Məhkəmə qərarları › İş №2(001)-5899/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5899/2021

21.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5899/2021 21.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə Ərizəçi əri X1 miras qalan Vaz-2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi əri X1 miras qalan Vaz-2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, əri X3 uzun müddət ürəyin xroniki işemik xəstəliyindən əziyyət çəkmiş və 25.11.2020-ci il tarixdə vəfat etmişdir. X1 birgə nikah dövründə əldə etdikləri Vaz-2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Mirası qəbul etmək üçün notariat kontoruna müraciət etsə də, 26 saylı notariat kontoru 01.07.2021-ci il tarixli X-229 saylı məktubu ilə ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. X2 ölümündən sonra Vaz-2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil daim onun istifadəsində olmuş, yaşadığı evin həyətində saxlanılmış, bu avtomobilə dair heç kimə etibarnamə verilməmiş, avtomobil satılmamışdır. O, miras əmlakda olan nəqliyyat vasitəsində ərinin payını faktiki olaraq qəbul etmişdir. Övladları ilə arasında bu miras əmlakla bağlı heç bir mübahisəsi yoxdur. Ona görə də əri X1 miras qalan Vaz-2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri 26 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri 26 saylı notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri 26 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ... 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Maraqlı şəxs Bakı şəhəri 26 saylı notariat ofisinin 01.07.2021-ci il tarixli X-229 saylı məktubundan müəyyən olunur ki, F.Y.Gülməmmədovun müraciətinə əsasən 25.11.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Vaz-2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mirasın qəbul edilmə müddəti ötürüldüyündən məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ağsu rayonu Bico kənd Sovetliyi tərəfindən verilmiş 04.10.1976-cı il tarixli İ-JQ 301090 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 ilə X4 04.10.1976-cı ildə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Gülməmmədova soyadı verilmişdir. AC N 047855 saylı 27.03.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Vaz-2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. Azərbaycan Respublikası DİN BDYPİ-nin 08.09.2021-ci il tarixli 016-146-1221 saylı məktubundan müəyyən olunur ki, Vaz-2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X2 mülkiyyət hüquqları 27.03.2014-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən qeydə alınmış, hal-hazırda da nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. Ağsu rayonu Bico kənd Sovetliyi tərəfindən verilmiş 10.11.1978-ci il tarixli V-JQ № 460711 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 12.10.1978-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 42 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X3, anası Ərizəçidır. Ağsu rayonu Bico kənd Sovetliyi tərəfindən verilmiş 25.05.1977-ci il tarixli İV-JQ № 290481 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 09.05.1977-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 34 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X3, anası Ərizəçidır. Bakı şəhəri Xətai rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 09.10.1980-ci il tarixli Vİİ- JQ № 380434 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 11.09.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3970 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X3, anası Ərizəçidır. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.12.2020-ci il tarixli AZ-İİ № 128769 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 25.11.2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1435 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, 25.11.2020-ci il tarixdə vəfat etmiş atası X1 miras qalan Vaz-2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun anası Ərizəçi istifadəsindədir. Həmin nəqliyyat vasitəsinə dair heç kimə etibarnamə verilməmişdir. Onun və bacıları olan digər vərəsələrin bu miras əmlakla bağlı heç bir mübahisələri yoxdur. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, 25.11.2020-ci il tarixdə vəfat etmiş atası X1 miras qalan Vaz-2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun anası Ərizəçi istifadəsindədir. Həmin nəqliyyat vasitəsinə dair heç kimə etibarnamə verilməmişdir. Onun və digər vərəsələrin bu miras əmlakla bağlı heç bir mübahisələri yoxdur. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, 25.11.2020-ci il tarixdə vəfat etmiş atası X1 miras qalan Vaz-2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun anası Ərizəçi istifadəsindədir. Həmin nəqliyyat vasitəsinə dair heç kimə etibarnamə verilməmişdir. Onun və digər vərəsələrin bu miras əmlakla bağlı heç bir mübahisələri yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1.-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), 1159.1.2. övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ərizəçi əri X1 miras qalan Vaz-2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mirası faktiki olaraq qəbul etmiş və bu faktla bağlı digər vərəsələr olan miras qoyanın övladları arasında mübahisə yoxdur. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib təmin edilməsi qənaətinə gəlir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi miras qoyan X2 mülkiyyətində olan Vaz-2106 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mirası faktiki qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar