Məhkəmə qərarları › İş №2(001)-5726/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5726/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5726/2024 20.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Haqverdı̇ yev Nı̇ cat Fərhad oğluna qarşı “tam maddi məsuliyyət müqaviləsi və borc müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Haqverdı̇ yev Nı̇ cat Fərhad oğluna qarşı “tam maddi məsuliyyət müqaviləsi və borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3960/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Haqverdı̇ yev Nı̇ cat Fərhad oğluna qarşı tam maddi məsuliyyət müqaviləsi və borc müqaviləsi üzrə pul mübahisələr tələbinə dair tam maddi məsuliyyət müqaviləsi üzrə pul tələbinin ayrıca icraata ayrılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 10:00-a təyin edilməklə proses iştirakçılarına məlumat verilmiş, tərəflər məhkəmə hazırlıq iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəfindən tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə tərəfindən iddia tələbinin icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında 16 mart 2021-ci il tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilə ilə tərəflər müqavilə aidiyyatı barədə razılığa gələrək mübahisənin həlli yeri kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi razılaşdırılmışdır. (müqavilənin 3.2-ci bəndi) Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsi icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddiaların müqavilənin icra yerinə görə verilməsini nəzərdə tutsa da, hazırki iddia tələbi cavabdehin hüquqa zidd əməli nəticəsində iddiaçıya dəymiş zərərin (ziyanın) əvəzi barədədir. Həmçinin iddiaçının iddia ərizəsində Mülki Məcəllənin 21, 1096.1, 1097.1ci maddələrinə istinad etməsi də bu halı sübuta yetirmiş olur. Bundan başqa tərəflər arasında bağlanmış “maddi məsuliyyət haqqında” müqavilənin 3.5-ci bəndində qeyd edilir ki, işçinin tam maddi məsuliyyət müqaviləsi üzrə öhdəliklərii yerinə yetirməməsindən və ya lazımınca yerinə yetirməməsindən əmələ gələn iddiaları işəgötürən aidiyyatı üzrə məhkəməyə verə bilər. İşin halından görünür ki, tərəflər arasında mübahisənin məhkəmə aidiyyatı ilə bağlı hər hansı razılıq əldə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə müvafiq olaraq, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən isə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Haqverdı̇ yev Nı̇ cat Fərhad oğluna qarşı “tam maddi məsuliyyət müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 44, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Haqverdı̇ yev Nı̇ cat Fərhad oğluna qarşı “tam maddi məsuliyyət müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar