Məhkəmə qərarları › İş №2(001)-5882/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5882/2023

03.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5882/2023 03.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Xocalı şəhər VVADQ şöbəsi tərəfindən doğumun qeyd edilməsi haqqında doğum aktı qeydinin bərpa edilməsini və Xocalı VVADQ Şöbəsi tərəfindən onun adına tərtib edilmiş “Doğum haqqında şəhadətnamə”-də doğulduğu yerin Xocalı şəhəri, doğum tarixinin xx.xx.1976, ata qrafasında X8(milliyyəti azərbaycanlı), ana qrafasında X4(milliyyəti azərbaycanlı) yazılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1976-cı ildə Xocalı şəhərində anadan olmuş, Xocalı şəhəri VVADQ Şöbəsində doğumu qeydə alınmış və ona “Doğum haqqında şəhadətnamə” verilmişdir. 26 fevral 1992-ci il tarixində o və ailə üzvləri erməni faşistlərinin etnik təmizləmə işğalçı siyasətlərinin qurbanına çevrilmişlər. X3 və qardaşı X1 faciəsi zamanı aldıqları güllə yarasından şəhid olmuşlar. Digər ailə üzvləri məcburiyyət qarşısında qalaraq dədə-baba yurdlarından məcburi köçkün olmuş, müvəqqəti olaraq Bakı şəhərinə köçmüş və qeyd edilən ünvanda müvəqqəti məskunlaşmışlar. Ərizəçi, həmçinin bildirmişdir ki, erməni faşistlərinin etnik təmizləmə işğalçı siyasətləri nəticəsində hərbi əməliyyatlar zamanı “Doğum haqqında şəhadətnaməsi”naməlum şəraitdə itmişdir. Əvvəllər yaşadıqları Xocalı şəhəri uzun müddət erməni işğalı altında olduğundan, yandırıldığından, talan edildiyindən “Doğum haqqında şəhadətnamə”ni əldə etmək mümkün deyil və doğumun qeyd edilməsi aktı qeydlərinin başqa qaydada bərpa edilməsi mümkün deyildir. Valideynlərinin hər ikisi vəfat etmişdir. Vərəsəlik hüquqlarını həyata keçirmək üçün notariusa “Vərəsəlik şəhadətnaməsi” alınması ilə əlaqədar müraciət etmişdir, notarius ondan doğum haqqında şəhadətnaməni tələb etmişdir. Daha sonra o, doğum haqqında akt qeydinin bərpa edilməsi və ona yeni doğum haqqında şəhadətnamə verilməsi üçün yaşadığı ərazi üzrə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs ona ünvanladığı 05 sentyabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Doğum haqqında akt qeydinin bərpa edilməsinə dair Maraqlı şəxsnə daxil olunmuş ərizənizə baxılmışdır. Ərizədə doğum yerinin Xocalı şəhəri olduğunu qeyd etmisiniz. Bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktı qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir”. Odur ki, xx.xx.1976-cı ildə Xocalı şəhərində doğumun qeydə alınması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Həmin sənədin bərpası onun vərəsəlik hüquqlarını həyata keçirməsi üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanlandığı 14 sentyabr 2023-cü il və 10 oktyabr 2023-cü il tarixli məktublarında ərizəyə etiraz etmədiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Ərizəçi xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. X3, anası X2r. Atası Xocalı faciəsi zamanı şəhid olub. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində bildirmişdir ki, ərizəçi dayısının qızıdır. X3, anası X4 olub. Ərizəçi xx.xx.1976-cı ildə anadan olub. İş materiallarında olan: “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan və AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi Nərimanov RPİ tərəfindən 21 may 2011-ci il tarixdə AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi verilmiş və həmin vəsiqədə təvəllüdü xx xxxxx 1976-cı il, doğulduğu yer Xocalı şəhəri, vətəndaşlığı AZE, ailə vəziyyəti evli, yaşayış yeri Xocalı şəhəri, qan qrupu A (İİ) RH+, göz rəngi qəhvəyi, boyu 165 sm olaraq qeyd edilmişdir. AZ-İ seriyalı 580320 №-li Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 26 fevral 1992-ci ildə Xocalı faciəsi zamanı güllə yarası səbəbindən ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 7 № ilə qeyd edilmişdir. AZ-İ seriyalı 073570 №-li Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 13 oktyabr 2003-cü ildə Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü ildə 10 № ilə qeyd edilmişdir. İV-ЖГ seriyalı 382504 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1992-ci ildə Xocalı faciəsi zamanı aldığı güllə yarasından həlak olmuşdur. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 05 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Ərizəçi itmiş sənədlərinin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. İş materiallarında Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı 427908 №-li “X10”-dən görünür ki, Ərizəçi Xocalı şəhərində 1976-cı ildə anadan olmuşdur və daimi yaşayış yeri olan Xocalı şəhərini 1992-ci ildə tərk etmişdir. Hazırda müvəqqəti olaraq Bakı şəhər, Binəqədi rayonu, 7-ci mkr, ev 11, mənzil 97-də məskunlaşmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı 19 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi xx.xx.2011-ci il tarixindən Nərimanov RPİ tərəfindən AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişdir. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Ərizəçi məxsus ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsinə dair fərdi uçot kartoçkası təqdim olunmuşdur. Məktuba əlavə edilmiş ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsinə dair fərdi uçot kartoçkasında qeyd olunur ki, Ərizəçi ilk dəfə xx.xx.2003-cü il tarixində AZE01208210 seriyalı, 1MYBOYX şəxsi kodu olan şəxsiyyət vəsiqəsi verilmişdir. Fərdi uçot kartoçkasında göstərilir ki, Ərizəçi xx.xx.1976-cı ildə Xocalı şəhərində anadan olmuşdur və X3, anası X2r Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğum akt qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət etsə də, kifayət qədər əsas olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum akt qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx xxxxx 1976-cı il, doğulduğu yer Xocalı şəhəri, ata qrafasında – X8 (milliyyəti azərbaycanlı), ana qrafasında – X4 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən qaçqınlar və məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx xxxxx 1976-cı il, doğulduğu yer Xocalı şəhəri, ata qrafasında – X8 (milliyyəti azərbaycanlı), ana qrafasında – X4 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar