Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5696/2025 08.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2* Hüseynağa qızının sədrliyi, Səftərov Hüseyn Sahib oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh İlqar Məmmədova adına 298 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı işə bərpa, ödənilməmiş əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdeh İlqar Məmmədova adına 298 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı işə bərpa, ödənilməmiş əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olub, ixtisası isə ingilis dili müəllimidir. Bakı şəhəri, Cavabdeh1 *7.*9.2**2-ci il tarixli 36 a nömrəli əmri ilə həmin məktəbə ingilis dili müəllimi vəzifəsinə təyin edilmiş, 3*.*6.2*25-ci il tarixədək həmin məktəbdə ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi almamışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq uzun müddətdir ki, həyat yoldaşından ayrılmış və faktiki olaraq ayrı-ayrı ünvanlarda yaşamaqla təsərrüfatı ayrı idarə edirlər. Özü valideynlərinin evində yaşayır. X2 və bacılarından X7 hər ikisi ikinci qrup əlil, digər bacısı X6 1-ci qrup əlil olmaqla (serebral iflic xəstəliyi) hər üçü onun himayəsindədir. X1 əsəb xəstəliyindən əziyyət çəkir. 2* iyun 2*25-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında iştirak etmiş və himayəsində 1-ci qrup əlil olan bacısı və digər iki ikinci qrup əlilliyi olan ailə üzvlərinə qulluq etməyi ilə əlaqədar olaraq imtahana hazırlaşa bilməmiş və nəticədə imtahanda yetərli bal toplaya bilməmişdir. Bu barədə işəgötürən olan hazırki iş üzrə cavabdeh Bakı şəhəri, Cavabdeh1 rəhbərliyinə məlumat verməyinə baxmayaraq ailə vəziyyətini, öhdəliyində 1-ci qrup əlilin olmasına baxmayaraq onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrlə tanış olduqdan sonra ona məlum olmuşdur ki, işəgötürən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “C” bəndi ilə, yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əsası ilə xitam vermişdir. Həmin əmrin işəgötürən tərəfindən ləğv edilməklə onu yenidən işinə bərpa etməyini işəgötürəndən xahiş etdikdə isə o əmrini dəyişməyəcəyini, sertifıkasiyadan keçmədiyini əsas gətirməklə öhdəliyində olan 1-ci qrup əlil olan bacısının olmasının da ona heç bir aidiyyətinin olmadığını bildirməklə onun verdiyi əmrin də qanunvericiliyin tələbinə tam uyğun olduğunu qeyd etmişdir. Bu səbəbdən Bakı şəhəri, Cavabdeh1 barəsində verilmiş AR ƏM-nin 7*-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair 3*.*6.2*25-ci il tarixli, OU25*297*1*7/e nömrəli əmrin ləğv edilməsi, onun yəni İddiaçı Bakı şəhəri, İlqar Məmmədov adma 298 nömrəli tam orta ümumtəhsil məktəbinə ingilis dili müəllimi vəzifəsinə bərpa edilməyi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə hər ay üçün 1 stavka (18 saat) əmək haqqı olan 785 manat aylıq əmək haqqının cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, himayəsində 1-ci qrup əlil bacısı və İİ qrup atası və bacısı var, anası da həmçinin əsəb xəstəliyindən əziyyət çəkir. Özü boşanmışdır və bir azyaşlı uşağı ilə birlikdə anasıgilnən yaşayır. Test imtahanına xəstələrə qulluq göstərdiyinə görə hazırlaşa bilməmişdir. İmtahandan kəsildikdən sonra isə ona məktəbdə sosial işçi yeri təkfil etmişlər. Lakin evdə xəstəsi olduğundan o bu işə razılıq verə bilməmişdir. İddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi məhkəməyə təqdim edilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, 2* iyun 2*25-ci il tarixində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilmişdir. Belə ki, Bakı şəhəri Cavabdeh1 ingilis dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırma imtahanından 26 bal toplamış və bununla da keçid balını (3* bal) toplamadığına görə imtahandan keçməmiş hesab edilmişdir və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən ləğv edilmişdir. Xitam verilən vaxt İddiaçı tərəfindən öhdəsində orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olması barədə heç bir məlumat (təsdiqedici sənəd) təqdim edilməmişdir. “Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 36- 2.1-ci maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində İşləyən təhsilverənlər məcburi sertifikatlaşdırmadan keçməlidir və sertifikatlaşdırmadan keçməyən şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ yoxdur. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 36-2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 36-2.4-cü maddəsinə əsasən sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Həmin Qanunun 36-2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. "Dövlət ümumi təhsil təhsil dövlət müəssisələrində (ümumi müəssisələrində) işləyən təhsil üzrə təhsilverənlərə münasibətdə digər təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndində sertifikatlaşdırmadan keçirilməyən şəxslərin siyahısı müəyyən olunmuşdur. Həmin normalarda sertifikatlaşdırmaya cəlb edilməyən şəxslərin siyahısı müəyyən edilərkən müvəqqəti hallar nəzərə alınmışdır. Məsələn, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər və s. müvəqqəti üzrlü hallar aradan qalxdıqdan sonra sertifikatlaşdırmada iştirak etməlidirlər. Yəni hamiləlik sona çatdıqdan (hamiləliyə və doğuşa görə məzuniyyətdən qurtardıqdan) sonra, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan təhsilverən işə çıxdıqdan bir il sonra sertifikatlaşdırmada iştirak etməlidirlər. Lakin Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan və işçinin öhdəsində orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünü olması mahiyyəti etibarı ilə daimi xarakter daşıyır. Və bu işçilərin peşəkarlıq səviyyəsini və peşə yararlılığının yoxlanılmasının qarşısının alınması təhsilalanların hüquqların pozulması ilə nəticələnir, təhsil sahəsində aparılan islahatlarla və Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasəti ilə uyğunsuzluq yaradır. Öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan İşçilərin sertifikatlaşdırmada iştirakı və sertifikatlaşdırmanın nəticələrinə əsasən əmək müqaviləsinin ləğv edilməsi ilə onun öhdəsində əlilliyi olan uşağın olması və ya əlilliyi müəyyən edilmiş digər ailə üzvünün olması arasında səbəbli əlaqə mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarından göründüyü kimi bu halda Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsi işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Bundan əlavə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-6913-2-29F/2*25 nömrəli, 25.*6.2*25-ci il tarixli əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan Ümumi təhsil müəssisələrinə tapşırılmışdır ki, 2* iyun 2*25-ci il tarixində keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2*25-ci ilin 3* iyun tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən ləğv edilməsi təmin edilsin. Yəni İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin göstərişi əsasında Bakı şəhəri Cavabdeh1 əmri əsasında xitam verilib. Həmin əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin göstərişləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən İddiaçı barədə verilmiş əmrin ləğv edilməsi, onun yenidən vəzifəyə bərpa olunması və ona məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi tələbi tamamilə əsassızdır. Bu səbəbdən iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçının ailə vəziyyətini yaxşı başa düşür, lakin bu onu sertifikasiya imtahanında iştirak etməkdən azad etmir. İddianın rədd olunmasını xahiş edir. İş üzrə cavabdehlərə və cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Cavabdeh1 direktor əvəzi tərəfindən verilmiş 3*.*6.2*25-ci il tarixli, OU25*297*1*7/e saylı əmrinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.3-cü və 5.4-cü bəndlərini rəhbər tutaraq 1. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 2* iyun 2*25-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Bakı şəhəri Cavabdeh1 İngilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən 3* iyun 2*25-ci il tarixdən ləğv edilməsi, 2. İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesab aparılması əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən 12.*7.2*25-ci il tarixli çıxarışdan müəyyən olunur ki, İddiaçı İ (birinci) qrup əlilliyi olan şəxs X5 qulluq göstərdiyi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair *6.*7.2*25-ci il tarixli məlumatdan müəyyən olunur ki, X6 uşaq serebral iflici-tetraplegiya olamaqla İ (birinci) qrup əlilliyi olan şəxs kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 1*.*7.2*25-ci il tarixli məlumatdan müəyyən olunur ki, X7 İİ (ikinci) qrup əlilliyi olan şəxs kimi qeydə alınmışdır. X3 ikinci dərəcəli əlillik qrupu müəyyən edilmiş və əlilliyin səbəbi kimi peşə xəstəliyi göstərilmişdir. İddiaçının qonşuları Həşimov Elsevər, X19 və X12 tərəfindən imzaları ilə təsdiq edilmiş və sadə yazılı formada tərtib edilmiş *3.11.2*25-ci il tarixli aktdan görünür ki, qonşular X4 bacısı X5 2* ildir baxdığını təsdiq etmişlər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin c bəndinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. 79-cu maddəsinə əsasən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2*11-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Əmək Məcəlləsinin 3**-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasf’nın 1.4-cü bəndləri ilə müəyyən edilmiş qaydada sertifikasiyadan keçə bilməyən təhsiverənlərlə bağlanılmış əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilir. Belə olan halda isə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə Həmin Məcəllənin 79-cü maddəsi ilə kolliziya təşkil etməsi kimi görünsə də Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin bu barədə gəldiyi nəticə isə tamamamilə fərqlidir. Belə ki, “Təhsil haqqında " Azərbaycan Respublikası Qanununun 36-2.3-cii maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 3* aprel tarixli 155 nömrəli Oərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası ”nm 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Ənıək Məcəlləsinin 79-cıı maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin *6 noyabr 2*24cii il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Bu səbəbdən Konstitusiyanın 35-ci maddəsi ilə hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ tanınmışdır. Həmin normaya əsasən, əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cıi hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1*2.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2*24-cii il 15 aprel tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət- tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxt ı vo işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun ‘‘Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2*23-cü il 2* oktyabr tarixli Qərarı). Xüsusən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi və onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuş, habelə müəyyən qrup şəxslərin fiziki xüsusiyyətlərinə, sağlamlıq və sosial vəziyyətlərinə görə əmək müqavilələrinə işəgötürən tərəfindən xitam verilməsi istisna edilmişdir. Dövlət Ümumtəhsil müəsisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydalarına əsasən 1.1. Bu Qayda "Təhsil haqqında" Azərbaycan Qaydalarına Respublikası Qanununun 36-2.2-ci və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, təhsilverənlərin peşəkarlıq səviyyəsinin ali və orta ixtisas təhsilinə malik və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas və peşə yararlılıqlarının təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 1.3. Sertifikatlaşdırmaya cəbolunmuş şəxslərə onların fəaliyyət cəlb sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. 1.4. Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: 1.4.1. hamilə qadınlar; 1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar sonra 1 (bir) ildən az (uşağını təkbaşına böyüdən kişilər); 1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; [131 1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının sosial baxımdan həssas əhali qrupuna aid olması, himayəsində fəaliyyət qabiliyyəti olmayan şəxslərin, əlilliyi müəyyən edilmiş ailə üzvlərinin olması, İ qrup əlil bacısının birbaşa onun himayəsində olması, həmçinin digər ailə üzvlərinin də İİ qrup əlil olmasını və onunla daimi eyni ünvanda yaşamalarını, iddiaçının ailədə tək əmək qabiliyyətli şəxs olması səbəbindən ailəni dolandıran yeganə mənbənin olması işin mübahisələndirilməyən halıdır. Bu səbəbdən onun işdən azad edilməsi ailənin maddi və sosial təminatlarının qarşılana bilməməsi ilə nəticələnə bilər. Məhkəmə qeyd olunanları nəzərə almaqla həmçinin diqqətə çatdırır ki, qəbul ediləcək hazırki məhkəmə qərarı yalnız iddiaçının bir işçi kimi hüquqlarının müdafiəsinə xidmət etmir, həmçinin bu qərarın ədalətli olması əlilliyi müəyyən edilmiş həssas qrupa daxil olan şəxslərin də birbaşa mənafelərinin təmin olunması ilə şərtlənən sosial ədalətin bərpasıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri Cavabdeh1 ingilis dili müəlliməsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsinə dair 3*.*6.2*25-ci il tarixli, OU25*297*1*7/e saylı əmri ləğv edilməli, İddiaçı Bakı şəhəri Cavabdeh1ndə təhsili və peşə hazırlığı səviyyəsinə uyğun vəzifəyə bərpa edilməli, 3*.*6.2*25-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanmaqla İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22* və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh1 ingilis dili müəlliməsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsinə dair 3*.*6.2*25-ci il tarixli, OU25*297*1*7/e saylı əmri ləğv edilsin və İddiaçı Bakı şəhəri Cavabdeh1ndə ümumtəhsil məktəbinin ingilis dili müəlliməsi vəzifəsinə bərpa edilsin. 3*.*6.2*25-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-5696/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5696/2025
08.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver