Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6049/2025 06.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, iddiaçı – İddiaçı cavabdehlər – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyati Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli çıxarış ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda istifadədə olan 0.0973 ha torpaq sahəsində yerləşən 11a nömrəli, 5 mərtəbəli binada yerləşən 57.84 kv.m ümumi, 45.94 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 85 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 818 nömrəli reyestr kitabının 76234 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. 1992-ci ildən etibarən Şuşa şəhərindən məcburi köçkün kimi Bakıya gəlmiş cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda istifadədə olan 0.0973 ha torpaq sahəsində yerləşən 11a nömrəli, 5 mərtəbəli binada yerləşən 57.84 kv.m ümumi, 45.94 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 85 nömrəli mənzildə məskunlaşmışlar.
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. xx.xx.2025-ci il tarixində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bununla bağlı, ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. 1992-ci ildən etibarən Şuşa şəhərindən məcburi köçkün kimi Bakıya gəlmiş cavabdehlər ona məxsus mənzildə məskunlaşmış və uzun müddət oradan çıxmamışdır. 1995-ci ildə məhkəmə və digər hüquq mühafizə orqanlarına müraciət etsə də, məcburi köçkünlərlə bağlı hər hansı tədbir görülmədi. O, da Azzərbaycan Respublikasının vətəndaşı kimi dövlətin qayda və qanunlarına riayət etməklə həmin şəxslərin orada yaşamasına göz yumdu. Lakin artıq 30 ildən çox müddət keçmişdir. İşğal altında olan torpaqlar azad olunmuşdur. Bununla bağlı, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Müraciət əsasında ona məktub verildi ki, cavabdehlərə Biləsuvar rayonu ərazisində 0,12 ha torpaq sahəsi və müvafiq yaşayış sahəsi ayrılmışdır. Dövlət cavabdehlərin yaşayış sahəsinə olan ehtiyacını ödəməyə çalışır. Qarşı tərəfin də bundan imtinası iddiaçının mülkiyyət hüquqlarının pozuntusu üçün əsas ola bilməz.
6. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Cavabdehin etirazları:
7. Cavabdehlər tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin izahatları:
8. İddiaçı iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək iddia tələbini müdafiə etdiyini, tərəflər arasında barışığın mümkün olmadığını və cavabdehlərin mənzildən çıxarılmasına möhlət vermək fikrinin olmadığını bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 mənzildən çıxarılmasına etiraz etmədiyini, lakin onun məcburi köçkün düşdüyü Şuşa şəhərinə köçürüldükdən sonra hazırki mübahisəli mənzildən çıxa biləcəyini bildirmiş və bununla bağlı aidiyyəti dövlət orqanlarına müraciət etdiyini qeyd etmiş, ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq cavabdeh onun Şuşa şəhərində mənzillə təmin edilmədən hazırki mənzildən çıxa bilməyəcəyini bildirdi.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirdi ki, Şuşaya köçən zaman ilk gedənlərdən olacaqlar, möhlət verilməsini xahiş edir, 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəli köçəcəklər.
11. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 anası Cavabdeh3 ilə eyni məzmunlu izahat vermiş və ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh4 məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, hər hansısa üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
12. İş materiallarında olan Qaçqınların Və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, Şuşa şəhərindən məcburi köçkün Cavabdeh1 bacısı X3 ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X12 küçəsində yerləşən 11A saylı evin 85 nömrəli mənzildə müvəqqəti məskunlaşmışdır. Məhkəmə qərarının icrası ilə əlaqədar, mənzilin boşaldılıb iddiaçıya geri təhvil verilməsi tələbi ilə bağlı müraciət nəzərə alınaraq, sözügedən mənzildə məskunlaşan məcburi köçkün Cavabdeh1 və bacısı Cavabdeh2 cəmi 2 nəfər olmaqla dövlət tərəfindən 08 iyul 2025-ci il tarixdə Komitənin hazırda olan boş mənzil fondundan, məcburi köçkünlər üçün salınmış Biləsuvar rayonunda 2 və ya 3 saylı qəsəbələrdə 12 sot həyətyanı sahəsi olan 2 otaqlı fərdi yaşayış evi ilə təmin olunması təklif olundu. Lakin, Cavabdeh1 və bacısı Cavabdeh2 təklif olunmuş evə köçməkdən imtina etdilər.
13. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyati Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda istifadədə olan 0.0973 ha torpaq sahəsində yerləşən 11a nömrəli, 5 mərtəbəli binada yerləşən 57.84 kv.m ümumi, 45.94 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 85 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 818 nömrəli reyestr kitabının 76234 nömrəli vərəqində qeydiyyata alınmışdır.
14. İş materiallarında olan Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 2839 saylı arayışdan müəyyən olunur ki, Şuşa rayon sakini Cavabdeh2 həqiqətən 1992-ci il tarixdən Şuşa şəhərinin işğalı ilə bağlı köçkündür və hal-hazırda Binəqədi rayonunda məskunlaşmışdır.
15. İş materiallarında olan Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 2837 saylı arayışdan müəyyən olunur ki, Şuşa rayon sakini X4 həqiqətən 1992-ci il tarixdən Şuşa şəhərinin işğalı ilə bağlı köçkündür və hal-hazırda Binəqədi rayonunda məskunlaşmışdır.
16. İş materiallarında olan Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli arayışının surətindən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanda məcburi köçkün kimi məskunlaşmışlar.
17. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2003-cü il tarixli 6K-46 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 24 oktyabr 2002-ci il tarixli qətnaməsi dəyişdirilmiş, İddiaçı Cavabdeh1 və başqalarının Bakı şəhəri, 7ci m/r 11 “a” saylı binanın 85 saylı mənzilindən çıxarılması tələbi təmin edilmişdir.
18. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan, eləcə də xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı"na uyğun olaraq məcburi köçkün ailələrinin Şuşa şəhərinə ilkin mərhələ üzrə köçürülməsi başa çatmışdır. 2026-cı ilin axırlarında (İV rübündə) növbəti mərhələ üzrə Şuşa şəhərinə köçürülmələr başlanan zaman sözügedən ünvanda məskunlaşan, Şuşa şəhərindən məcburi köçkün (2-ci qrup onkoloji xəstə) Cavabdeh3, Cavabdeh4, X2, X5, X1, Cavabdeh1 və Cavabdeh2 doğma yurduna köçürüləcəklər. Köçürülmə vaxtı yaşayış sahəsi boşaldılaraq mülkiyyətçinin özünə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə xəbərdarlıq olunacaqdır.
19. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(001)-6049/2025 saylı qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 “mənzildən çıxarılma”sına aid hissədə xitam verilmişdir.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Beynəlxalq hüquqi aktlar: BMT-nin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”: - Maddə 17. (1) Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: - Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
24. “X11 köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 17. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydası: - Bənd 4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ: “Akimova Azərbaycana qarşı iş üzrə” 27 sentyabr 2007-ci il tarixli qərar: - 42. Əmlak hüququna zəmanət verən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydaları ifadə edir: birinci paraqrafın birinci cümləsində göstərilən birinci qayda ümumi xarakterlidir və əmlakdan sərbəst şəkildə istifadə prinsipini göstərir; birinci paraqrafın ikinci cümləsində olan ikinci qayda əmlakın alınması barəsindədir və mövcud şərtləri əhatə edir; ikinci paraqrafda göstərilən üçüncü qayda Razılaşan Dövlətlərə ümumi maraqlara əsasən əmlakdan istifadəyə nəzarət etmək səlahiyyəti verilməsi məsələsini əhatə edir. - 44. Məhkəmə hesab edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tə ləbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilə edilməsinin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəl xalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyə tindən məhrum edilə bilməz. Yuxarıdaki müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin, digər rü sum və ya cərimələrin ödənilməsinin təmini üçün zəruri olan qanunları yerinə yetirmək hü ququnu məhdudlaşdırmır. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamen tal prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımama lıdır. (bax. Latridis v. Greece [GC], no. 31107/96, § 58, ECHR 1999-İİ). Konvensiyada «qanun» və «qanuna uyğun» terminləri əsasən geri daxili qanunvericiliyə yönəlir və həmçinin qanuna aid olmaqla onun «qanunun aliliyi» prinsipinə uyğun olmasını tələb edir. - 48. Məhkəmə Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər haqqında Qanunun 5-ci maddəsinə, eləcə də Qaydaların 4-cü maddəsinə diqqət yetirdi. Bu maddələrə əsasən, məcburi köçkünlərin digər şəxslərin yaşayış hüquqlarını pozaraq (§ 23 və 25) bu şəxslərin yaşayış yerlərinə köçürüldüyü təqdirdə, yerli orqanlar tərəfindən məcburi köçkünlərin digər yaşayış yerləri ilə təmin edilməsini nəzərdə tutur. Belə müəyyən olur ki, hazırkı halda məhkəmə qərarının icrasının təxirə salınması haqqında qərar bu təlimatın tələblərini pozur. Lakin Hökümət daxili məhkəmələr kimi hazırkı işdə bu maddənin tətbiq edilmə mümkünlüyünə dair hər hansı dəlilləri təqdim edə bilməmişdir. - 50. Belə hallarda, Məhkəmə bu məsələyə müdaxiləni Azərbaycan qanunlarına zidd olan və şikayətçinin öz əmlakından sərbəst istifadə hüququ ilə uyğun gəlməyən hal kimi nəzərə alır. Bu nəticə ictimaiyyətin ümumi maraq və fərdlərin əsaslı hüquqlarının qorunması tələbləri arasında ədalətli tarazlığın pozulmasının müəyyən olunmasını lazımsız edir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
29. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
30. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.
31. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir.
32. Məhkəmə ilk öncə qeyd edir ki, birinci dispozitiv şərtin mövcudluğu, yəni işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlərin məskunlaşdığı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər həmin mənzildən mülkiyyətçinin iradəsinə zidd sahiblik və istifadə etdikləri üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
33. İkinci dispozitiv şərtin mövcudluğu həm də məhkəmə iclası zamanı müəyyən edilmişdir. Belə ki, cavabdehlər hazırda iddiaçıya məxsus mənzildə yaşamağa davam etməklə, iddiaçının orada yaşamağına, əmlakından istifadə etməyə və ondan yararlanmağa imkan vermir. Cavabdehlər də məhkəmə iclası zamanı bu halı qəbul etmiş, yalnız məcburi köçkün düşdükləri Şuşa şəhərində mənzillə təmin edildikdən sonra hazırda məskunlaşdıqları mənzildən çıxa biləcəklərini bildirmişlər.
34. Üçüncü dispozitiv şərtə, yəni mənzilin cavabdehlərin qanunuz sahibliyində olmasına gəldikdə isə, bununla bağlı yuxarıda ətraflı şərh edilmişdir ki, cavabdehlərin məskunlaşdıqları mənzilə dair hər hansı bir hüquqları mövcud deyil. Bu onu deməyə əsas verir ki, mənzil cavabdehlərin qanunsuz sabibliyindədir.
35. Beləliklə də məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin imperativ tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin məhkəmə tədqiqatı zamanı müəyyən edilmiş hallarından aydın olur ki, cavabdehlər Şuşa şəhərindən məcburi köçkün düşmüş və bundan sonra iddiaçıya məxsus mənzildə - ünvan 1 ünvanında yerləşən mənzildə yaşamağa başlamış və bu günədək də həmin mənzildə yaşayırlar. Bu qətnamənin 20-27-ci bəndlərində istinad edilmiş qanunvericilik normalarının tələblərindən də müəyyən edildiyi kimi, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, məhkəmə qeyd edir ki, istinad edilmiş qanunvericilik normalarının tələblərinə əsasən məcburi köçkünlərin müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
36. İşin araşdırılan hallarına əsasən müəyyən edilir ki, hazırda cavabdehlərin müstəqil olaraq məskunlaşdığı mənzil iddiaçının mülkiyyətindədir və cavabdehlər tərəfindən bu formada məskunlaşma mənzilin mülkiyyətçisi olan iddiaçının hüquqlarını və qanuni maraqlarını pozur. Bu səbəbdən də müvafiq icra hakimiyyəti orqanları cavabdeh olan məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
37. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzil cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan zəbt edildiyindən və bununla da iddiaçının qanunla və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüquqlarını pozduğundan iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalı və mənzil İddiaçı sahiblik və istifadəsinə qaytarılmalıdır.
38. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərdən birinə, yəni Cavabdeh1 münasibətdə artıq qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı olduğundan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə Cavabdeh1 aid hissədə iddia tələbi üzrə icraata xitam verilmişdir.
39. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən məhkəmə xərcləri tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
40. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsınlar.
3. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev