Məhkəmə qərarları › İş №2(001)-5808/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5808/2021

10.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5808/2021 10.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri yolu 1a saylı evin 67a saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri yolu 1a saylı evin 67a saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı 04.04.2015-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq olunan alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri yolu 1a saylı evin 67a saylı mənzilini Cavabdeh1 almış, müqavilə bağlanarkən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mənilin satılmasına razılıq vermişlər. Alqı-satqı və ipoteka müqaviləsi bağlandıqdan sonra Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri yolu 1a saylı evin 67a saylı mənzilinə dair iddiaçının mülkiyyət hüquqları qeydə alınmışdır. Müqavilə bağlandıqdan sonra cavabdehlər mənzildən qeydiyyatdan çıxacaqlarına söz versələr də, bu günədək onlar iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaqda davam edirlər. İddiaçı bunun səbəbini soruşduqda isə cavabdehlər qeydiyyata düşməyə ünvanlarının olmamasını göstərirlər. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri yolu 1a saylı evin 67a saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə isə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Satıcı Cavabdeh1, alıcı-ipoteka qoyan İddiaçı və kreditor-ipoteka saxlayan AFB Bank ASC arasında bağlanmış 04.08.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri yolu 1a saylı evin 67a saylı mənzilini alıcıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08.08.2015-ci il tarixli PX seriyalı № ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri yolu 1a saylı evin 67a saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 3 saylı Bakı Asan xidmət mərkəzinin 06.07.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri yolu 1a saylı evin 67a saylı mənzilində qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə təqdim etdikləri ərizələrdən müəyyən olunur ki, onlar iddia ərizəsini qəbul etməklə mənzilə istifadə hüquqlarının itirilməsinə razı olduqlarını bildirmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlər yaşadıqları mənzilin özgəninkiləşdirilməsinə razılıq verdikdən sonra həmin mənzili boşaldaraq yeni mülkiyyətçiyə təhvil verməklə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri yolu 1a saylı evin 67a saylı mənzilinə istifadə hüquqlarını itirdiklərindən iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri yolu 1a saylı evin 67a saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar