Məhkəmə qərarları › İş №2(001)-5907/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5907/2021

26.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5907/2021 26.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh Muxtarov Ağa-X3 qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəhrəmanov küçəsi 3184/87-ci məhəllə 3 saylı evin 4 saylı mənzilinə (yeni ünvanla ünvan 1adə hüququna xitam verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Muxtarov Ağa-X3 qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəhrəmanov küçəsi 3184/87-ci məhəllə 3 saylı evin 4 saylı mənzilinə (yeni ünvanla ünvan 1adə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəhrəmanov küçəsi 3184/87-ci məhəllə 3 saylı evin 4 saylı mənzilini (yeni ünvanla ünvan 2deh Muxtarov Ağa- X1 28.09.2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən almışdır. Mənzilə dair mülkiyyət hüquqları DƏDRX-də qeydə alınaraq ona çıxarış verilmişdir. Müqavilə bağlandıqdan sonra cavabdeh mənzili boşaldaraq ona təhvil vermişdir. Lakin cavabdeh onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışdır. Ona görə də Muxtarov Ağa-X2 onun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəhrəmanov küçəsi 3184/87-ci məhəllə 3 saylı evin 4 saylı mənzilinə (yeni ünvanla ünvan 1adə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Muxtarov Ağa-X2 faktiki yaşayış yeri məlum olmadığına görə məhkəmə cavabdehin sonuncu qeydiyyatda olduğu ünvana bildiriş göndərmiş, ünvan 3v Ağa-X2 qeyd edilən ünvanda yaşamadığı barədə qeyd aparmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdeh Muxtarov Ağa-X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə isə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. X4-X5, alıcı-ipoteka qoyan İddiaçı və kreditor-ipoteka saxlayan Bank of Baku ASC arasında bağlanmış 28.09.2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəhrəmanov küçəsi 3184/87-ci məhəllə 3 saylı evin 4 saylı mənzilini (yeni ünvanla ünvan 4ya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03.10.2020-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəhrəmanov küçəsi 3184/87-ci məhəllə 3 saylı evin 4 saylı mənzili (yeni ünvanla Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Anton Çexov küçəsi 10, M2, m2) İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzinin 07.07.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Muxtarov Ağa-X5 Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəhrəmanov küçəsi 3184/87-ci məhəllə 3 saylı evin 4 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh mülkiyyətində olan mənzili iddiaçıya satdıqdan sonra həmin mənzilə olan istifadə hüququnu da itirdiyindən iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Muxtarov Ağa-X2 Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zahid Qəhrəmanov küçəsi 3184/87-ci məhəllə 3 saylı evin 4 saylı mənzilinə (yeni ünvanla ünvan 1adə hüququna xitam verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar