Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5723/2020 29.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğvi və pulların geri ödənilməsi” tələbinə dair iddia ərizəsini məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh MTK arasında bağlanılmış “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi və cavabdehdən 34000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK arasında xx xxxx 2010-cu il tarixdə “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanaraq cavabdehə məxsus olan və Bakı şəhəri, yasamal rayonu, Cavabdeh yaşayış massivi, M. Xiyabani küçəsində yerləşən binanın 2-ci girişi, 2-ci mərtəbəsində, ümumi sahəsi 94 kv.m olan, 2 otaqlı 123 saylı mənzil payı ona 34000 manata satılmışdır. Pul vəsaiti tərəfindən tam ödənilmişdir. Cavabdeh tərəfindən ona xx xxxx 2010-cu il tarixində maliyyə arayışı verilmişdir. Bir neçə ildən sonar məlum olmuşdur ki, həmin mənzil sahəsi başqa şəxsə satılmışdır. Həmin şəxs X3 uzun müddət ərzində cavabdehlə mübahisəli münasibətlərdə olduqdan sonra Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və cavabdeh təşkilata qarşı iddia tələbi irəli sürmüşdür. Yasamal Rayon Məhkəməsinin 2(004)-8003/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X1 cavabdehə qarşı irəli sürülən iddia tələbi təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 2-ci girişi, 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv.m olan, 2 otaqlı 123 saylı mənzilə sahiblik və istifadə hüququ tanınmaqla, həmin mənzil “Cavabdeh “MTK tərəfindən istismara tam hazır vəziyyətdə iddiaçı X2 təhvil verilməsi qət edilmişdir. X1 cavabdehlə münaqişəli münasibətlərdə olmasını bildiyi halda Yasamal Rayon Məhkəməsinin 2(004) -8003/2017 saylı qətnaməsindən bir neçə müddət keçdikdən sonar məlumatı olmuşdur. Bundan sonar dəfələrlə cavabdeh təşkilata müraciət edərək mənzil üçün ödədiyi pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh onun heç bir xahişinə məhəl qoymamışdır. Cavabdehə həmçinin bir neçə dəfə pretenziya qaydasında müraciət edərək məhkəmədən əvvəl bu məsələni nizam-intizama salınmasını təklif etmişdir. Lakin yenə də real nəticə əldə edə bilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl məhkəməyə qədər nizama salma qaydasına riayət etmədiyindən və buna dair sənəd təqdim etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Hazırki mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdeh təşkilata mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına dair pretenziya məktubu ilə müraciət etdiyini bildirsə də, həmin sənəd iddiaçı tərəfindən imzalanmamışdır və həmin sənədin hansı tarixdə tərtib olunduğu müəyyən edilmir. Bununla bağlı Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə qaydaya lazimi formada əməl etmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğvi və pulların geri ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-5723/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5723/2020
29.09.2020 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver