan, EMAS elektron sistemdəki kabinetinə əmr yerləşdirilmədən Mərdəkan Reabilitasiya pansionatın baş mühasibi son haqqı hesabı hesablayaraq hesabına köçürmə əməliyyatını etmişdir. Məbləğ az olduğu üçün Mərdəkan Reabilitasiya pansionatının kadrlar üzrə mütəxəsssisindən səbəbini soruşduqda ona istifadə edilməmiş məzuniyyətə görə cəmi 4 gün pul əvəzi verildiyini bildirmişlər. Halbuki o, ən son xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixinə kimi 15 gün müddətində məzuniyyətdə olmuşdur. Əmək müqaviləsinə görə 2022-2023 iş ili üçün 21 təqvim günü (6 təqvim günü əmək stajina görə), 2023-2024 iş ili üçün isə 36 təqvim günü (6 günü əmək stajına görə) toplam 57 təqvim gün (ondan toplam 12 günü əmək stajına görə) məzuniyyət hüququ olub. EMAS elektron sistemində müqaviləyə xitam əmri verəcəklərinə dair məlumat yerləşdiriləndən sonra ele xx.xx.2024-cü il tarixdə EMAS üzərində 143-cü maddənin 1-ci hissəsinə əsasən ona əmək məzuniyyətinin verilməsini xahiş etsə də X8 cavabında onun müraciətinin məzmununa uyğun olmayan şablon bir imtina cavabı vermişdir. İddiaçının Əmək müqaviləsinə qanunsuz xitam verilmiş və öz istəyi ilə deyil Agentliyin verdiyi səhv qərar və təqsiri üzündən məcbur boşdayanmada olmuşdur. Bu səbəbdən də son haqq hesabda 45 təqvim günü istifadə edilməmiş məzuniyyətə görə pul hesablanmamışdır. İddiaçı həmçinin daha əvvəl də Agentlik tərəfindən qanunsuz olaraq işdən azad edildiyindən, məhkəməyə müraciət etmiş və. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3063/2023 nörəli qərarı ilə işə bərpa olunmuşdur. xx.xx.2024-cü il tarixdə məcburi iş buraxma müddəti üçün gecikdirilmiş 14943,51 manat əmək haqqı almışdır. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən 488 gün gecikdirilmişdir. 11 aprel 2023-cü il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair qərarına əsasən “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Plenum qərarına əsasən Agentlik tərəfindən 488 gün müddətində gecikdirilmiş 14943, 51 manat əmək haqqının azı bir faizi məbləğində ödənişin verilməsini təmin etməlidirlər. Qeyd edilənlərə əsasən iddiaçı mövcud iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İddia tələbinə dair etiraz ərizəsi
4. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı qaydada etiraz ərizəsi ünvanalayaraq bildirmişdir, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əmək müqaviləsinin müddətsiz hesab edilməsi və pul tələbinə iddiası tamamilə qanunsuz, əsassızdır və rədd edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2018-ci il tarixindən müddətli əmək müqaviləsi bağlanılmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin X4 laborant vəzifəsinə işə qəbul edilmişdir. 28 avqust 2020-ci il tarixdə İddiaçı öz ərizəsi əsasında Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin **********0 nömrəli əmri ilə işdən azad edilmişdir. İddiaçı qeyd edilən əmri heç vaxt mübahisələndirməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Nazirliyin strukturunda işlə təmin edilməsinə dair ərizə ilə müraciət etmiş, həmin ərizə baxılmaq üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə göndərilmiş, Agentlik tərəfindən bu müraciət əsasında xx.xx.2020-ci il tarixində onunla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1-ci maddəsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanmaqla Agentliyin tabeliyindəki X2 orta və kiçik tibb heyətində təlimatçı vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı daha sonra xx.xx.2022-ci ildə X3 Pansionatının orta və kiçik tibb heyətində təlimatçı vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəllənin 73.1-ci maddəsinə əsasən sözügedən müqavilə xx.xx.2023-cü il tarixə qədər uzadılmış və xx.xx.2023-cü il tarixdə Məcəllənin 68-ci maddəsinin “b” bəndinə əsasən müqavilə müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Sözügedən xitam əmrinin ləğv edilməsi ilə əlaqədər İddiaçı məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin 2(001)-3063/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı 28 mart 2020-ci il tarixdə işə başlamış, onunla əmək müqaviləsi 2 il 1 gün müddətinə, yəni 28 sentyabr 2022-ci il tarixədək bağlanmışdır. İddia ərizəsinə cavabdeh tərəfindən verilmiş etirazda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixə qədər uzadıldığı qeyd edilsə də bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir....Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti 28 sentyabr 2022-ci il tarixdə bitməsinə baxmayaraq, əmək münasibətləri faktiki olaraq 28 mart 2023-cü il tarixədək davam etmişdir. Yəni 28 sentyabr 2022-ci il tarixdə müqavilə tərəflərindən heç biri əmək münasibətlərinə son verilməsi təşəbbüsünü göstərməmişlər. Belə olan halda cavabdeh tərəfindən müqavilənin müddətinin məhz 28 mart 2023- cü il tarixində bitmiş hesab olunması əsaslı hesab edilə bilməz”. Başqa sözlə məhkəmə hesab etmişdir ki, iddiaçı ilə 2 il müddətinə bağlanmış əmək müqaviləsinin müddəti 28 sentyabr 2022-ci il tarixdə bitməsinə baxmayaraq, tərəflərindən heç biri əmək münasibətlərinə son verilməsi təşəbbüsünü göstərməmişlər və beləliklə də müqavilənin müddəti eyni müddətə, yəni 28 sentyabr 2024-cü il tarixədək uzadılmış hesab edilməlidir. Qanuni qüvvəsini almış Binəqədi Rayon Məhkəməsinin 2(001)-3063/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi 08 avqust 2024-cü il tarixində Agentlik tərəfindən icra edilmiş, İddiaçı işə bərpa olunmuş və ona məcburi işburaxma müddəti üçün əmək haqqı- 14943,51 manat ödənilmişdir. Həmçinin məhkəmə qərarına uyğun olaraq İddiaçı əmək müqaviləsinin qüvvəsi bərpa edilmişdir. Lakin əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə (xx.xx.2024-cü il) onunla xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində (xx.xx.2024-qeyri iş günüdür) xitam verilmişdir. Həmçinin iddiaçı işə bərpa olunarkən ona ödənilmiş 14943,51 manat məcburi işburaxma müddəti üçün əmək haqqının 488 gün məcburi işburaxma müddəti dövrünün hər gününə görə 1%-i məbləğində ödəncin verilməsini tələb edir və iddiasının əsası kimi Əmək Məcəlləsinin 172-ci maddəsinə və həmin normanın şərh edilməsinə dair Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarına istinad etmişdir. Lakin cavabdehə tərəf buna etiraz edərək qeyd etmişdir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının məhkəmə qərarına uyğun olaraq, qərarın icrası ilə eyni vaxtda ödənilməsi əmək haqqının verilməsinin gecikdirilməsi hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsində isə işləyən, yəni əmək müqaviləsi davam edən (qüvvədə olan) işçinin aylıq əmək haqqının gecikdirilməsi ilə bağlı məsələlər tənzimlənmişdir. Belə ki, Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, “İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir”. Bundan əlavə, Məcəllənin 172-ci maddəsinin “qeyd hissəsində də göstərilir ki, “Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir”. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu da 11 aprel 2023-cü il tarixli qərarında məhz işçinin yerinə yetirdiyi işə görə işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq ödəncin verilməli olduğunu qeyd edir. İddiaçıya ödənilən 14943,51 manat pul məbləği onun yerinə yetirdiyi işə görə ödənilən əmək haqqı deyil, məcburi işburaxma müddəti üçün əmək haqqıdır, onun ödənilməli olduğu tarix məhkəmə qərarının icraya yönəldiyi tarixdir və həmin tarixdə də ödənilmişdir. Yəni işəgötürənin təqsiri üzündən iddiaçıya ödənilməli olan əmək haqqı, məzuniyyət haqqı və s. gecikdirilməmişdir. Əmək müqaviləsinin müddətsiz hesab edilməsi ilə bağlı tələb isə cavabdeh etiraz olaraq qeyd etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı xx.xx.2018-ci il tarixindən müddətli əmək müqaviləsi bağlanılmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin X4 laborant vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsindən göründüyü kimi, İddiaçı işəgötürəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmuşdur. İddiaçı öz ərizəsinə əsasən 28 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə işdən azad edilmişdir. İddiaçı bir ay sonra - 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış və baxılmaq üçün yönləndirilmiş məktubu nəzərə alınmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə işə qəbul edilmişdir. Onunla müddətli əmək müqaviləsi bağlanmışdır ki, bu əmək müqaviləsinin müddətli olmasının qanuniliyi və müddəti Binəqədi Rayon Məhkəməsinin yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış, preyudisyal əhəmiyyət kəsb edən qətnaməsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsində göstərilir ki, “Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir”. Buradan göründüyü kimi norma müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün 2 şərt müəyyən edir: 1. Müddətli əmək müqaviləsinin eyni işəgötürənlə davam etdirilməsi, 2. Müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq davam etdirilməsi. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs yaradılmış, Agentlik rəsmi olaraq hüquqi şəxs kimi xx.xx.2020-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməklə, ona publik hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilmişdir. Prezident Fərmanının 5.1-ci bəndindən göründüyü kimi, X10-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisidir. İddiaçı öz əmək funksiyalarını Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində (Xidmətin X4) yerinə yetirsə də yuxarıda da qeyd edildiyi kimi onun işəgötürəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmuşdur. Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi, iddiaçı öz ərizəsinə əsasən 28 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə işdən azad edilmiş, kifayət qədər mühüm vaxtdan (fasilədən) sonra - 28 sentyabr 2020-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən işə qəbul edilmişdir. Azərbaycan Respublikasının məhkəmələrinin analoji işlərə baxılması ilə bağlı məhkəmə təcrübəsində müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün əmək müqavilələrinin qüvvədə olmama müddətləri arasındakı kəsintinin hansı müddətinin ağılabatan qaydada “fasiləsiz” hesab edilə bilməsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsi mövcud deyildir. Bununla yanaşı Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin əvvəllər (iddiaçı işə götürülən vaxt) qüvvədə olan redaksiyasında göstərilirdi ki, “Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur”. Qeyd edilən normanın 28 iyun 2024-cü il tarixli, 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilmiş redaksiyasında isə göstərilir ki, “Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur”. Bu normadan göründüyü kimi qanunverici müddətli əmək müqaviləsinin müddətinin bitməsindən sonra onun “fasiləsiz” qaydada yenilənməsi üçün bir həftə müddət müəyyən etmişdir. Buradan belə nəticəyə gəlmək olur ki, əgər müddətli əmək müqaviləsi onun müddətinin qurtarmasından sonra bir həftə ərzində yenilənmirsə və ya işəgötürənlə bir həftə ərzində yeni müqavilə bağlanmırsa belə olan halda sonradan bağlanmış müqavilə (eyni işəgötürənlə bağlandıqda belə) əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi həmin əmək müqaviləsinə şamil edilə bilməz. Buradan göründüyü kimi iddiaçının əmək müqaviləsinin müddətsiz hesab edilməsinə dair tələbi də qanuni və əsaslı deyildir, təmin edilə bilməz. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası yoxdur və iddia tələbi rədd edilməlidir.
5. Daha sonra təkrar etiraz ərizəsi təqdim edərək, “Etiraz”da göstərilənlərlə yanaşı aşağıdakıların nəzərə alınmasını bir daha xahiş edərək bildirmişdir ki, məcburi iş buraxma müddəti üçün ödənilmiş əmək haqqına məcburi işburaxma dövrünün hər gününə görə 1% miqdarında ödəncin verilməsi tələbi ilə bağlı: Azərbaycan Respublıikası Ali Məhkəməsinin 2(102)-1295 saylı, xx.xx.2025-ci il tarixli Qərarında Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)-5463/2024 nömrəli qətnaməsində göstərilənlər təsdiq edilərək qeyd edilir ki, “Əmək müqaviləsinə 18 mart 2024-cü il tarixdə xitam verilmiş və həmin gün iddiaçıya son haqq-hesab ödənilmişdir. İddiaçı bu məbləğin düzgün hesablanmadığını (az hesablandığını) bildirmir, işə bərpa olunan günədək aylıq əmək haqqının hər gün üçün 1 faizini tələb edir. Halbuki, əmək müqaviləsinə xitam verildikdən və bununla bağlı tələb olunan məbləğdə son haqq-hesab ödənildikdən sonra işəgötürənin əmək haqqı ödənilməsi ilə bağlı işçi qarşısında hər hansı öhdəliyi qalmır. Azı bir faiz məbləğində ödənc isə işəgötürənin təqsiri üzündən verilməsi gecikdirilmiş əmək haqqına hesablanır. Məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı öhdəliyi də işçinin vəzifəsinə bərpa edilməsi ilə bağlı yaranır. Bu səbəbdən məhkəmə kollegiyası bu tələb üzrə də iddiaçının şikayətinin dəlillərini əsassız hesab edir”. Vahid məhkəmə təcrübəsinə əsaslanaraq anoloji Ali Məhkəmənin qərarında da qeyd edildiyi kimi, məcburi iş buraxma müddəti üçün ödənilmiş əmək haqqına məcburi işburaxma dövrünün hər gününə görə 1% miqdarında ödəncin tələb edilməsi əsassızdır və iddiaçının həmin tələbi təmin edilməməlidir. 2. Əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbi ilə bağlı: İddiaçı xx.xx.2018-ci il tarixindən müddətli əmək müqaviləsi bağlanılmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin X4 laborant vəzifəsinə işə qəbul edilmiş, işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmuşdur. İddiaçı öz ərizəsinə əsasən 28 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə işdən azad edilmişdir. Həmin əmr onun tərəfindən heç vaxt mübahisələndirilməmişdir. İşçi öz ərizəsinə əsasən sərbəstəşməsindən bir ay sonra, yəqin ki digər bir iş tapmaqda çətinlik çəkdiyindən "Dövlət Tibbi Sosial Ekspertiza və X6 Hüquqi Şəxsinə iş üçün müraciət etmiş və onunla 28 sentyabr 2020- ci il tarixdə müddətli əmək müqaviləsi bağlanılmaqla işə qəbul edilmişdir. Bu əmək müqaviləsinin müddətli bağlanmasının qanunauyğun olması artıq qüvvədə olan (iddiaçının xeyrinə nəticələnmiş) məhkəmə qərarları ilə təsdiq edilir. İddiaçının Dövlət Tibbi Sosial Ekspertiza və X7 Hüquqi Şəxsi ilə əmək müqaviləsinin müddəti 5 ildən artıq olmamışdır. Digər tərəfdən hətta Agentliyin (publik hüquqi şəxsin) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisi olduğu nəzərə alındıqda belə, iddiaçının tələbi əsaslı deyildir. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsində göstərilir ki, “Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir”. Buradan göründüyü kimi norma müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün 2 şərt müəyyən edir: 1. Müddətli əmək müqaviləsinin eyni işəgötürənlə davam etdirilməsi, 2. Müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq davam etdirilməsi. Əmək Məcəlləsinin və ümumilikdə qanunvericiliyin təhlili göstərir ki, qanunverici bu normada “fasiləsizlik” (yəni, arasıkəsilməzlik, ara vermədən davam etmə, aramsızlıq) prinsipini formal olaraq müəyyən etməmişdir. Burada “fasiləsizlik” prinsipi müəyyən edilərkən eyni işəgötürənlə əmək münasibətlərinin davamlı, kəsintisiz olması əsas götürülmüşdür. İddiaçı öz ərizəsinə əsasən 28 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə işdən azad edilmiş, kifayət qədər mühüm fasilədən sonra - 28 sentyabr 2020-ci il tarixdə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən işə qəbul edilmişdir. Onun Agentliklə bağladığı 28 sentyabr 2020-ci il tarixli əmək müqaviləsi əvvəlki əmək müqaviləsindən tamamilə müstəqil əmək müqaviləsi olmaqla, iddiaçının Agentliklə əmək münasibətləri fasiləsiz olaraq beş il davam etməmişdir. Göründüyü kimi iddiaçının bu tələbi də qanunsuz və əsassız olmaqla rədd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın tamamilə rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
Mülki işin materialları:
8. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2018-ci il tarixdə müddətli (Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay) əmək müqaviləsi bağlanmış və o, laborant vəzifəsinə işə qəbul edilmişdir.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz ərizəsi ilə) əsasən əmək müqaviləsinə xitam verilməsi barədə **********0 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı və digərlərinin (siyahı iş materiallarına əlavə olunub) əmək müqaviləsinə xitam verilmişdir.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə İddiaçı arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli müddətli əmək müqaviləsindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən X4 orta və kiçik tibb heyətində poliklinika üzrə təlimatçı vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 1 ayı sınaq müddəti olmaqla 3 (üç) ay müddətinə bağlanmışdır.
11. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə İddiaçı arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli müddətli əmək müqaviləsi hər 3 (üç) aydan bir uzadılmışdır.
12. “Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar”da göstərilmişdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi 2 il 1 gün müddətinə, yəni 28 sentyabr 2022-ci il tarixədək bağlanmışdır.
13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı töhmət növündə intizam tənbehi verilmişdir.
14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3063/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı barəsində töhmət növündə intizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17-4/3-206/0/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896-2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr ləğv olunmuş, İddiaçı X1 müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi Cavabdehn üzərinə həvalə edilməsi qət edilmişdir.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3063/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6097/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6097/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1428/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.
18. xx.xx.2024-cü il tarixli 3-17-4/3-2-1485/2024 saylı əmrə əsasən İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3063/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar işə bərpa edilmişdir.
19. Əmək haqqının hesablanması cədvəlinə əsasən (xx.xx.2024-cü il tarixli 3-17-4/3-2- 1485/2024 saylı əmrə əsasən) İddiaçı məcburi iş buraxmaya görə (mart 2023 – iyul 2024) 14.943,51 manat ödəniş edilmişdir.
20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-1853/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
21. Məzuniyyət hüququndan istifadə edilməsinə dair müraciətə cavab olaraq bildirilmişdir ki, AR Əmək Məcəlləsinin 113-cü maddəsinin 1-ci hissəsinə əsasən işçiyə əmək məzuniyyəti itirilmiş əmək qabiliyyətinin bərpası üçün verilir. İddiaçı məhkəmə qərarı ilə işə bərpa olunduğu üçün boşdayanma dövrü üzrə əmək məzuniyyəti formalaşmamışdır.
22. Məhkəmə Ekspertizası Mərkəzinin 9/1547 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı mart 2023-cü il - iyul 2024-cü il üzrə dövr üçün 14.943,51 manat ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə 1% miqdarında ödənc məbləği 33.213,29 manat təşkil etdiyi müəyyən olunmuşdur.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
23. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin
24. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
25. 45-ci maddəsinin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
26. 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
27. 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
28. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər.
29. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
30. 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.
31. 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
32. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
33. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.
34. 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir.
35. 12-ci maddəsinə əsasən Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri və məsuliyyətindən biri də əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır.
36. Məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
37. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə” dair 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
39. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir.
40. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.
41. X9 qeyd edilmişdir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir və işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır.
42. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə qətnaməsi ilə tutularaq ona ödənilməli olan əmək haqqının ödənilməsinin gecikdirilməsi halı əmək haqqının gecikdirildiyi hər gün üçün 1 (bir) faiz məbləğində ödənc ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməli, yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən (xx.xx.2024-cü il) iddiaçının işə bərpa olunan dövrünə qədər (xx.xx.2024-cü il) pul tutularaq iddiaçıya ödənilməlidir.
43. Məhkəmə həmçinin iddianın əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməsi hissəni araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə əsasladır. Buna görə də təmin edilməlidir.
44. Əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətli olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur.
45. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olan halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən “f” bəndinə istinad edərək hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşəgötürənin müddətə münasibətdə iradəsi var, çünki motiv müəyyən olunur. Lakin işçinin motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, müddətə münasibətdə onun motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Müqavilədə işçinin imzasının olması isə müddətə münasibətdə iradə ifadəsi sayıla bilməz.
46. Müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmadığına görə hesab olunur ki, “f” bəndində göstərilən qarşılıqlı razılıq yoxdur. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər 2 tərəfin razılığı nəzərdə tutulur. İşçinin razılığı olmadığına görə qalır 1 razılıq - işəgötürənin razılığı. İşəgötürənin razılığı isə “f” bəndinə uyğun hüquqi nəticə yaratmağa yönəlməyib. Əmək Məcəlləsinin 51-ci maddəsində əmək müqaviləsini 3 aylıq sınaq müddəti ilə bağlamaq imkanı müəyyən edilib, “f” bəndindən bu məqsədlə istifadə oluna bilməz. Əgər işəgötürən müqavilənin müddətli bağlanmasına işçinin həqiqi razılığını almaq istəyirdisə, əvvəlcə müddətlə bağlı öz məqsədini ona bildirməli idi. Çünki “f” bəndindən görünür ki, istənilən razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prisipinə əməl edilməklə əldə olunmuş razılıq müqavilənin müddətli bağlanmasına əsas verir.
47. Göründüyü kimi iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə iddiaçının iradə ifadəsi olmadan, çalışdığı Xidmətin Agentliyə çevrilməsi nəticəsində analıq məzuniyyətində olduğu dövrdə işdən azad edilmiş və təxminən 1 ay sonra elə analıq məzuniyyəti dövründə yenidən Agentlikdə işə qəbul edilmişdir.
48. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, işçilər kütləvi olaraq öz ərizələri əsasında “Xidmət”dən işdən azad edilmiş və yenidən “Agentlik”də işə qəbul edilmişlər.
49. Məhkəmə həmçinin cavabdehin müqavilənin müddətsiz bağlanmış hesab edilməsi hissəsinə dair etirazına münasibətdə bildirir ki, cavabdeh iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə 2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə öz ərizəsi ilə 2020-ci ilin avqust ayında Nazirlik tərəfindən xitam verildiyini, təxminən 1 ay sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə yeni əmək müqaviləsi bağladığını, bu səbəbdən də Agentliklə bağlanmış əmək müqaviləsinin müddətinin 5 ili keçmədiyini bildirmişdir.
50. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2020-ci ilin avqust ayında iddiaçının işdən öz ərizəsi ilə çıxması onun iradə ifadəsindən asılı olmayan səbəblərdən olmuşdur. Belə ki, həmin dövrdə işçilər, o cümlədən iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş vermiş struktur dəyişikliyi ilə əlaqədar işdən azad edilmiş və yenidən Nazirliyin tabeliyində yaradılmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə işə qəbul edilmişlər.
51. Məhkəmə həmçinin cavabdehin daha əvvəl qəbul edilmiş məhkəmə qətnaməsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin 2 il 1 gün qeyd edilməsi halını araşdıraraq hesab edir ki, həmin qətnamə üzrə mülki işə baxarkən, hazırkı işdə mübahisə predmeti olan 2018-ci il tarixli əmrin müddətsiz hesab edilməsi ilə bağlı mübahisə olmadığından məhkəmə tərəfindən həmin hal araşdırılmamış və münasibət bildirilməmişdir.
52. Məhkəmə hesab edir ki, iddiaçının fasiləsiz olaraq 5 ildən artıq müddətdə eyni müəssisədə (struktur dəyişikliyi nəzərə alınmaqla) işlədiyindən onunla bağlanmış əmək müqaviləsi müddətsiz bağlanmış əmək müqaviləsi hesab edilməlidir.
53. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə müddətin başa çatması ilə xx.xx.2024-cü il tarixdən xitam verilməsinə dair əmri qanunsuz hesab edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməlidir.
54. Həmçinin məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıya işə bərpa olunduqdan sonra məcburi işburaxmaya görə ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq ödənilməlidir.
55. Məhkəmə həmçinin iddia tələbinin son haqq hesabın düzgün hesablanmadığı, məzuniyyət dövrü üçün 45 təqvim gününün hesablanıb ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddiaçı öz iddiasını bu hissədə sübuta yetirə bilmədiyindən təmin edilməməlidir.
56. Belə ki, Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
57. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMnin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-nin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.
58. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
59. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (Xidmət) ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-2-1853/2024 nömrəli xx.xx.2024-cü il tarixli xitam əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əvvəlki vəzifəsinə - X1 müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə bərpa edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentli tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2025-ci il tarixdən işə bərpa edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı ödənilməli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il Plenum qərarına əsasən yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən (xx.xx.2024-cü il) iddiaçının işə bərpa olunan dövrünə qədər (xx.xx.2024-cü il) Agentlik tərəfindən gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməldir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
60. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
61. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
62. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.2 və "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.2, 9.1.1-ci maddələrinə əsasən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir.
50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının və digər ödənclərin ödənilməsi” tələblərinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (Xidmət) ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-2-1853/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xitam əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əvvəlki vəzifəsinə - X1 müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə bərpa edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən işə bərpa edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il Plenum qərarına əsasən yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən (xx.xx.2024-cü il) iddiaçının işə bərpa olunan dövrünə qədər (xx.xx.2024-cü il) Agentlik tərəfindən gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödənc Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova