Məhkəmə qərarları › İş №2(001)-5705/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5705/2021

12.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5705/2021 12.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 02 iyun 2021-ci ildə alqı satqı müqaviləsi bağlayaraq ünvan 1 ünvanında 66.41 kvadrat metr ümumi sahədən ibarət daşınmaz əmlak almışdır. Qeydiyyatda olanlar qeydiyyatdan çıxmalarını öhdələrinə götürsələr də bu günə qədər qeydiyyatdan çıxmamışlar. Cavabdehlər iddiaçıya məxsus olan evdə qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar. Onların iddiaçının evində qeydiyyatda olmaları formal xarakter daşımaqla bərabər iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. İddiaçı 15.07.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə bildirdi ki, o, mənzili iddiaçıya satmış və mənzildən qeydiyyatdan çıxmaq öhdəliyini üzərinə götürmüşdür. Mənzildə qeydiyyatda qalan digər şəxslər də onun ailə üzvləridir. O, iddia tələbini qəbul edir və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X2 27.07.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini qəbul etməsini və yaşayış sahəsinə istifadə hüququnun itirilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin iddia tələbinin etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas mövcud deyil, etiraf təsdiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanına cavabdehlər Cavabdeh1, Cavabdeh2, eyni zamanda azyaşlı X4 və X3 istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanına cavabdehlər Cavabdeh1 və Cavabdeh2, eyni zamanda azyaşlı X4 və X3 istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar