Məhkəmə qərarları › İş №2(001)-5727/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5727/2024

17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5727/2024 17.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyəti olan-sənədlərin məxsus olması faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə (açar sözlər: hüquqi fakt, sənədlərin şəxsə məxsus olması) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın -sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti 1.Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən əri X3 məxsus ölüm haqqında şəhadətnamədə atası Əmiraslanov Cənbiz balabəy oğluna məxsus ölüm haqqında şəhadətnamədə ata adı uyğunsuzluğu olduğuna görə həmin sənədlərin X1 atası X3 məxsus olması faktının meəyyən edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1955-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin və AZ-İ 123696 nömrə ilə xx.xx.2005-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı il təvəllüdlü mərhum əri- X5 xx.xx.2024-cü il tarixdə bronxların və ya ağciyərin aşağı payının bədxassəli yenitörəməsi xəstəliyindən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Ərizəçi X8 ilə 2003-cü ilin fevral ayının 10-cu günündə 46 saylı qeydiyyat aparılmaqla rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və soyadı Əmiraslanova soyadına dəyişdirilmişdir. Belə ki, mərhum ərinin ata adı Çingiz kimi qeyd edilmişdir. Halbuki, mərhum ərimin atasının adı Cəngiz olmuşdur. Rəhmətlik ərinə məxsus avtomobili və digər əmlaka dair vərəsəlik şəhadətnaməsinin alınması üçün 1 saylı “Asan Xidmət” Mərkəzinə müraciəti əsasında bildirdilər ki, ərinin şəxsiyyət vəsiqəsində ata adı kimi Çingiz yazılmış, lakin atasına məxsus ölüm şəhadətnaməsində Cəngiz kimi qeyd edilmişdir və ad uyğunsuzluğu olduğuna görə ərizənizi təmin edə bilmirik. Bundan sonra Maraqlı şəxsnə müraciət edərək rəhmətlik ərinin doğum haqqında şəhadətnaməsində yanlışlığın düzəldilməsi barədə ərizəsinə imtina verilmişdir. II. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, maraqlı şəxs tərəfindən məhkəməyə məktub ünvanlanaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz edilmədiyi bildirilmişdir. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: İş materiallarında olan: - AZ-İ seriyalı, 020823 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X10 xx.xx.2003-cü il tarixdə İmişli rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra qadına Əmiraslanova soyadı verilmişdir. - AZ-İİ seriyalı, 402513 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. - AZ-İ seriyalı, 123696 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. - 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.1966-cı il tarixdə İmişli rayonu, İmişli şəhərində doğulmuşdur. Ata qrafasında X7 qeyd olunmuşdur. - Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən 07 iyul 1955-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 1931-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, bu barədə xx.xx.1955-ci il tarixdə akt qeydləri kitabına 195 nömrə ilə qeydiyyat edilmişdir. - A3 126622 saylı xx.xx.1962-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1962-ci il tarixdə doğulmuşdur, atası X5, anası X4r. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Kia Rio minik markalı 77FY534 dövlət qeydiyyat nömrə nişanlı avtomobil X1 mülkiyyətindədir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 məhkəmə iclasında bildirmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçinin həyat ytoldaşı mehman Əmiraslanov xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçinn qaynatası Çingiz Əmiraslanovun adında uyğunsuzluq olduğuna görə mərhum ərindən qalmış əmlakı miras kimi qəbul edə bilmir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. IV. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçinin həyat yoldaşı X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi vərəsə kimi mərhum ərindəndən miras qalmış Kia Rio minik markalı 77FY534 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qəbul edilməsi ilə bağlı həyat yoldaşının ata adında- mərhum qaynatasının doğum haqqında şəhadətnaməsi və ölüm haqqında şəhadətnaməsində yaranmış Çingiz adının Cəngiz adı ilə uyğunsuzluq nəticəsində həmin sənədlərin məxsusluğunu başqa cür əldə edə bilməmiş, nəticədə miras əmlakı qəbul etmək hüququnda məhdudiyyət yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Saatlı rayon qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1955-ci il tarixdəə verilmiş doğum haqqında şəhadətnamənin və İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ 123696 nömrəli xx.xx.2005-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin X2 məxsus olması faktı müəyyən edilməlidir. V. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Saatlı rayon qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1955-ci il tarixdəə verilmiş doğum haqqında şəhadətnamənin və İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ 123696 nömrəli xx.xx.2005-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar