Məhkəmə qərarları › İş №2(001)-5902/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5902/2021

19.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5902/2021 19.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Biləcəri qəsəbəsi, Qafur Məmmədov küçəsindəki 19 saylı evin 20 saylı mənzilini Bakı şəhəri, 20 Neli Notariat Kontorunda 03.11.2014-cü il tarixdə ******* AN-İ №-li alqı-satqı müqaviləsi əsasında satıcı X1 əvəzi ödənilməklə almışdır. İddiaçının həmin mənzil üzərində tam mülkiyyət hüququ ********** nömrə ilə 01.12.2015-ci ildə qeydə alınaraq dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Cavabdeh iddiaçının mənzili aldığı Nofəl Quliyevdən əvvəl mənzilin mülkiyyətçisi olmuş Nisəxanım Hüseynovanın ailə üzvü olmuşdur. İddiaçı ilə alqı-satqıdan əvvəl Quliyev Nofəl əvvəlki sakinlərin istifadə hüquqlarına xitam verilməsi haqqında məhkəməyə iddia ərizəsi vermiş, daha sonra hazırkı Cavabdeh həmin vaxt yetkinlik yaşına çatmadığı üçün iddia tələbini dəqiqləşdirərək, onu cavabdehlər siyahısından çıxarmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.09.2014-cü il tarixli qətnaməsi ilə Quliyev Nofəldən əvvəl mənzilin mülkiyyətçisi olmuş X2 və ailə üzvləri X5, X3 və X4 qeydiyyatda olduqları Biləcəri qəsəbəsi, Qafur Məmmədov küçəsindəki, 19 saylı mənzilin 20 saylı mənzilindən istifadə hüquqlarına xitam verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh Bakı şəhəri, Biləcəri qəsəbəsi, Qafur Məmmədov küçəsindəki 19 saylı evin 20 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 29.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinin etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas mövcud deyil, etiraf təsdiq edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qafur Məmmədov küçəsi, 19 saylı evin 20 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qafur Məmmədov küçəsi, 19 saylı evin 20 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar