Məhkəmə qərarları › İş №2(001)-5955/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5955/2024

19.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5955/2024 19.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı mülki iş üzrə Açar sözlər: doğum akt qeydinin bərpa edilməsi Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MUƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1971-ci ildə anadan olması ilə bağlı doğum akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-cı ildə Ermənistan Respublikasının Amasya rayonunun Göllü kəndində anadan olmuşdur. X4, anası X1r, valideynləri vəfat edib. Ailə qurduqdan sonra 1989-1993-cü illərdə Gəncə şəhərində yaşamışlar. 1993-cü ildə Gəncə şəhərindəki evlərində yanğın baş vermiş, digər əşyalarla birlikdə sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsi yanmışdır. Doğum haqqında şəhadətnamə gələcəkdə ona lazım olan zəruri sənədlərdən biri kimi ona lazım olacaq. Hazırda doğum haqqında şəhadətnamənin bərpa edilməsinə ehtiyac yaranmışdır. Bu məqsədlə yaşadığı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi sənədlərin yalnız məhkəmə qaydasında bərpa edilə bilməsinə əsaslanaraq yazılı qaydada imtina etmişdir. Qeyd edilənlərə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadə verərək bildirdi ki, ərizəçi onun doğma bacısıdır, xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Amasya rayonunun Göllü kəndində anadan olmuşdur. 1993-cü ildə Gəncə şəhərində atasının evində yanğın olmuş və onların sənədləri, o cümlədən ərizəçinin doğum haqqında şəhadətnaməsi yanmışdır. Eləcə də bildirdi ki, onun özü də məhkəmədə iddia qaldırdıqdan sonra yeni doğum haqqında şəhadətnamə almışdır.

5. Məhkəmə iclasında dindirilmiş şahid X9 eyni məzmunlu ifadə verərək bildirdi ki, ərizəçi doğma bacısıdır, xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Amasya rayonunun Göllü kəndində anadan olmuşdur.1993-cü ildə Gəncə şəhərində atasının evində baş vermiş yanğın zamanı onların bütün sənədləri, o cümlədən ərizəçinin doğum haqqında şəhadətnaməsi yanmışdır. Eləcə də bildirdi ki, onun özünün də doğum haqqında şəhadətnaməsi yandığına görə o da məhkəməyə müraciət etmək məcbutiyyətindədir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onlarn iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.

Mülki işin materialları:

7. Ərizəçi adına verilmiş AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, onun doğum tarixi xx.xx.1971-ci il, doğum yeri Ermənistan Respublikasının Amasya rayonudur.

8. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/-7-15/A-900/24 nömrəli məktubunun məzmunundan görünür ki, ərizəçiyə itirilmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilə bilmədiyi üçün müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpsının mümkün olmadığı, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməli olduğu bildirilmişdir.

9. X3 adına xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV 760201 nömrəli doğum haqqında şəhadətnamə və AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, o, xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur.

10. X5 adına verilmiş AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, o, 01.0601974-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur.

11. İş materiallarında olan AZ-İ 321467 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2008-ci ildə, xx.xx.2023-cü il tarixli 3-16-6/8-70-Ə-1273/20243 saylı arayışdan görünür ki, X11 xx.xx.1991-ci ildə ölmüşdür.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 307.2.3-cü və 307.2.11-ci maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. MPM-in 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

14. MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

15. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

19. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

Məhkəmənin mövqeyi

22. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

23. Ərizəçinin və şahidlərin izahatları ilə müəyyən olunur ki, Ərizəçi doğum haqqında şəhadətnaməsi yanğın nəticəsində məhv olmuşdur. Hətta ərizəçinin bacısı X3 doğum akt qeydi də məhkəmə qətnaməsi ilə bərpa olunmuşdur.

30. Məhkəmə araşdırması ilə Ərizəçi xx.xx.1971-ci il tarixində Ermənistanın Amasya rayonunda doğulduğu, atasının X10, anasının X2 olduğu müəyyən olunur.

31. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/-7-15/A-900/24 nömrəli məktubunun məzmunundan görünür ki, itirilmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilə bilmir, müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyil və vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı yalnız məhkəmə qaydasında müəyyən edilməlidir.

32. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Ərizəçi qızının xx.xx.1971-ci il tarixidə Ermənistanın Amasya rayonunda doğulduğu, atasının X10, anasının X2 olduğu faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, onun doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir.

33. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Ömar qızının xx.xx.1971-ci il tarixdə Ermənistanın Amasya rayonda doğulduğu, atasının X10, anasının X2 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, doğum akt qeydi bərpa olunaraq akt qeydinin “soyad, ad, ata adı” qrafasında “Ərizəçi”, ata qrafasında “X10”, ana qrafasında “X2” yazılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi barədə” ərizəsi təmin edilsin. Ərizəçi Ömar qızının xx.xx.1971-ci il tarixdə Ermənistanın Amasya rayonda anadan olması, atasının X10, anasının X2 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum akt qeydi bərpa olunaraq akt qeydinin “soyad, ad, ata adı” qrafasında “Ərizəçi”, təvəllüd qrafasında “xx.xx.1971-ci il”, ata qrafasında “X10”, ana qrafasında “X2” yazılsın. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar