Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-612/2022 07.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə, habelə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 24 avqust 1949-cu il tarixdə Bakı şəhərində doğulması, atası qrafasında X3, ana qrafasında X5, atasının və anasının milliyətinin azərbaycanlı yazılmaqla doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 24 avqust 1949-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonunda (keçmiş Kirov rayonu) anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsini naməlum səbəblərdən itirmişdir. X2 27 may 1992-ci ildə Bakı şəhərində, X1 isə 1960-cı ildə Ermənistan Respublukasının Kafan şəhərində vəfat etmişdir. Məlum deportasiyadan sonra sənədlər həmin zonada qaldığından atasının sənədlərini təqdim edə bilmir. Anasının ölümü barədə isə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində müvafiq akt qeydi açılmış və ölüm haqqında şəhadətnamə verilmişdir. O, təkar doğum haqqında şəhadətnamə götürmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğumu haqqında sənəd aşkar olunmamışdır. Doğum haqqında akt qeydini almaqda məqsədi adına olan əmlakı bacısına bağışlamaqdır. Doğum haqqında akt qeydi olmadan notariat orqanı bağışlama müqaviləsini təsdiq etməkdən imtina edir. Onu tanıyan şahidlər - Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski prospekti, ev 104 A, mənzil 6-da qeydiyyatda olmaqla yaşayan X9 və Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 152, mənzil 9-da qeydiyyatda olmaqla yaşayan X6 onun 24 avqust 1949-cu il tarixdə Bakı şəhərində doğulduğunu, atasının X3, anasının isə X5 olduğunu təsdiq edə bilərlər. Ona görə də doğum akt qeydinin bərpa olunması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında şəhadətnamənin bərpa edilməsinə şöbədə imtina etmişlər. Bunun üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsində göstərilənlərə uyğun izahat verərək həmçinin bildirdi ki, onun şəxsiyyət vəsiqəsində təvəllüdü səhv qeyd edilmiş, lakin buna əhəmiyyət verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış 26 noyabr 2021-ci il tarixli məktubda ərizəyə etiraz etmədiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun bibisi oğludur. Ərizəçi 1949-cu ildə anadan olmuşdur və hər il 24 avqust tarixində onun ad gününü qeyd edirlər. X1, anası X8 olmuşdur. Onun 4 yaşı olanda ərizəçinin atası, 1992-ci ildə də anası vəfat etmişdir. Hər ikisi milliyyətcə azərbaycanlı idi. O, bir müddət də ərizəçi ilə bir yerdə çalışmışlar. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, ərizəçinin doğum gününü həm atası ona deyib, həm də birlikdə qeyd etdikləri yubileylərdən xatırlayır. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısı oğludur. O, 24 avqust 1949-cu il tarixdə, Bakı şəhərində anadan olmuşdur. X1, anası X8 olmuşdur. Anası 1992-ci ildə vəfat etmişdir. Hər ikisi milliyyətcə Azərbaycanlı idi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1948-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş Ərizəçi yaşayış yeri ünvan 4-dir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 10 noyabr 2000-ci il tarixdə verilmiş P0730842 nömrəli xarici pasportun surətindən görünür ki, Ərizəçi təvəllüdü 24 avqust 1949-cu il olaraq qeyd edilmişdir; 22 iyul 1967-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi təvəllüdlü 1949-cu il olaraq qeyd edilmişdir; Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 31 oktyabr 2006-cı il tarixli, A-1033/06 nömrəli hökmündən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 15 yanvar 2007-ci il tarixli, 1(102)-1/08 nömrəli qərarından görünür ki, Ərizəçi təvəllüdlü 24 avqust 1949-cu il olaraq göstərilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 01 fevral 2014-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin 206 maddəsinə əsasən təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının vətəndaşı, 1949-cu il təvəllüdlü, xəstə Ərizəçi 29 oktyabr 2013-cü il tarixdə Milli təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasından “Boyun fəqərəsinin yırtığı” diaqnozu ilə Müalicə müəssisəsi tibb xidmətinin nevrologiya şöbəsinə daxil olmuşdur; 18 sentyabr 1992-ci il tarixli, 367980 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 27 may 1992-ci il tarixdə, 72 yaşında ölmüşdür; Bakı şəhəri Maraqlı şəxs 26 avqust 2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi barəsində Bakı şəhəri Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Bakı şəhəri Maraqlı şəxs 1946-1952-ci illərə dair ilkin, 1949-1955-ci illərə dair isə bərpa akt qeydləri üzrə yoxlanılmışdır; Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı məktubdan görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Tərəfindən şöbələrinə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizənin təmini mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, yuxarıda adı çəkilən müddəaların 2-ci hissəsinin 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin Vəkil ünvanladığı 04 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi 11 fevral 2008-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Ərizəçi ünvan 4 ünvanına qeydiyyata alınması barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün həmin sənədlərin təqdim edilməsi imkanları xaricindədir; 06 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğum qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət etsə də, arxiv məlumatları olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi 24 avqust 1949-cu il tarixdə Bakı şəhərində doğulması, atasının X3, anasının X5, milliyətlərinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizəsi təmin edilsin. Ərizəçi 24 avqust 1949-cu il tarixdə Bakı şəhərində doğulması, atasının X3, milliyətinin azərbaycanlı olması, anasının X5, milliyətinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-612/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-612/2022
07.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver