Məhkəmə qərarları › İş №2(001)-5968/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5968/2020

09.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5968/2020 09.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, Ərizəçi Baki şəhər Bı̇nəqədi Rayon İcra Hakı̇mı̇yyətinin (maraqlı şəxs Ḃı̇nəqədi rayon qeydı̇yyat şöbəsi ̇qismində cəlb edilməklə) doğum faktının müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq m ü ə y y ə n e t d i̇m: Ərizəçi Baki şəhər Bı̇nəqədi Rayon İcra Hakı̇mı̇yyəti (maraqlı şəxs Ḃı̇nəqədi rayon qeydı̇yyat şöbəsi ̇qismində cəlb edilməklə) doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəmə müraciət etmişdir. Daha sonra isə ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, ərizəçinin ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olduğundan, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququna malik olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb q ə r a r a a l d i m: Ərizəçi Baki şəhər Bı̇nəqədi Rayon İcra Hakı̇mı̇yyətinin (maraqlı şəxs Ḃı̇nəqədi rayon qeydı̇yyat şöbəsi ̇qismində cəlb edilməklə) doğum faktının müəyyən edilməsi ərizə və ona əlavə edilmiş sənədlər qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar