Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5765/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı mülki iş üzrə Açar sözlər: (Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli 405 nömrəli və xx.xx.2007-ci il tarixli 104 nömrəli sərəncamlarında onun ata adının, “Tanrıverdi” ilə “Tanırvedi”nin eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 405 nömrəli sərəncamı ilə ona Biləcəri qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün 6 sot torpaq sahəsi ayrılmışdır. Sonra Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2007-ci il tarixli, 104 nömrəli sərəncamı ilə Biləcəri qəsəbəsi, M.ünvan 1 ünvanında onun tərəfindən tikilmiş tikinti başa çatmış, fərdi yaşayış evinin xüsusi mülkiyyət kimi ilkin hüquqi qeydiyyata alınması təsdiq olunmuşdur. Onun bütün sənədlərində ata adı “Tanırverdi” olaraq göstərilsə də yuxarıda qeyd edilən hər iki sərəncamda ata adı “Tanrıverdi” kimi göstərilmişdir. Onun ailə üzvlərinin yaşayış yeri üzrə qeydiyyata düşməsi evin çıxarışı olmadan mümkün olmadığından Biləcəri qəsəbəsi, M.ünvan 2 ünvanında yerləşən, 2001-ci ildən ailəsi ilə yaşadığı fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almaq niyyətindədir. O, cari ilin iyul ayının 4-ü mövcud orfoqrafik səhvin aradan qaldırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Lakin həmin qurum tərəfindən arxiv arayışında müvafiq düzəlişlərin aparılması barədə məsələyə məhkəmə qərarı Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra yenidən baxılacağını bildirilmişdir. Qeyd edilənlərə əsasən ərizəçi sənədlərin ona aid olması faktı ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli 405 nömrəli və xx.xx.2007-ci il tarixli 104 nömrəli sərəncamlarının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadə verərək bildirdi ki, ərizəçi onun dayısı oğludur, sənədlərdə qeyd olunan “Tanrıverdi” ilə “Tanırvedi”nin eyni şəxs olmasını təsdiq etdi.
6. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadə verərək bildirdi ki, ərizəçi ilə onun qaynıdır, sənədlərdə qeyd olunan “Tanrıverdi” ilə “Tanırvedi”nin eyni şəxs olmasını təsdiq etdi.
7. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadə verərək bildirdi ki, ərizəçi ilə onun qaynıdır, sənədlərdə qeyd olunan “Tanrıverdi” ilə “Tanırvedi”nin eyni şəxs olmasını təstiq etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab edir.
9. Məhkəmə ərizəçinin izahatını, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
Mülki işin materialları:
10. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş və Azərbaycan Respublikasının vətəndaşıdır.
11. Hərbi biletin və nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi atasının adı “Tanırverdi” olaraq qeyd edilmişdir.
12. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X1, anası X2r.
13. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3, X5 və X8 atası Ərizəçi, anası X7r.
14. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 405 nömrəli sərəncamından görünür ki, Ərizəçi Tanrıverdi oğluna Biləcəri qəsəbəsi ərazisindən fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır.
15. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2007-ci il tarixli, 104 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 405 nömrəli sərancamı ilə vətəndaş Ərizəçi Tanrıverdi oğluna fərdi yaşayış evinin tikintisi üçün Biləcəri qəsəbəsi, Füzuli küçəsində ayrılmış torpaq sahəsində təqdim edilən layihə əsasında inşası başa çatdırılmış fərdi yaşayış evinə Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/7327 saylı, xx.xx.2006-cı il tarixli məktubuna əsasən Biləcəri qəsəbəsi, ünvan 3 ünvanı təyin edildiyini, Bakı şəhər Ekspertiza Mərkəzinin D-1/1-69 saylı, xx.xx.2007-ci il tarixli rəyini nəzərə alaraq, həmin fərdi yaşayış evi vətəndaş Ərizəçi xüsusi mülkiyyətinə verilməsi üçün ilkin hüquqi qeydiyyata alınmışdır.
16. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 405 nömrəli sərəncamının arxiv arayışında müvafiq düzəlişlərin aparılması barədə məhkəmə qərarı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra məsələyə müraciət əsasında yenidən baxılacaqdır. Ona görə də ərizənin icrasından imtina edilmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
17. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.
19. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır.
20. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd olunan sənədlərin ərizəçiyə məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır.
21. Göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 405 nömrəli və xx.xx.2007-ci il tarixli, 104 nömrəli sərəncamlarında ərizəçinin ata adı “Tanırverdi” olduğu halda, “Tanrıverdi” kimi göstərilmişdir. Lakin iş materiallarına əlavə edilən ərizəçinin şəxsiyyət vəsiqəsində, hərbi biletində, doğum və nikah haqqında şəhadətnamələrində ərizəçinin atasının adı “Tanırverdi” kimi göstərilmişdir. Müəyyən edildiyi kimi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 405 nömrəli və xx.xx.2007-ci il tarixli, 104 nömrəli sərəncamlarında göstərilən ərizəçinin atasının adı onun şəxsiyyət vəsiqəsində, hərbi biletində, doğum və nikah haqqında şəhadətnamələrdə göstərilən ad ilə düz gəlmir.
22. Bundan başqa məhkəmə iclasında iştirak etmiş şahidlər X9, X6 və X11 izahat verərək, Ərizəçi atasının adının “Tanrıverdi” deyil, “Tanırverdi” olmasını təsdiq etdilər.
23. Beləliklə Ərizəçi Tanrıverdi oğlunun barəsində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 405 nömrəli və xx.xx.2007-ci il tarixli, 104 nömrəli sərəncamlarının Ərizəçi məxsus olması faktı şübhə doğurmur.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir.
26. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
27. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir.
28. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir.
29. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,
Q Ə T E T D İ:
Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi Tanrıverdi oğlunun barəsində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 405 nömrəli və xx.xx.2007-ci il tarixli, 104 nömrəli sərəncamlarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova