Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6053/2021 27.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, X4 doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 27 avqust 2021ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 03 mart 2015-ci il tarixdə dünyaya həlmiş X2 doğum faktının müəyyən edilməsi, doğum akt qeydinin ata qrafasında X8, ana qrafasında Ərizəçi, milliyəti azərbaycanlı yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra məhkəməyə ərizə ilə müraciət edərək 03 mart 2015-ci il tarixdə dünyaya həlmiş X2 doğum faktının müəyyən edilməsi, doğum akt qeydinin ata qrafasında X6 ana qrafasında Ərizəçi, milliyəti azərbaycanlı yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 2014-cü ildə X9 ilə faktiki nikaha daxil olmuşdur. Zəhra ev şəraitində doğulduğuna görə doğum haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Belə ki, o, doğumun qeyd alınması üçün Maraqlı şəxsnə müraciət etdikdə rəsmi məktubla ona bildirmişdir ki, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Doğum haqqında tibbi şəhadətnamə olmadıqda doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Sonda Ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki,ərizəçi ilə həm qonşu, həm də uzaq qohumdur.Uşaq doğulanda orda olmayıb, lakin həmin günün axşamı bu barədə xəbəri olub.Eşidib ki, uşaq evdə doğulub.Uşağın atasını əvvəl görübmüş.Belə ki, ərizəçi ilə bir yerdə kirayə qalırmışlar. Mülki iş materiallarında olan: - Bakı Baş Səhiyyə İdarəsinin 29 №-li Birləşmiş Şəhər Xəstəxanasının 14 iyul 2021-ci il tarixli arayışından görünür ki, X7 03 mart 2015-ci il tarixdə anadan olmuş, həmin xəstəxananın uşaq poliklinikasında qeydiyyatdadır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi əsaslı olduğuna görə təmin olunmalıdır. Azərbayacan Respublikası Mülki – Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5. və 2.6-cı bəndlərinə əsasən doğumun qeydə alınması üçün zəruri sənədlər təqdim olunmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.2-ci və 46.3-cü maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, X1 övladı X3 28 oktyabr 2010-cu il tarixdə doğulmasına dair hüquqi fakt müəyyən edilməlidir. Azərbyacan Respublikası Mülki – Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. Ərizəçi övladı X4 03 mart 2015-ci il tarixdə Bakı şəhərində doğulmasına dair hüquqi fakt müəyyən edilsin, doğumun qeydi kitabında ata adı qrafasında “X6”, ana adı qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı” qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6053/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6053/2021
27.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver