Məhkəmə qərarları › İş №2(001)-6022/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6022/2024

10.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6022/2024 10.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh Hidayət qızına qarşı “mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən cavabdehin qalan əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılıb ona qaytarılması və əşyanın qaytarılması” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Hidayət qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə (açar sözlər: mülkiyyət, çıxarılma, köçürülmə) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən cavabdehin qalan əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılıb ona qaytarılması və əşyanın qaytarılması” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən cavabdehin qalan əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılıb ona qaytarılması və əşyanın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, məhəllə 3078 A, ev 41 (Yeni qaydalarla: AZ 1108, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr-ti, 229, M15, m2) ünvanında yerləşən mənzildən Cavabdeh qalan əşyaları ilə birlikdə mənzildən çıxarılması, mənzilin boşaldılıb ona qaytarılması, məhkəmə üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub ona ödənilməsi və ona məxsus olan Rusiyada istehsal olunmuş, etiketi üstündə olan, 35,6 qram çəkisi olan qızıl saat qolbağın Cavabdeh alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, məhəllə 3078 A, ev 41 (Yeni qaydalarla: AZ 1108, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr-ti, 229, M15, m.2) ünvanında yerləşən mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli Çıxarış əsasında mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. X6 2013-cü ildə ailə qurmuşdur, ailə qurandan sonra oğlunun yaşayış yeri olmadığı üçün oğlu-X6 həyat yoldaşı və iki uşağı ilə onun mənzilində müvəqqəti yaşamışdır. Evlənəndən sonra ilk zamanlar onlar mehriban yaşasalar da, lakin sonradan cavabdehin ailəyə yaraşmayan hərəkətləri nəticəsində onların münasibətləri pozulmuş, Kamran Abbasov boşanmaq üçün məhkəməyə müraciət etmiş, nəticədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-1917/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X6 ilə Abbasova (İskandarova) Elnura Hidayət qızı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X1 və X2 anası Cavabdeh yanında qalması, uşaqlar yetkinlik yaşına çatanadək onların saxlanılması üçün oğlundan Cavabdeh xeyrinə aliment tutulması qət edilmişdir. Oğlu ilə boşanandan sonra oğlunun keçmiş həyat yoldaşından mənzildən çıxmasını tələb etmiş, həmçinin ondan ona məxsus olan Rusiya istehsalı olan, etiketi üstündə olan, 35,6 qram çəkisi olan qızıl saat qolbağıni qaytarmasını tələb etsə də, mümkün olmamışdır. O, həmin qolbağı saxlamaq üçün oğluna vermişdi. Elnura mənzildən çıxmaq üçün şərt irəli sürərək oğlundan 7000 manat pul istəmiş, oğlu Kamran çarəsiz qalıb bankdan kredit pul götürüb keçmiş həyat yoldaşı Cavabdeh vermişdir. 7000 manat pulu oğlu Kamran Abbasovdan alandan sonra oğlunun keçmiş həyat yoldaşı Cavabdeh bu barədə -“Mən, Cavabdeh, Abbasov Kamrandan 7000 manat AZN aldım. Mənə olan borcunu qaytardı. Avqust ayının 1-i evi tərk edəcəm. Bir ilə Kamranın qızılını qaytaracam” qəbz yazmışdır. Lakin artıq sentyabr ayıdır, oğlunun keçmiş həyat yoldaşı Cavabdeh cehiz əşyalarının çox hissəsini mənzilindən çıxarsa da, Türkiyə istehsalı olan 1 ədəd yataq dəstini - 1 krovat, 2 tumboçka, 1 ədəd pastel tumboçkası, 1 ədəd güzgülü komodu və gündəlik üçün xırdavat şəxsi əşyalarını mənzildən çıxarmır, həmçinin ona məxsus olan qızıl saat qolbağı qaytarmır. Bununla da onun mülkiyyət hüquqlarını pozur, məhdudlaşdırır, onun günahı ucbatından mülkiyyətində olan mənzildən öz iradəsinə uyğun istifadə edə bilmir, mənzili üzərində sərəncam verə bilmir. Cavabdeh uşaqlara laqeyd yanaşır, uşaqlara həftələrlə o baxır, iyul-avqust aylarında nəvələri onun yanında yaşayıblar, hazırda da nəvələri - X1 və X5 onun yanında qalırlar, onun himayəsində yaşayırlar. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun və uşaqları xx.xx.2018-ci il təvəllüdlü X1 və X2 Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, məhəllə 3078 A, ev 41 (Yeni qaydalarla: AZ 1108, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr-ti, 229, M15, m.2) ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə X6 ilə ailə qurmuş, birgə nikahdan iki uşaqları doğulmuşdur. Nikaha daxil olduqdan sonra ünvan 3 ünvanda yerləşən mənzilə gəlin köçmüşdür. 1 il orda yaşadıqdan sonra başqa mənzilə köçərək kirayədə yaşamışlar. Daha sonra Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, məhəllə 3078 A, ev 41 (Yeni qaydalarla: AZ 1108, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr-ti, 229, M15, m.2) ünvanında yerləşən mənzilə köçmüş və orda yaşamışlar. Həmin mənzilin təmiri ilə bağlı birgə nikah dövründə X3 adına 30000 manat kredit götürmüşlər. Həmin pul ilə mənzil tam və əsaslı şəkildə təmir edilmişdir. Daha sonra krediti birlikdə ödəmişlər. Həmin mənzildə birlikdə yaşamış, birgə təsərrüfat aparmış, kommunal və digər xərcləri birgə qarşılamışlar. Birgə nikahdan olan uşaqlar həmin mənzilin yaxınlığında yerləşən 47 saylı tam orta məktəbdə məktəbəqədər təhsil mərhələsində oxuyurlar. Hesab edir ki, onun və uşaqlarının həmin mənzildə yaşamaq hüquqları vardır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı ilk iddia ərizəsinə uyğun izahat verərək ilk iddia ərizəsinin təmin edilməsini və qarşılıqlı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, evin təmiri zamanı Cavabdeh qızılları satıldığı üçün həmin məbləğin əvəzi, həmçinin bir neçə ay özünə yaşayış yeri ilə təmin edilməsi məqsədi ilə 7000 manat ödəniş edilib. Bundan başqa qızıl qolbaq onun tərəfindən nəvəsi doğulduqdan sonra oğlu Kamrana hədiyyə verilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə verdiyi izahatında və yazılı etirazına bildirmişdir ki, ilk iddia qanunsuz və əsassızdır. O, 2013-cü ildə X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan iki uşaqları doğulmuşdur. ünvan 3 ünvanda yerləşən mənzilə gəlin köçmüşdür. 1 il orda yaşadıqdan sonra başqa mənzilə köçərək kirayədə yaşamışlar. Daha sonra Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, məhəllə 3078 A, ev 41 (Yeni qaydalarla: AZ 1108, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 229, M15, m.2) ünvanında yerləşən mənzilə köçmüş və orda yaşamışlar. Həmin mənzilin təmiri ilə bağlı birgə nikah dövründə X3 adına 30000 manat kredit götürmüşlər. Həmin pul ilə mənzil tam və əsaslı şəkildə təmir edilmişdir. Daha sonra krediti birlikdə ödəmişlər. Həmin mənzildə birlikdə yaşamış, birgə təsərrüfat aparmış, kommunal və digər xərcləri birgə qarşılamışlar. Ona məxsus qızılzinyət əşyalarını sataraq birgə nikahdan olan uşaqlarının müalicəsi ilə bağlı Naxçıvan Muxtar Respublikasında xərcləmişdir. Bütün bu halları iddiaçı bilir. O, mübahisəli mənzildə 3 il müddətdir ki, yaşayır. Həmçinin qızıl-zinyət əşyalarının satışından əldə olunmuş vəsaitdən mənzilin yarım qalmış təmiri, mebel əşyalarının alınması üçün ilk iddia üzrə iddiaçı tərəfindən istifadə edilmişdir. Bundan sonra mənzilin mebel əşyaları tam hazır olduqdan sonra birlikdə yaşamışlar. Abbasov Kamranın atasından ona qalmış qızıl saat satılaraq övladlarının geyim və müalicəsinə istifadə edilmişdir. Bu səbəbdən ilk iddia ərizəsinin təmin edilməməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində bildirmişdir ki, tərəflərdən biri anası, digər keçmiş həyat yoldaşıdır. Mübahisə predmetini təşkil edən ev onun anası, yəni İddiaçı məxsusdur. İlkin iddia üzrə cavabdeh Abbasova Elnara ilə 2024cü ilin avqust ayında boşanmışdır və həmin vaxtdan sonra həmin mənzildə yaşamışdır. O, Abbasova Elnaraya mənzildən çıxması və qızıllarla bağlı evə çəkdiyi xərclərə görə ümumilikdə 7000 manat pul ödəmişdir ki, nəticədə o, yazılı formada qəbz imzalayaraq mənzildən çıxacağını bildirmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan: - AZ-İ seriyalı, 506911 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh aralında bağlanmış nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, məhəllə 3078 A, ev 41 (Yeni qaydalarla: AZ 1108, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr-ti, 229, M15, m.2) ünvanında yerləşən mənzil xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. - "xxxx" MMMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X4 ünvan 5 ünvanda qeydiyyatsız yaşayır. - 24.07.2024-cü il tarixli əlyazmada qeyd olunmuşdur ki, Cavabdeh Abbasov Kamrandan 7000 manat almışdır. O, borcunu qaytardı. Avqust ayının 1-i evi tərk edəcəkdir. Bir ilə Kamranın qızılını qaytaracaqdır. İV. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki,...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15- ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk iddia tələbinin mənzildən çıxarılma və qarşılıqlı iddianın mənzilə köçürülmə hissəsi ilə bağlı qeyd edir ki, mənzildən çıxarılma tələbinin hüquqi əsası mülkiyyət hüququnun müdafiəsindən irəli gəlir. Mülkiyyət hüququ qanunla və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Yuxarıda qeyd edilən normaların hazırki mübahisəyə tətbiq edərək məhkəmə o qənaətə gəlir ki, cavabdehin iddiaçıların mənzilindən istifadəsini məhdudlaşdıran nə qanuni, nə də müqavilə əsası yoxdur. Belə ki, ilk iddia üzrə Cavabdeh ilk iddia tələbi üzrə İddiaçı məxsus mənzildən istifadə etməsi üçün ya qanundan irəli gələn istifadə hüququ, əşya hüququ, ya da mülkiyyətçi ilə onun arasında bağlanan müqavilə olmalı idi. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh iddiaçının oğlu Kamran Abbasov ilə birlikdə mübahisəli mənzildə yaşamağa başlasa da, mənzilə köçərkən onunla mülkiyyətçi arasında notarial qaydada hər hansı yazılı razılaşma olmamışdır. Üstəlik belə razılaşma olsa idi belə, onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması gərəkli idi. Kamran Abbasov və Cavabdeh arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Əvvəla, məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı ehtimal olunan mübahisəli hüquq münasibətləri 2021-ci ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normaları tətbiq edilməli və mübahisə 01 oktyabr 2009cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Cavabdeh yaşamaq istədiyi mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla İddiaçı mülkiyyətindədir, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin mənzilə ilk iddia üzrə cavabdehin, yəni iddiaçının oğlu ilə nikahda olmuş keçmiş gəlininin hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Qeyd olunan mənzildə faktiki yaşaması cavabdeh həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Cavabdeh keçmiş qaynanasına məxsus mənzildə müvəqqəti yaşaması ilk iddianın əsaslı olmadığına və qarşılıqlı iddianın əsaslı olmasına dəlalət etmir. Belə ki, Cavabdeh qeyd olunan mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki onun bu istəyi keçmiş qaynanası İddiaçı bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmə hesab edir ki, ilk iddia tələbi mənzildən çıxarılma hissəsində əsaslı, qarşılıqlı iddia tələbi isə əsassızdır. Həmçinin ilkin iddianın təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsi halını aradan qaldırır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Bununla da məhkəmə ilk iddia tələbinin qızıl qolbaq saatın qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, istər şahid ifadəsi, istərsə də İddiaçı məhkəmə iclasında verdiyi izahatla iddia tələbinin predmetini təşkil edən 35.6 qram çəkidə olan qızıl saatı nəvəsinin doğumu ilə əlaqədar oğlu Kamran Abbasova hədiyə verdiyini bildirmiş, nəticədə İddiaçı əşya üzərində sahiblik hüququnun olmadığı izahatı ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia tələbi həmin hissədə İddiaçı subyektiv hüququnun olmaması əsası ilə təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, məhəllə 3078 A, ev 41 (Yeni qaydalarla: AZ 1108, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr-ti, 229, M15, m2) ünvanında yerləşən mənzildən ilk iddia üzrə Cavabdeh əşyaları ilə birlikdə mənzildən çıxarılmalı, mənzil boşaldılıb İddiaçı qaytarılmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, məhəllə 3078 A, ev 41 (Yeni qaydalarla: AZ 1108, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr-ti, 229, M15, m2) ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə mənzildən çıxarılsın və həmin mənzil ilk iddia üzrə İddiaçı sahibliyinə qaytarılsın. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. İlk və qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə iad edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar