Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-619/2025 09.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehlər https://ecms.justice.loc/Cases/Default.aspx?cas eId=3061719Cavabdeh2, Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X14, X10 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində 2 otaqlı mənzili var. Həmin mənzil 1992-ci ildə ona verilib və onun mülkiyyət hüququ 11 sentyabr 1998-ci il tarixdə Reyestr kitabında 976 səhifə 146610 nömrə ilə qeydiyyata alınaraq adına Seriya MH 164643 nömrəli Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Qeydiyyat vəsiqəsi verilmişdir. Evin ünvanı əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 24, mənzil 90 olmuş, indi isə ünvan 1-dır. Mənzil ona veriləndən bir müddət sonra erməni işğalçıları tərəfindən işğal olunmuş Şuşa şəhərindən məcburi köçkün düşmüş cavabdehlər həmin mənzildə məskunlaşmış və o cavabdehlərin həmin vaxt küçədə qalmamaları üçün onların həmin evdə məskunlaşmalarına icazə vermişdir. Həmin vaxt qısa zaman ərzində cavabdehlərə başqa bir yerdən yaşayış sahəsi veriləcəyini, onun özünün isə ailəsi ilə həmin mənzilə köçəçəyini düşünmüşdür. Lakin həmin vaxtdan artıq 31 il keçməsinə baxmayaraq və bu illər ərzində mənzil haqqını, məişət tullantılarının daşınması ödənişlərini o ödəsə də cavabdehlər onun mənzilində yaşamağa davam edirlər. Artıq Qarabağ torpaqları, Şuşa şəhəri erməni qəsbkarlarının işğalından azad olunub, məcburi köçkünlər öz yurdlarına dövlətin qayğısı ilə qayıdırlar. Bu səbəbdən də o, 31 il keçməsinə baxmayaraq mübahisəli mənzilinə köçüb yaşamaq istəyir. Cavabdehlər fərdi mülkiyyətində olan mənzilindən istifadə etməyinə maneçilik törətməklə onu əmlakından, mülkiyyətindən məhrum etmişlər. O, övladlarını evi olmadığına görə evləndirə bilmir. Cavabdehlər mənzili könüllü boşaltmaq istəmədiklərinə görə iddiaçı mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaldaraq Cavabdeh5, Cavabdeh6 və X9 cavabdehlər siyahısından çıxarılmasını, lakin onların valideynləri ilə birlikdə mənzildən çıxarılmalarını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən tələbi müdafiə etdiyini, ünvan 3 ünvanında 2 otaqlı mənzilin ona məxsus olduğunu, mənzil ona 1992-ci ildə verilsə də 1998-ci ildən adına qeydiyyata alındığını, mənzil ona verildikdən sonra cavabdehlərin məcburi köçkün kimi həmin mənzildə məskunlaşdıqlarını və o da onların məcburi köçkün olduqları üçün bununla razılaşdığını bildirdi. Həmçinin bildirdi ki, uzun müddət keçməsinə baxmayaraq cavabdehlər hələ də həmin mənzildə yaşayırlar, cavabdehlərə yer tapa bilmədiyi üçün onların mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət edə bilməmiş və hazırda o özü evsiz qalmışdır. Bu səbəbdən də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. O, ünvan 3 ünvanında 2 otaqlı mənzildə yaşadığını, həmin ünvanda müvəqqəti qeydiyyata düşməkləri ilə bağlı müvafiq qərarın olduğunu və başqa yaşayış yerlərinin olmadığını, rəsmi qeydiyyatlarının Şuşa şəhərində olduğunu, həmin mənzilə münasibətdə isə heç bir tələbləri olmadığını bildirdi. Həmçinin Şuşa şəhərində onlara ev ayrıldıqdan sonra mənzildən çıxarılmalarını xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3061719X5 məhkəməyə izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. O, iddiaçının dediklərində haqlı olduğunu və mənzilə dair heç bir tələbləri olmadığını bildirdi. Həmçinin sözügedən mənzildən başqa yaşayış yerlərinin olmamasına görə həmin mənzildə yaşadıqlarını bildirmişdir.
7. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə qabaqcadan qanuna müvafiq qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh3, üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməni əvvəlcədən hər hansı bir formada məlumatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
8. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindın verilmiş MH №164643 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, ev 24, 90 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı Sərxan oğlunun adına hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 976 nömrəli reyestr kitabında 146610 səhifədə, qeydəalma 30/146610 nömrə ilə xx.xx.1998-ci il tarixdə qeydiyyat aparılmışdır.
9. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfinfdən verilmiş mənzil-kommunal xidməti üçün mədaxil qəbzlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 24 saylı evin, 90 saylı mənzil üçün kommunal ödənişlər ödənilmişdir.
10. Bakı şəhəri Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 80 saylı Mənzil- Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 623, 624 və 625 saylı arayışlardan görünür ki, İddiaçı Sərxan oğlu ünvan 3 ünvanında olan 2 otaqlı mənzildə qeydiyyatdadır. O, sözügedən mənzilin xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarixinədək mənzil haqlarını və məişət tullantısı ödənişlərini ödəyib. Mənzilin hazırda borcu mövcud deyil. Sözügedən mənzil əvvəllər 7-ci mikrorayon, ev 24, mənzil 90 adlandırmışdır.
11. 7. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, 01/1807 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərman, Sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramına əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yeni yaşayış evlərinin tikilməsi nəzərdə tutulmuş və hazırda bununla bağlı işlər davam etdirilir. Bundan başqa müraciətin Komitə rəhbəriyi tərəfindən nəzarətə götürüldüyü və gələcəkdə həmin ailələr yeni mənzillərə köçürülərkən müraciətə qanunamüvafiq qaydada baxılacağı qeyd olunmuşdur.
12. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Müvəqqəti Məskunlaşma komissiyadının iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən 24 saylı evin ona məxsus 90 nömrəli mənzilin boşaldılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə daxıl olmuş müraciətinə Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Bildirilir ki, Şuşa şəhərindən məcburi köçkünlər - X8 həyat yoldaşı X3 və digər ailə üzvləri ilə birgə sözügedən ünvanda müvəqqəti məskunlaşmışlar. X8 vəfat etmişdir. Ailə üzvlərindən - X6 həyat yoldaşı X4 mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllədə mənzilinin, 27-ci məhəllədə mənzilinin və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ərazisində mənzilərinin olduğu, lakin sonradan həmin mənzillərin özgəninkıləşdirildıyı aşkar edilmişdir. X1 mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 0.03 ha və 0.0415 ha torpaq sahələrinin olduğu da aşkarlanmışdır. Ailə üzvlərindən - Cavabdeh3 mülkiyyətində Mingəçevir şəhəri, X19 küçəsində yerləşən 16/15 saylı evin 15 nömrəli, sahəsi 55.3 kv.metr olan mənzili var. ünvan 4 ünvanında yerləşən 3 saylı evin 52 nömrəli mənzilin su sayğacının abonent kodunun (Kod **********520) Cavabdeh3 adına rəsmləşdirildiyi də aşkar edilmişdir. Cavabdeh3, həyat yoldaşı X2 və 2 övladının 2021-ci ildən Azərbaycan Respublikasının sərhədlərindən keçərək Türkiyə Respublikasına getdikləri aşkarlanmışdır. Qeyd olunan məlumatlara əsasən ailə üzvlərindən X11 ilə telefon əlaqəsi saxlanılaraq ona bildirildi ki, ailə üzvlərinin mülkiyyətində başqa yaşayış sahələrinin (mənzilin) olduğu aşkarlanmışdır və bu səbəbdən də mənzili boşaldıb evin mülkiyyətçisinə geri verilməsi məqsədəmüvafiq sayılır. X23 həyat yoldaşının mülkiyyətində olan mənzilərin və torpaq sahələrinin heç birinin onlara aidiyyətinin olmadığının və məskunlaşdıqları mənzili öz doğma yurdlarına köçürüldükdən sonra boşaldıb geri verəcəklərini qeyd etdi. Məktubda qeyd edilmişditr ki, hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə müvafiq işlər aparılmaqdadır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışla bağlı məcburi köçkün ailələrinin öz doğma yurdlarına mərhələli şəkildə köçürülməsi zamanı, sözügedən məcburi köçkün ailəsinin də öz doğma yurduna köçürülməsi həyata keçiriləcək.
13. Elektron Məhkəmə Sistemində olan məlumatlardan görünür ki, cavabdehlərdən Cavabdeh3 xx.xx.2021-ci ildə Türkiyə Respublikasına getmiş, xx.xx.2024-cü ildə Azərbaycan Respublikasına gəlmiş və xx.xx.2024-cü ildə yenidən Türkiyə Respublikasına getmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respubikasının Konstitusiyasının:
14. 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.
16. 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
17. Azərbaycan Respubikasının Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
22. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
Azərbaycan Respublikası MPM-nin:
23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
27. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
28. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
30. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
31. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.
32. Beləliklə müəyyən edildi ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindın verilmiş MH №164643 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, ev 24, 90 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər məcburi köçkün olmaqla onun evində 1992-ci ildən yaşayırlar. Cavabdehlərin orada yaşaması iddiaçının həmin mənzil üzərindəki mülkiyyət hüququnun həyata keçirməsinə mane olur.
33. Həmçinin qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli evdən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli evdən cavabdehlərin çıxarılmasını və evin onun sahibliyinə verilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehlər mübahisəli mənzildən çıxarılmalı və mənzil iddiaçının sahibliyinə verilməlidir.
34. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.
35. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər.
36. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
37. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.
38. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
39. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, 7-ci mikrorayon ev 24, 90 saylı mənzilə dair hər hansı bir hüququ mövcud olmayan cavabdehlərin yaşaması iddiaçının mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdıran haldır.
40. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh5, Cavabdeh6 və X9 cavabdehlər siyahısından çıxarılmasını, lakin onların valideynləri ilə birlikdə mənzildən çıxarılmalarını xahiş etmişdir.
41. Məhkəmə qeyd edir ki, Cavabdeh6 xx.xx.2008-ci ildə, X16 xx.xx.2012-ci ildə və Cavabdeh5 xx.xx.2015-ci ildə doğulmaqla azyaşlı və yetkinlik yaşına şatmayan şəxslər olmaqla valideynləri ilə birlikdə yaşayırlar. Odur ki, onlar da valideynləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmalıdırlar.
42. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslıdır.
43. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
44. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.
45. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
47. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (övladları xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh6 və xx.xx.2012-ci il təvəllüdlü X16 ilə birlikdə), Cavabdeh4 (övladı xx.xx.2015-ci il təvəllüdlü X14 ilə birlikdə) iddiaçıya məxsus olan ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzildən çıxarılmalıdırlar.
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (övladları xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh6 və xx.xx.2012-ci il təvəllüdlü X16 ilə birlikdə), Cavabdeh4 (övladı xx.xx.2015-ci il təvəllüdlü X14 ilə birlikdə) İddiaçı məxsus olan ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzildən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova