Məhkəmə qərarları › İş №2(001)-5748/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5748/2021

06.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5748/2021 06.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı Əbı̇ l oğlunun, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi və vəkili X2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma ilə əlaqədar əmək haqqının tutulması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səmdar Cəmiyyətindən (05.02.2021-05.05.2021) müddət üçün əmək haqqı olaraq 3000 manat məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh Qapalı Səmdar Cəmiyyəti (keçmiş MMC) tərəfindən (05.10.2020 - 05.05.2021) müddət üçün rəsmi əmək haqqından əlavə qeyri-rəsmi əmək haqqı olaraq 3500 (üç min beş yüz) manat məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh Qapalı Səmdar Cəmiyyəti (keçmiş MMC) tərəfindən verilmiş «əmək müqaviləsinə xitam verilmə barədə» 03.05.2021-ci il tarixli əmrin ləğv edilməsi və İddiaçı Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsinə (işə) bərpa olunması, Cavabdeh Qapalı Səmdar Cəmiyyəti (keçmiş MMC) tərəfindən verilmiş 03.05.2021-ci il tarixdən etibarən işə bərpa olunan tarixə kimi işburaxmaya görə əmək haqqının ödənilməsi; Cavabdeh Qapalı Səmdar Cəmiyyətindən (keçmiş MMC) 03.05.2021-ci il tarixdən etibarən işə bərpa olunan tarixə kimi işburaxmaya görə əmək haqqı məbləğinin gecikdirilmiş hər günü üçün 1% tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun savabdeh Cavabdeh Qapalı Səmdar Cəmiyyətindən (keçmiş MMC) tutularaq iddiaçıya ödənilməsi; İddiaçı dəymiş 30 000 (otuz min) manat məbləğində maddi və 30 000 (otuz min) manat mənəvi ziyanın Cavabdeh Qapalı Səmdar Cəmiyyətindən (keçmiş MMC) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh QSC (keçmiş MMC) arasında 03.02.2020-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin aşağıda göstərilən 1.2-ci bəndinə görə əməyin mühafizəsi və təhlükəsizlik txnikası üzrə baş mühəndis vəzifəsinə təyin olunmuşdur. 4.1-ci bəndinə əsasən aylıq əmək haqqı 1100 manat məbləğində müəyyən edilmişdir. 4.2-ci bəndinə əsasən əmək haqqı ayda bir dəfə növbəti ayın 05-nə qədər ödənilməlidir. Bununla yanaşı Cəmiyyətin direktoru X15 məni işə qəbul edərkən mənə rəsmi əmək haqqından əlavə qeyri-rəsmi əmək haqqının (bundan sonra əlavə adlandırılacaqdır) ödənilməsinə vəd vermişdir. Bu məbləğ 500 (beş yüz) manat təşkil edir. 03.02.2020 - 05.02.2021 müddət ərzində əmək müqaviləsində göstərilən rəsmi əmək haqqı (əmək haqqı kartı vasitəsi ilə) və 03.02.2020 - 05.10.2020 müddət ərzində vəd edilən qeyri-rəsmi əlavə (nağd) ona QSC tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. Lakin son 3 ay (05.02.2021 - 05.05.2021) ərzində (hələ də davam edir) əmək haqqım və son 7 ay (05.10.2020 - 05.05.2021) ərzində (hələ də davam edir) əlavəm mənə QSC tərəfindən ödənilməmişdir. Bununla bağlı mənim Cəmiyyətin direktoru X15 və onu müvəqqəti əvəz edən qardaşı X19 ilə bir neçə dəfə söhbət etməyimə baxmayaraq qeyd edilən vəsaitin ödənilməsindən imtina edilmişdir. Bununla da mənim bir işçi olaraq qanunvericiliklə müəyyən edilmiş hüquqlarım pozulmuşdur və pozulmaqda davam edir. Eyni zamanda bildirir ki? cəmiyyət tərəfindən mənim bir işçi olaraq məzuniyyət (03.02.2020 - 03.02.2021) hüquqlarım pozulmuşdur. Belə ki, bir neçə dəfə məzuniyyətə (32 gün) çıxmaq arzusunda olduğumu direktora və digər rəhbər işçilərə (baş mühasib və HR) bildirsəmdə. onlar buna razılıq verməmişlər. Qeyd etməyi zəruri hesab edirəm ki. Cavabdeh Qapalı Səmdar Cəmiyyəti (keçmiş MMC) vergidən yayınmaq üçün işçilərlə bağladıqları əmək müqavilələrində işçilərin əmək haqqı məbləğləri azaldılaraq minimal şəkildə göstərilmişdir. İşçiləri razı salmaq üçün isə nağd şəkildə əlavələr verilməkdə davam etdirilir. Bunları təsdiq edən telefon danışıqlara dair səsyazmalar və vatsap yazışmaları mövcuddur. (Əlavə edilir). Yuxarıda göstərilənlərlə bağlı tərəfimdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Baş X11, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarova, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin rəisi Fuad Heydərova 28.04.2021-ci il tarixli şikayət ünvanlanmışdır. Şikayətə cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən **********3 saylı 16.06.2021- ci il tarixli məktubla bildirilmişdir ki. «Encom Construction QSC tərəfindən təqdim olunmuş sənədlərdən məlum olmuşdur kİ, Sizinlə 03.02.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 03.05.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallardan əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə uyğun olaraq xitam verilmiş və son haqq-hesabınız ödənilməmişdir. X1 QSC tərəfindən təqdim olunmuş sənədlərdən müəssisə tərəfindən əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq Sizə sonuncu iş günü son haqq- hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilməmişdir və bununla belə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bildiririk ki, Encom Construction QSC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 11.06.2021 -ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin son haqq- hesabınızın ödənilməsi ilə bağlı Encom Construction QSC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir». Şikayətə cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən **********810800 saylı 18.05.2021 -ci il tarixli məktubla bildirilmişdir ki. «Bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.05-1 -ci maddəsinə əsasən vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmaq və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat vermək vergi orqanlarının vəzifəsidir. Eyni zamanda bildiririk ki, müraciətinizdə vergi orqnalarmın səlahiyyətlərinə aid olan məsələlər vergi orqanı tərəfindən nəzarətə götürülmüş və aparılcaq vergi nəzarəti tədbirləri zamanı nəzərə alınacaq və nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir” Göründüyü kimi son 3 ay (05.02.2021-03.05.2021) ərzində əmək haqqının və son 7 ay (05.10.2020-03.05.2021) ərzində əlavənin ona QSC tərəfindən ödənilməməsi və qanunvericiliyin tələblərinin pozulması (11.06.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir) sübut edilir. Şikayətinə cavab laraq Azərbaycan Respublikasının Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən **********3 saylı 16.06.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Cavabdeh QSC tərəfindən təqdim olunmuş sənədlərdən məlum olur ki, sizinlə 03.02.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 03.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilmiş və son haqq-hesabınız ödənilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğli iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, rəsmi əmək haqqı 1000 manat olmuş və hər zaman tam maaş almışdır. 500 manat isə maaşdan əlavə qeyri-rəsmi şəkildə ödəmə almışdır. Qarşı tərəflə olan yazışmalarda və iş materiallarına əlavə edilmiş diskdə 500 manat əlavə ödəniş alması barədə sübutlar vardır. 20 fevral 2021-ci il tarixindən 20 aprel 2021-ci il tarixinədək işdə olmuşdur. Bu faktı şahidləri təsdiq edə bilər. Hər gün işə getsə də, onlarda kart sistemi mövcud olmamışdır. O, hər gün işdə işçilərə təhlükəsizlik qaydaları ilə məlumatlandırılmaları məqsədilə jurnala imza etdirmişdir .İşçilərin işə davamiyyətinə nəzarət etməmişdir. Buna nəzarəti şirkətin digər əməkdaşı kadrlar şöbəsinin nümayəndəsi Aydan xanım etmişdir. İşdən çıxması barədə ərizə ilə cəmiyyətə ilk öncə özü müraciət etmişdir. Belə ki, bülletenin vaxtı 17 may 2021-ci il tarixində bitmişdir. Həmin tarixdən sonra işdən azad edilməsi barədə ərizə ilə cəmiyyətə müraciət etsə də, ərizəsinin qəbulundan imtina edilmişdir. İşdən çıxarılması barədə əmri hələ də, almamışdır. May ayının 17-sində My.gov.az saytına daxil olduqda iş yerinin mövcud olmadığını görmüşdür. Yəni faktiki olaraq həmin vaxt barəsində qəbul edilmiş 03 may 2021-ci il tarixli əmrdən məlumatlı olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin **********3 saylı 16 iyun 2021-ci il tarixli cavab məktubu sürətində imza edilərək 18 iyun 2021-ci il tarixdə götürülmüşdür. Onunla "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti arasında 03 fevral 2020-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsinə təyin olunmuşdur. Aylıq əmək haqqı 1.100 manat məbləğində müəyyən edilmişdir. Əmək haqqı ayda bir dəfə növbəti ayın 05-nə qədər ödənilməlidir. Bununla yanaşı, Cəmiyyətin direktoru X15 onu işə qəbul edərkən ona rəsmi əmək haqqından əlavə qeyri-rəsmi əmək haqqının ödənilməsinə vəd vermişdir. Bu məbləğ 500 manat təşkil edir. 03 fevral 2020 – 05 fevral 2021 müddət ərzində əmək müqaviləsində göstərilən rəsmi əmək haqqı və 03 fevral 2020 – 05 oktyabr 2020 müddət ərzində vəd edilən qeyri-rəsmi əlavə ona QSC tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. Lakin son 3 ay (05 fevral 2021 – 05 may 2021) ərzində əmək haqqı və son 7 ay (05 oktyabr 2020 – 05 may 2021) ərzində əlavəsi ona QSC tərəfindən ödənilməmişdir. Bununla bağlı onun Cəmiyyətin direktoru X15 və onu müvəqqəti əvəz edən qardaşı X19 ilə bir neçə dəfə söhbət etməsinə baxmayaraq qeyd edilən vəsaitin ödənilməsindən imtina edilmişdir. Bununla da onun bir işçi olaraq qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuşdur və pozulmaqda da davam edir. Eyni zamanda bildirir ki, cavabdeh tərəfindən onun bir işçi olaraq məzuniyyət (03 fevral 2020 – 03 fevral 2021) hüquqları pozulmuşdur. Belə ki, bir neçə dəfə məzuniyyətə çıxmaq arzusunda olduğu direktora və digər rəhbər işçilərə (baş mühasib və HR) bildirsə də, onlar buna razılıq verməmişlər. Qeyd etməyi zəruri hesab edir ki, cavabdeh vergidən yayınmaq üçün işçilərlə bağladıqları əmək müqavilələrində işçilərin əmək haqqı məbləğlərini azaldılaraq minimal şəkildə göstərilmişdir. İşçiləri razı salmaq üçün isə nağd şəkildə əlavələr verilməkdə davam etdirilir. Bunları təsdiq edən telefon danışıqlara dair səsyazmalar və whatsapp yazışmaları mövcuddur. Yuxarıda göstərilənlərlə bağlı tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, Baş Prokurorura, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin rəisinə 28 aprel 2021-ci il tarixli şikayət ünvanlanmışdır. Şikayətə cavab olaraq X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən **********3 saylı, 16 iyun 2021ci il tarixli məktubla bildirilmişdir ki, Cavabdeh QSC tərəfindən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Sizinlə 03 fevral 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 03 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə uyğun olaraq xitam verilmiş və son haqq-hesabınız ödənilməmişdir. Araşdırmaya cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən müəssisə tərəfindən əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq Sizə sonuncu iş günü son haqq-hesab ödənilməmişdir və bununla belə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bildiririk ki, Cavabdeh QSC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 11.06.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin son haqq-hesabınızın ödənilməsi ilə bağlı Cavabdeh QSC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. Şikayətə cavab olaraq Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən **********810800 saylı, 18 may 2021-ci il tarixli məktubla bildirilmişdir ki, «Bildiririk ki, vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmaq və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat vermək vergi orqanlarının vəzifəsidir. Eyni zamanda bildiririk ki, müraciətinizdə vergi orqanlarının səlahiyyətlərinə aid olan məsələlər vergi orqanı tərəfindən nəzarətə götürülmüş və aparılcaq vergi nəzarəti tədbirləri zamanı nəzərə alınacaq və nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. Göründüyü kimi son 3 ay (05 fevral 2021 – 03 may 2021) ərzində əmək haqqımın və son 7 ay (05 oktyabr 2020 – 03 may 2021) ərzində əlavəsinin ona QSC tərəfindən ödənilməməsi və qanunvericiliyin tələblərinin pozulması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi işəgötürən tərəfindən işçi barəsində intizam tənbehinin tətbiq edilməsi əsaslarını şərtləndirmişdir. Yuxarıda sadalanan normalara əsasən işçi əmək funksiyasını yerinə yetirmədikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda barəsində intizam tənbehi tətbiq oluna bilər. Lakin aparılmış araşdırma və tədqiq olunmuş sübutlarla mənim Cavabdeh QSC-nin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsində işlədiyi müddətdə vəzifə borclarını yerinə yetirməməyim, ya da ki, səlahiyyətlərindən sui-istifadə etməyi faktları öz təsdiqini tapmamışdır. Hesab edir ki, mübahisələndirilən əmrin qəbul olunması üçün cavabdehin əmri kifayət etmir. Belə ki, maddi ziyan vurulmasını təsdiq edən hər hansı mötəbər sübutlar, o cümlədən daxili araşdırma sənədləri, akt, maliyyə sənədləri, müvafiq dövlət və hüquq-mühafizə orqanlarına müraciət olunaraq sonuncular tərəfindən araşdırmasına dair sənədlər, o cümlədən zərərin mövcudluğun təsdiq edən sənədlər cavabdeh tərəfindən təqdim olunmamışdır. Əksinə 25 aprel 2021 – 26 aprel 2021 tarixlərdə tərəfindən QSC-nin kadrlar üzrə mütəxəssisinə zəng edilərək xəstə olmağı və «Əmək qabiliyyətinin olmaması vərəqəsi»nin təqdim edəcəyi barədə məlumat verilmişdir. İddiada tələb etdiyi 30.000 manat məbləğində pul işləmədiyi müddətdə əlavə xərclərə düşməyilə bağlıdır. Cavabdeh tərəfindən təqdim edilən X4 və X9 izahatları ilə bağlı bildirir ki, həmin işçilər Qazax-Ağstafa layihəsində çalışırlar və onlar onun işdə olub-olmadığını təsdiq edə bilməzlər. Aydan Ağazadə isə kadrlar şöbəsində işləyir və mərkəzi ofisdə oturur. O da bu barədə məlumat verə bilməz, çünki o işlədiyi yerdə oturmur. Layihə rəhbəri Rasim Məhərrəmov isə rəhbərliyin 20 illik dostudur və onun barəsində istədiyi uydurma izahatı verə bilər. Digər işçilər barədə sənədlərə imza etməyi də yalandır, belə hal baş verməmişdir. Cavabdehin iddia müddətinin tədbiqi ilə barədə ərizəsi ilə razı deyil, rəsmi sənədlər ona təqdim edilməmişdir ki, o da iddia müddətini buraxsın. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X7 iddianı qəbul etməyərək izahatında bildirdi ki, 2021-ci ilin fevral ayı ərzində işə davamiyyəti tam olmuş, 15 fevral 2021-ci il tarixindən 20 fevral 2021-ci il tarixinədək işdə olmamışdır. Həmin günlər üçün əmək haqqı hesablansa da, ödəniş edilməmişdir. İddiaçıya qeyri-rəsmi maaş ödənilməsi mümkün deyil. Son haqq-hesabla əlaqədar hesablanan məbləğ iddiaçıya ödənilməmişdir. Şəxsin əmək müqaviləsinə işdə olmaması və əmək funksiyalarını icra etməməsi ilə bağlı xitam verilmişdir. Belə ki, işçilərin təhlükəsizlik qaydaları ilə təlimatlandırılması jurnalına onların yerinə imza etmişdir.İşçilər izahatlarında imzaların onlara aid olmadığın bildirmişlər. QSC rəhbərliyi şəxsin bülletendə olmasından məlumatı olmamışdır. İşdən azad edilmə barədə əmrin 03 may 2021-ci il tarində verilməsinə əsas səbəb, şəxsin əmək fəaliyyətindəki pozuntularin davamlı olaraq üzə çıxması olmuşdur. Belə ki, işə davamiyyəti ilə bağlı xəbərdarlıqlar yazışma və telefon zəngləri vasitəsilə edilmişdir. İddiaçının olduğu yerin ünvanı dəqiq deyildi. Şəxslə onun email ünvanı vasitəsi ilə aparılan yazışmalar zamanı ondan faktiki olaraq harada yaşaması barədə məlumat verməsi tələb edilsə də, iddiaçı tərəfindən belə bir məlumat verilməmişdir. Belə olan halda isə QSC tərəfindən qeydiyyatda olduğu Salyan şəhərinə məktublar göndərilsə də, zərf şəxsin göstərilən ünvanda yaşamaması səbəbindən geri qaytarılırdı. Lakin iş materiallarına əlavə edilmiş ərizələrindən görünür k, rəsmi yazışmalarında məktubları qeydiyyatda olduğu ünvandan göndərmişdir. Həmçinin şəxsin işdən azad edilməsi barədə sənədlərin və əmrin surəti iddiaçıya göndərilsə də, geri qayıtmışdır. Cavabdeh QSC öz üzərinə düşən vəzifələri icra etmiş iddiaçıya gərəkli bütün sənədləri sonuncunun qeydiyyat ünvanına göndərmişdir. Qanunvericilik iddia müddətinin axımın başlanması ilə bağlı “əmrin verildiyi” gün dedikdə, yalnız əmrin rəsmi qaydada təqdim edilməsi halını deyil, eyni zamanda poçt xidmətinə rəsmi qaydada təhvil verildiyi halı da nəzərdə tutur. Belə ki, işəgötürən işçinin daimi olaraq harada yaşamasından xəbərdar olmaya da bilər, lakin işçi yaşayış yerini dəyişdikdə bu barədə işəgötürənə məlumat verməyə borcludur. Bu səbəbdən cavabdeh tərəfindən bütün imkanlardan istifadə edilərək iddiaçıya müvafiq əmrin təqdim olunması üçün addımlar atmış, iddiaçı isə hüquqlarından sui istifadə edərək əmri almaqdan faktiki olaraq imtina etmişdir. Bu səbəbdən iddia müddəti ötürülmüş hesab edilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi bülletenlərin isə araşdırılması üçün xəstəxanaya sorğu verilmişdir. Odur ki, iddiaçının sənədləri qəbul etməkdən imtinası subyektiv hüququndan sui-istifadədir. Dəfələrlə iş buraxmaya görə iddiaçıya xəbərdarlıqlar edilmişdir. Qanunvericilikdə əmrin və sənədlərin tərəfə verilməsi anlayışı nəzərdə tutulmuşdur. Qanunla şəxsin həmin sənədləri alıb-almaması işəgötürənin məsuliyyətinə aid edilmir. İddianın əsassız olmasını və iddia müddətinin ötürülmüş hesab edilməsini nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçının işə çıxmaması barədə aktlar tərtib olunmuşdur. Eyni zamanda, iddiaçı tərəfindən digər işçilərin adından sənədlərə imza atılması da müəyyən edilmişdir. 2020-ci ilin aprel ayının 21-də iddiaçıya xəbərdarlıq məktubu göndərilir və ona təklif edilir ki, iş vaxtı iş yerində olmamasının səbəblərini izah etsin. Məktub iddiaçının qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri, ünvan 3 ünvanına göndərilmişdir. Lakin həmin məktub iddiaçıya çatmamışdır. Bundan sonra iddiaçıya təklif edilir ki, qeyd edilən məktubu Cavabdeh QSC-dən şəxsən götürsün. Lakin iddiaçı bu təklifdən imtina edir. İddiaçının xəstəliyi barədə işəgötürən tərəfdə hər hansı məlumat olmamışdır. İddiaçı bu tələblə bağlı əvvəlcə Nərimanov Rayon Məhkəməsinə 2021-ci ilin iyun ayında müraciət etmişdir. İş üzrə iddia tələbi sui-istifadə xarakterlidir və qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Belə ki, iş materiallarından da göründüyü kimi İddiaçı ilə rəsmiləşdirilmiş əmək müqaviləsinə 03 may 2021-ci il tarixli əmrlə xitam verilmiş, müvafiq sənədlər isə götürməkdən qərəzli şəkildə boyun qaçırdığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının rəsmi qeydə alındığı ünvana göndərilmişdir. Həmin ünvanda cavabdeh yaşamadığı üçün və faktiki yaşayış yeri barədə məlumat olmadığı üçün, sənədlərin çatdırılması hətta Salyan Bələdiyyəsinə həvalə edilmişdir. İddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən belə mübahisələndirdiyi fakt və hüquqi nəticələrdən məhz, rəsmiləşdirilmə tarixlərində məlumatlı olması, aşkar qərəzli mövqeyi və qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətinin ötürülməsi müəyyən olunur. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Odur ki, göstərilənləri nəzərə alaraq İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin qanunsuz hesab edilərək işə bərpa tələbinə dair” iddiası üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, iddiaçıya işdən çıxması ilə bağlı son haqq-hesab ödənilməmişdir. İddiaçının tələb etdiyi 3 aylıq əmək haqqı isə həmin aylarda işdə olmadığına görə ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X10 Xidmətinın Bakı şəhər İdarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, QSC-nin rəhbəri Əsədov Akif barəsindən işdən çıxarılan işçinin son haqq-hesab ödənişini etmədiyindən inzibati tənbeh etmə haqqında qərar qəbul edilmiş və cərimə edilmişdir. Həmin qərar isə əmək haqqının ödənilməməsi üçün qəbul edilməmişdir. Çünki qərar qəbul edilən zaman onlara işçinin işdə olmaması barədə aktlar təqdim edilmişdir. Müəssisə rəhbərliyi işçinin bülletende olmasından xəbərsiz olduğunu və bülleten sənədlərinin idarəyə təqdim edilmədiyini bildirmişdir. İlk öncə işçi İddiaçı əmək haqqı almaması ilə bağlı müfəttişliyə müraciət etmişdir. Problemin həlli üçün onu may ayının 17-si, idarəyə dəvət etmiş və ona işindən azad edilməsi barədə məlumat vermişdir. Şəxsin üz ifadəsindən bu barədə məlumatsız olduğu hiss olunurdu. İşçinin işdən çıxarılması barədə əmr verilərkən işçi bülletendə olduğundan, əmr ləğv edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X10 Xidmətinın Bakı şəhər İdarəsinin nümayəndəsi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 iddiaçının şikayəti üzrə araşdırma zamanı iddiaçı və cavabdehin nümayəndələrinin izahatları alınmışdır. Cavabdehin nümayəndələri bildirmişlər ki, iddiaçı tərəfindən bülleten rəsmi qaydada təqdim olunarsa, onun işdən çıxarılması barədə əmr ləğv olunacaqdır. Müfəttişlik tərəfindən həmin bülleten cavabdehin nümayəndəsinə təqdim edilmiş, lakin o, qəbul etməkdən imtina etmişdir. Bildirmişdir ki, ona bülleten rəsmi qaydada göndərilməlidir. Həmçinin bildirmək istəyir ki, iddiaçının bülleteni bağlanmalıdır ki, o, həmin bülleteni işəgötürənə təqdim edə bilsin. İşəgötürən gözləməli idi ki, bülleten bağlansın və sonra hər hansı əmri rəsmiləşdirsin. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında bildirmişdir ki, iddiaçını tanıyır. Çünki iş yoldaşı olmuşlar. 2021-ci ilin fevral ayından 2021-ci ilin aprel ayına kimi işlədiyi müddətdə onların işə davamiyyətini heç kim yoxlamamışdır. Ümumiyyətlə belə bir prosedur mövcud olmamışdır. Hazırda 5 aydır ki, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləmir. Aprel ayında cəmiyyətdə işdən çıxmışdır. Müəssisə ona da maaş verməmişdir. Bu səbəbdən də işə getməkdən imtina etmişdir. Lakin hazırda onun əmək müqaviləsinə xitam verilib-verilməməsindən məlumatı yoxdur. Fəhlə-montajçı olmuşdur. Kamran isə orda mühəndis vəzifəsində çalışmışdır. Kamran gündəlik tabelə və təhlükəsizlik qaydaları haqqında təlimatlandırılma ilə bağlı jurnala işçilərə imza etdirirdi. Mart ayı ərzində Kamranın özü işdə olmuş və jurnallara şəxsən özü işçilərə imza etdirmişdir. Ümumiyyətlə Kamran aprel ayının 1-nə kimi işdə olmuşdur. Fevral ayında isə Kamranın işdə olub-olmaması onun yadında deyil. Aprel ayının 1-dən isə özü işdən çıxdığından sonrakı proseslerdən məlumatsızdır. Şahid ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Kamran heç vaxt onun yerinə hər hansı tabelə imza etməmişdir. İşçilər tabelləri hər zaman özləri icra etmişlər. Həmçinin ifadəsinin sonunda bildirmişdir ki, ona və məsələyə dair mövqeyinə heç bir kənar təsir olmamışdır. Öz ifadəsini özü sərbəst şəkildə vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh QSC ilə İddiaçı arasında bağlanan 02 fevral 2020-ci il tarixli əmək müqaviləsindən görünür k, İddiaçı 03 fevral 2020-ci il tarixindən Cavabdeh QSC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 1100 Azərbaycan manatı məbləğində Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən vergilər və ödənişlər daxil olmaqla əmək haqqı ödənilir. Abşeron rayon poliklinikası tərəfindən verilən Seriya SN 00007 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 26 aprel 2021-ci il tarixindən 28 aprel 2021-ci il tarixinədək, 29 aprel 2021-ci il tarixindən 01 may 2021-ci il tarixinədək, 02 may 2021-ci il tarixindən 17 may 2021-ci il tarixinədək işdən azad edilmişdir. Onun işə çıxma tarixi 18 may 2021-ci il olaraq müəyyən edilmişdir. DƏMX BŞİ-nin rəisi X12 tərəfindən tərtib edilən inzibati tənbehvermə haqqında ******* saylı 11 iyun 2021-ci il tarixli qərardan görünür ki, Encom Construction” QSC-nin direktoru, X19 tərəfində İddiaçı son haqq-hesabının ödənilməməsi müəyyən edildiyindən barəsində tərtib olunmuş 31 may 2021-ci il tarixli, MN seriyalı, ******* saylı protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1400 manat inzibati cərimə növünün tətbiq edilməsi qərara alınmışdır. Sumqayıt şəhər 3 nömrəli şəhər poliklinikası tərəfindən verilən Seriya SN 00007 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 10 aprel 2021-ci il tarixindən 12 aprel 2021-ci il tarixinədək, 13 aprel 2021-ci il tarixindən 15 aprel 2021-ci il tarixinədək, 16 aprel 2021-ci il tarixindən 24 aprel 2021-ci il tarixinədək işdən azad edilmiş və işə başlamalı olduğu tarix 25 aprel 2021-ci il olaraq müəyyən edilmişdir. Abşeron rayon poliklinikası tərəfindən verilən Seriya SN 00007 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 15 fevral 2021-ci il tarixindən 17 fevral 2021-ci il tarixinədək, 18 fevral 2021-ci il tarixindən 20 fevral 2021-ci il tarixinədək işdən azad edilmişdir. Onun işə çıxma tarixi 21 fevral 2021-ci il olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən Cavabdeh QSC-nin rəhbəri Akif Əsədova yazılan 03 iyun 2021-ci il tarixli ərizədən görünür ki, o, QSC rəhbərliyindən tutduğu vəzifədən 01 iyun 2021-ci il tarixindən azad edilməsini xahiş etmişdir. Ərizə 03 iyun 2021-ci il tarixində sifarişli poçt zərfi ilə Cavabdeh QSC-nin ünvanına göndərilmiş, lakin 03 iyun 2021-ci il tarixində qəbulundan imtina edilməsi səbəbindən geri qaytarılmışdır. İddiaçı tərəfindən Cavabdeh QSC-nin rəhbəri Əkif Əsədova yazılan 01 iyun 2021-ci il tarixli ərizədən görünür ki, o, QSC rəhbərliyindən tutduğu vəzifədən 01 iyun 2021-ci il tarixindən azad edilməsini xahiş etmişdir. Poçt xəbərnaməsindən görünür ki, ərizə 01 iyul 2021-ci il tarixində QSC tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən **********3 saylı 16.06.2021- ci il tarixli məktubundan görünür ki, «Encom Construction QSC tərəfindən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, sizinlə 03.02.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 03.05.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallardan əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə uyğun olaraq xitam verilmiş və son haqq-hesabınız ödənilməmişdir. X1 QSC tərəfindən təqdim olunmuş sənədlərdən müəssisə tərəfindən əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq Sizə sonuncu iş günü son haqq- hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilməmişdir və bununla belə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bildiririk ki, Encom Construction QSC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 11.06.2021 -ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin son haqq- hesabınızın ödənilməsi ilə bağlı Encom Construction QSC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir». 31 mart 2021-ci il tarixində Cavabdeh QSC-nin direktoru Akif Əsədov, direktor müavini Amil Cabbarov, lahiyə rəhbəri Rasim Məhərrəmov, kadrlar üzrə mütəxəssis Aydan Ağazadə və qeydiyyatçı Gültəkin Vəliyeva tərəfindən tərtib edilən və imzalanan aktdan görünür ki, İddiaçı 01 mart 2021-ci il tarixindən 31 mart 2021-ci il tarixinədək üzürsüz səbəbdən işə gəlməmişdir. 22 aprel 2021-ci il tarixində Cavabdeh QSC-nin kadrlar üzrə mütəxəssisi Aydan Ağazadə, karguzar Günel Abbasova və qeydiyyatçı Gültəkin Vəliyeva tərəfindən tərtib edilən aktdan görünür ki, cəmiyyətin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsində çalışan İddiaçı 22 aprel 2021-ci il tarixində şirkətin ofisinə gəlmiş, 21 aprel 2021-ci il tarixli EN18/21 saylı məktubda tələb olunan üzürsüz səbəbdən işə gəlməməsinin səbəbinə dair yazılı izahat verməkdən imtina etmişdir. 30 aprel 2021-ci il tarixində Cavabdeh QSC-nin direktoru Akif Əsədov, direktor müavini Amil Cabbarov, lahiyə rəhbəri Rasim Məhərrəmov, kadrlar üzrə mütəxəssis Aydan Ağazadə və qeydiyyatçı Gültəkin Vəliyeva tərəfindən tərtib edilən və imzalanan aktdan görünür ki, İddiaçı 01 aprel 2021-ci il tarixindən 05 aprel 2021-ci il tarixinədək, 10 aprel 2021-ci il tarixindən 23 aprel 2021-ci il tarixinədək, 25 aprel 2021-ci il tarixindən 30 aprel 2021-ci il tarixinədək üzürsüz səbəbdən işə gəlməmişdir. 03 may 2021-ci il tarixində Cavabdeh QSC-nin direktoru Akif Əsədov, direktor müavini Amil Cabbarov, lahiyə rəhbəri Rasim Məhərrəmov, kadrlar üzrə mütəxəssis Aydan Ağazadə və qeydiyyatçı Gültəkin Vəliyeva tərəfindən tərtib edilən və imzalanan aktdan görünür ki, İddiaçı 01 may 2021-ci il tarixindən 03 may 2021-ci il tarixinədək, üzürsüz səbəbdən işə gəlməmişdir. Cavabdeh QSC-nin direktoru Akif Əsədov tərəfindən verilən 03 may 2021-ci il tarixli əmrdən görünür ki, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyən İddiaçı ilə 03 fevaral 2020-ci il tarixində bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən 03 may 2021-ci il tarixindən ləğv edilməsi, işçinin son iş gününün 03 may 2021-ci il olaraq hesab edilməsi, 01 mart 2021-ci il tarixindənn 05 aprel 2021-ci il tarixinədək, 10 aprel 2021-ci il tarxindən 23 aprel 2021-ci il tarixinədək, 25 aprel 2021-ci il tarixindən 03 may 2021-ci il tarixlərini əhatə edən dövr üçün işçiyə əmək haqqı ödənişinin icra edilməməsi, cəmiyyətin kadrlar üzrə mütəxəssisinə və baş mühasibinə qanunvericilikdə və cəmiyyətin daxili qaydaları ilə bu əmrin icrası üçün tələb olunan müvafiq tədbirlərin yerinə yetirilməsi əmr edilmişdir. 03 may 2021-ci il tarixinə hesablanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar haqq-hesab vərəqindən görünür ki, haqq-hesab vərəqi 03 fevral 2021-ci il tarixindən 03 may 2021-ci il tarixədək olan dövrü əhatə edir. Kompensasiya məbləği olaraq 1022 manat hesablanmaqla, 88,22 manat sosial sığorta üzrə tutulma, 5,11 manat işsizlikdən sığorta haqqı, 10,22 manat tibbi sığorta haqqı tutulmaqla İddiaçı ödəniləcək kopensasiya məbləği 918,65 manat olaraq hesablanmışdır. Cavabdeh QSC-nin direktoru Akif Əsədov tərəfindən İddiaçı 21 aprel 2021-ci il tarixli, EN-18/21 saylı məktub göndərilməklə , ondan 10 aprel 2021-ci il tarixindən 21 aprel 2021ci il tarixinədək olan dövr ərzində Əmək Məcəlləsinin 72.1-ci maddəsini kobud şəkildə pozaraq, heç bir üzürlü səbəb olmadan 03 fevral 2020-ci il tarixində Cavabdeh QSC ilə arasında bağlanmış əmək müqaviləsində müəyyən edilmiş tam iş günü saatlarına riayət etməyərək, iş yerində işə çıxmadığından, ondan 23 aprel 2021-ci il tarixində şirkətə gələrək işə çıxmamasının səbəbləri barəsində məlumat verməsi tələb edilmişdir. Cavabdeh QSC-nin direktoru Akif Əsədov tərəfindən ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı 03 fevral 2020-ci il tarixli əmək müqviləsinə xitam verilməsi barədə əmr göndərilmişdir. Həmçinin məhkəmə əmrinin bir nüsxəsi sonuncuya çatdırılması üçün Salyan Rayon Bələdiyyəsinə təqdim edilmişdir “Atlas Express” poçt xidməti tərəfindən verilən xəbərnamədən görünür ki, Cavabdeh QSC tərəfindən göndərilən sənədlər şəxsin ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. Salyan Rayon Bələdiyyəsi tərəfindən Cavabdeh QSC-nin direktoru Akif Əsədova ünvanlanan məktubdan görünür ki, QSC-nin 03 may 2021-ci il tarixli, EN-25/21 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, ünvan 4 ünvanında baxış keçirilmiş və məlum olmuşdur ki, İddiaçı hazırda həmin ünvanda yaşamır. Ona görədə çatdırılması üçün bələdiyyəyə təqdim edilən sənədlər geri qaytarılmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh QSC ilə İddiaçı arasında 03 fevral 2020-ci il tarixində əmək müqaviləsi bağlanmış və sonuncu əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 1100 manat müəyyən edilmişdir. Cavabdeh QSC-nin direktoru X19 tərəfindən verilən 03 may 2021-ci il tarixli, A04/07 saylı əmrlə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsində işləyən İddiaçı ilə 03 fevral 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 03 may 2021-ci il tarixdən ləğv edilməsi, işçinin sonuncu iş günü 03 may 2021-ci il hesab edilməsi əmr edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bülletendə olduğu dövrdə qanunsuz olaraq işdən çıxarıldığını, işə bərpa edilməsini, iş buraxmaya görə əmək haqqının ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək, işdən çıxarılma barədə 03 may 2021-ci il tarixli, A04/07 saylı əmrin qanuni olduğunu, əslində cavabdehin vəzifə borclarını yerinə yetirmədiyini, səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsindən işdən azad edildiyini, həmçinin iddiaçının iddia müddətini ötürməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir. Tədqiq edilmiş sübutlar və tərəflərin izahatları ilə məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 03 fevral 2020-ci il tarixdən 03 may 2021-ci il tarixədək müddətdə əmək münasibətləri olmuşdur. İşçiyə 05.02.2021-ci il tarixdən işdən azad edildiyi günədək, o cümlədən son haqq-hesab məbləği işəgötürən tərəfindən ödənilməmişdir. İşəgötürənə son haqq-hesabın ödənilməməsinə görə inzibati tənbeh verilmişdir. İşçi əmək müqaviləsinin ləğv edilməsi barədə əmri rəsmi qaydada əldə etməmişdir. İşəgötürən əmri işçinin qeydiyyatda olduğu ünvana göndərmiş, lakin zərf işçiyə təqdim edilməmişdir. Eyni zamanda poçt zərfini təqdim etmək üçün Salyan Rayon Bələdiyyəsini ünvanlanmış məktub da, işçinin həmin ünvanda yaşamaması səbəbindən icrasız geri qaytarılmışdır. Məhkəmə iddia tələbinin əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində işçiyə əmək haqqının ödənilməməsi hissəsinə münasibətdə qeyd edir ki, işçiyə 2021-ci ilin fevral, mart, aprel ayı üçün əmək haqqı ödənilməmişdir. Bu hal eyni zamanda işin mübahisəsiz halıdır. Belə ki, işəgötürən qəbul edir ki, işçi həmin aylar ərzində əmək müqaviləsinə əsasən rəsmi olaraq onların işçisi hesab olunurdu, lakin həmin müddət ərzində dəfələrlə işdə olmadığına görə ona əmək haqqı ödənilməmişdir. İddiaçı da etiraf edir ki, həmin aylar ərzində müxtəlif tarixlərdə xəstəliklə bağlı bülletende olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində həmin aylar üçün əmək haqqının tam tutulmasını xahiş etsə də, eyni zamanda həmin müddət ərzində işə çıxmadığı günlərin olduğunu da qəbul etmişdir. Odur ki, iddia tələbi həmin hissədə, yəni 05.02.2021-05.05.2021 müddət üçün 3000 manat məbləğində əmək haqqının tutulması hissəsində, iddia qismən təmin edilməli və 2021-ci ilin fevral, mart, aprel ayları üçün əmək qanunvericiliyinə uyğun qaydada hesablanmış əmək haqqı məbləği İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbinin 05.10.2020-05.05.2021 müddət üçün rəsmi əmək haqqından əlavə qeyri-rəsmi əmək haqqı olaraq 3500 manat məbləğində vəsaitinin tutulması hissəsini məhkəmə əsaslı hesab etmir. Belə ki, iddiaçı bununla bağlı heç bir mötəbər sübut təqdim etməmiş, bu hal nə cavabdeh tərəfindən qəbul edilmiş, nə də iddiaçı tərəfindən dəvət olunmuş şahid ifadəsi ilə öz təsdiqini tapmamışdır. İddiaçı mülki işdə tərəf olmayan başqa şəxslərin telefon yazışmalarına istinad edərək, bu halın dolayı yolla fakt kimi qəbul edilməsinə cəhd etsə də, məhkəmə həmin yazışmaları mötəbər sübut kimi qəbul etmir. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Odur ki, iddiaçı onunla cavabdeh arasında qeyri-rəsmi əmək haqqının ödənilməsi ilə bağlı razılaşmanın olmasını mötəbər sübutla təsdiq edə bilmədiyindən, yəni sübut kimi başqa şəxslər arasında olan telefon yazışmalarına istinad etdiyindən məhkəmə iddianı bu hissədə əsaslı hesab etmir. Məhkəmə iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və işəbərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. İşin hallarından göründüyü kimi, cavabdeh 03 may 2021-ci il tarixdə əmr qəbul edərək İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən işdən azad etmişdir. Əmrin qəbul edilməsi üçün əsas işçinin 01.03.2021-05.04.2021-ci il tarixədək, 10.04.2021-23.04.2021-ci il tarixədək, 25.04.2021-ci il tarixdən əmr qəbul edilən tarixədək üzrsüz səbəbdən işə gəlməməsi və əmək kollektivini ruhdan salması olmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əmr qanunsuz hesab edilməklə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin ikinci hissəsinə əsasən Bu məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin üçüncü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır; 83-cü maddəsinin birinci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 83-cü maddəsinin ikinci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186-cı maddəsinin birinci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin ikinci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər. 187-ci maddəsinin birinci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187-ci maddəsinin ikinci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 189-cu maddəsinin ikinci hissəsinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarının məzmunundan göründüyü kimi, əmək qabiliyyətini müvəqqəti itirən işçilərə əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə intizam tənbehi verilə bilməz. Lakin işçinin işdəazad edilməsi barədə əmr 03.05.2021-ci ilə verilmişdir. Halbuki iş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 02 may 2021-ci il tarixindən 17 may 2021-ci il tarixinədək kəskin piolistit diaqnozu qoyulmaqla, ambulator rejimdə müalicəyə yazılmışdır. Odur ki, Cavabdeh QSC-nin direktoru Əsədov Akif tərəfindən isə Cavabdeh QSC ilə İddiaçı arasında əmək müqaviləsinin ləğv edilməsi haqında 03 may 2021-ci il tarixli, A04/07 saylı əmri iddiaçı xəstələndiyi və bu səbəbdən də bülletendə olduğu dövrdə verilmişdir. Eyni zamanda iddiaçı məhkəməyə 15.02.2021-20.02.2021-ci il, 10.04.2021- 24.04.2021-ci il, 26.04.2021-17.05.2021-ci il tarixləri üçün əmək qabiliyyətinin olmaması barədə bülleten təqdim etmişdir. Odur ki, Cavabdeh QSC-nin İddiaçı işdən azad edilməsi ilə bağlı olan 03 may 2021ci il tarixli, A04/07 saylı əmri ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdeh QSC-də şöbəsinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsinə bərpa edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, işçiyə məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanarkən “əmək qabiliyyətinin olmaması vərəqələri” də müvafiq qanunvericiliyə uyğun olaraq nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin Encom Construction» Qapalı Səmdar Cəmiyyətindən (keçmiş MMC) 03.05.2021-ci il tarixdən etibarən işə bərpa olunan tarixə kimi işburaxmaya görə əmək haqqı məbləğinin gecikdirilmiş hər günü üçün 1% tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin beşinci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Göründüyü kimi qanunsuz əmrin verilməsi fərdi əmək mübahisəsi hesab olunduğundan və işçinin məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi hazırki qətnamə ilə müəyyən edildiyindən, işçinin pozulmuş hüquqları bərpa olunmuşdur. Əmək Məcəlləsinin 172-ci maddəsində qeyd edilənlər isə fərdi əmək mübahisəsi yaratmayan hallara aiddir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə iddia tələbinin vurulmuş maddi və mənəvi zərərin tutulması hissəsinə münasibətdə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar: 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:1) ziyanın həqiqətən vurulduğu aşkar olduqda;2) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; 3)təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 195-ci maddəsindəİşəgötürənin əmək münasibətləri prosesində hansı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıdığı müəyyən edilmişdir. Həmin Məcəllənin 196.5-ci maddəsində isəqeyd edilmişdir ki, işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin Məcəllənin 290-cı maddəsindəqeyd edilmişdir ki, İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Məhkəmə maddi və mənəvi zərərin tutulması barədə iddia tələbinə münasibətdə hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər vurulması ilə bağlı hər hansı sübut təqdim etmədiyindən iddia həmin hissədə əsaslı hesab edilməməklə təmin edilməməlidir. Məhkəmə mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən müvafiq əmr işçiyə 03 may 2021-ci il tarixdə Salyan Rayon Bələdiyyəsinə təqdim etmə barədə vəzifə həvalə edilməklə göndərilmiş, lakin işçi həmin ünvanda yaşamadığından məktub geri qaytarılmışdır. İşçinin yaşadığı yer barədə işçiyə məlumat verməməsi onun hüquqdan sui istifadəsidir. Bu səbəbdən iddiaçı 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə iddia verdiyindən iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsi geniş təfsir oluna bilməz. Belə ki, qanun konkret olaraq işçinin hüququnun pozulduğunu aşkar etdiyi günü ona müvafiq əmrin verildiyi vaxtla şərtləndirmişdir. İşçiyə isə hal-hazıradək müvafiq əmr rəsmi qaydada təqdim edilməmişdir. Hazırki mübahisədə isə hüquqdan sui-istifadədən söhbət gedə bilməz, belə ki, iddia ərizəsi 06.07.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Bu isə fərdi əmək mübahisəsinin yarandığı müddətdən hüquqdan sui-istifadə etməyə əsas verən dərəcədə uzaq müddət hesab edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 2021-ci ilin fevral, mart, aprel ayları üçün əmək qanunvericiliyinə uyğun qaydada hesablanmış əmək haqqı məbləği tutularaq İddiaçı ödənilməli, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 03.05.2021-ci il tarixli, A04/07 nömrəli əmri ləğv edilməli, 03.05.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsinə bərpa edilməli, iddiaçı tərəfindən ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 2021-ci ilin fevral, mart, aprel ayları üçün əmək qanunvericiliyinə uyğun qaydada hesablanmış əmək haqqı məbləği tutularaq İddiaçı ödənilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 03.05.2021-ci il tarixli, A04/07 nömrəli əmri ləğv edilsin, 03.05.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsinə bərpa edilsin. İddiaçı tərəfindən ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar