Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5842/2020 23.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi və X7 maraqlı şəxs qismində işə cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası Ərizəçi, atası X7 olan, xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş qız cinsindən olan uşağın doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikadan xx xxxxxx 2013-cü il tarixdə “Nigar” klinikasında bir qız uşağı doğulmuşdur. Həmin klinika fəaliyyətini dayandırdığı üçün onlar uşağın doğulması barədə həkimin tibbi şəhadətnaməsini götürə bilməmişlər. Uşaq sağlamdır, Bakı baş səhiyyə İdarəsinin 11 saylı Uşaq Poliklinikasında tibbi qeydiyyata götürülmüşdür. Uşaq xx xxxx 2019-cu il tarixdə tibbi müayinədən keçirilmiş və poliklinika tərəfindən onun sağlam olması barədə arayış verilmişdir. Uşağın doğum faktının müəyyən edilməsi uşağa doğum haqqında şəhadətnamə götürülməsi və sosial hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Uşağa doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin uşağın doğulması haqqında həkimin tibbi şəhadətnaməsinin olmaması səbəbindən ona şəhadətnamə verilməsindən imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Daha sonra Ərizəçi ərizənin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində yerləşən Tibb müəssisəsində xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi doğulması faktının müəyyən edilməsi, bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla vətəndaş qrafasında “X6”, atası qrafasında “X7”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “Ərizəçi”, anasının mülliyyəti qrafasında “azərbaycanlı” göstərilməsi, bununla bağlı doğum akt qeydində müvafiq qeydin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə X7 maraqlı şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə irəli sürülmüş tələbin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə hazırlıq iclasında maraqlı şəxs X7 ərizəni etiraf edib, ərizəçi ilə xx.xx.2007-ci il tarixdə nikah bağladığını, həmin nikahdan başqa uşaqlarının da olduğunu, Rəhimənin də xx xxxxxx 2013-cü il tarixdə onların birgə nikahından doğulduğunu, lakin bu uşağın doğulduğu “Nigar” Tibbi klinikasının sonradan bağlandığını və nəticədə onlara doğum haqqında tibbi şəhadətnamənin verilməsinin qeyrimümkün olduğunu, bu səbəbdən uşağın doğum faktının müəyyən edilməsinə zərurətin yarandığını bildirmiş və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin bu barədə ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçini və onun ailəsini yaxından tanıyır, 8 ilə yaxın müddətdir ki, ailəvi münasibət saxlayırlar. xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş uşaq ərizəçi ilə onun həyat yoldaşı X4 birgə nikahından olmuşdur. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin xalası qızıdır. Ərizəçi ilə X4 birgə nikahından xx xxxxxx 2013-cü il tarixdə “Nigar” klinikasında qız uşağı doğulmuşdur. Lakin həmin vaxt bu barədə tibbi şəhadətnamə almadıqları üçün hazırda əziyyət çəkirlər. Belə ki, uşağın doğumu qeydə alınmadığından digər aidiyyəti sənədləri də əldə edə bilmirlər. Bu səbəbdən uşağın məktəbə göndərilməsi də mümkün olmamışdır. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, maraqlı şəxsin ərizəni etiraf etməsini qəbul edib, habelə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ilə X7 xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Ərizəçi həmin nikahdan xx.xx.2013-cü il tarixdə “Nigar” klinikasında qız uşağının doğulduğunu, lakin klinika bağlandığından uşağın doğumu ilə bağlı doğum haqqında tibbi şəhadətnamə ala bilmədiyini bildirir. Ərizəçi bu şəhadətnamənin əldə edilməsi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, uşağın doğumunun qeydə alınması üçün isə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu sənədin əldə edilməsi üçün tibbi xidməti göstərən müəsissəyə, bu mümkün olmadığı təqdirdə isə məhkəməyə müraciət etməyi, şöbə isə doğum haqqında tibbi şəhadətnamə olmadığından doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Uşağın doğulduğu tibb müəssisəsi hazırda fəaliyyət göstərmir. Məhkəmə tərəfindən işə maraqlı şəxs qismində cəlb edilmiş və ərizəçinin həyat yoldaşı olan X7 ərizəni etiraf edir və xx.xx.2013-cü il tarixdə onların birgə nikahından qız uşağının doğulduğunu bildirir. Məhkəmə iclasında ifadəsi alınmış şahidlərdə maraqlı şəxsin etirafına uyğun ifadə verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü və 307.2.11-ci maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydaların 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd doğumun qeydə alınması üçün təqdim edilən sənədlərə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində bildirilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə qız uşağının doğulması, işdə olan sübutlarla, o cümlədən maraqlı şəxsin etirafı və şahidlərin ifadəsi ilə sübuta yetir. Həmin uşaq tibb klinikasında doğulmuşdur. Lakin həmin klinika bağlanması səbəbindən uşağın ərizəçidən doğulmasını təsdiq edən tibbi şəhadətnamənin alınması mümkün olmamışdır. Həmin sənədin olmaması da uşaqla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeydin aparılmasını və buna uyğun olaraq uşağa doğum haqqında şəhadətnamənin verilməsini qeyri-mümkün edir. Ərizəçi bu sənədin əldə edilməsi, habelə uşağın doğumu ilə bağlı qeydin aparılması üçün aidiyyəti orqanlara müraciət etmiş, lakin bunun bir nəticəsi olmamışdır. Ərizəçi xx.xx.2013-cü il tarixdə qız uşağının doğulmasını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə qeyd edilən uşağın bir insan fərdi olaraq, tam hüquqlu şəxs kimi qeydiyyata alınması, gələcəkdə digər sənədlərin alınmasının təmin edilməsi və onun insan və vətəndaş hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Belə bir uşaq mövcuddur, adı Rəhimədir, xx.xx.2013-cü il təvəllüdlüdür. Ərizəçinin qızıdır. Bu hallar həmin uşağın qeydiyyatda olduğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 11 saylı uşaq poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tibbi arayışı ilə də təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində Tibb müəssisəsində xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi doğulması faktı müəyyən edilməli, bununla bağlı həmin uşaq barəsində doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla atası qrafasında “X7”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “Ərizəçi”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilməsi, habelə bu barədə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində Tibb müəssisəsində xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi doğulması faktı müəyyən edilsin. Bununla bağlı həmin uşaq barəsində doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla atası qrafasında “X7”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “Ərizəçi”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilməsi, habelə bu barədə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-5842/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5842/2020
23.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver