Məhkəmə qərarları › İş №2(001)-6239/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6239/2024

11.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6239/2024 11.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X5 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi mirasın faktiki qəbul edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mirasın faktiki qəbul edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X2 xx.xx.2023-cii il tarixində vəfat etmişdir. Anasının vərəsəsi sayılmağı üçün Bakı şəhər 11 saylı notariat ofisinə müraciət etmiş, xx.xx.2024cü il tarixli cavab məktubuna əsasən notariat ofisinə müraciət müddətini ötürdüyü bildirilmişdir. Lakin 02.11,2023-cü il tarixdə Bakı şəhər 11 saylı notariat ofisinə müraciət olunub. Bakı şəhər 11 saylı notariat ofisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına müraciət edərək xx.xx.2024-eü il tarixli cavabda mərhum anası X1 Xüsusi Təyinat üzrə Mərkəzi Filialın hesabında 31.334.90 (otuz bir min üç yüz otuz dörd) manat məbləğində pul vəsaiti qaldığı qeyd edilmişdir. Ondan əlavə 3 vərəsə vardır. Anası vəfat etdiyi dövrə qədər onunla yaşamışdır və dəfn mərasimi onun iştirakı ilə həyata keçirilmişdir. Anası ilə bağlı bütün mirası faktiki olaraq o qəbul etmişdir. Bu səbəbdən bu faktın məhkəmə qaydasında təsdiq edilməsi zərurəti vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, anasının bir evi var idi və onu da sağlığında onun adına keçirtmişdir. Anası yataq xəstəsi idi, 2 dəfə əməliyyat olunmuşdu. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 və Maraqlı şəxs3 izahatlarında məhkəməyə bildirdilər ki, mübahisələndirilən məbləğ anasının sağlığında verilsəydi, onun müalicəsinə xərclənərdi. Hazırda mirasın yalnız bacıları tərəfindən qəbul edilməsini deyil, onların hər birinin paylarının müəyyən edilməsi yolu ilə ədalətli şəkildə bölünməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını, proses iştirakçılarının fikirlərini dinləyib belə qənaətə gəlir ki, hazırki vəziyyətdə işə xüsusi icraat qaydasında baxılıb mahiyyəti üzrə qərar vermək mümkün olmadığından ərizə baxılmamış saxlanılmalıdr. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. 114.1.5-ci maddəsinəmüvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “... hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. ... Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir.” Məhkəmənin mövqeyi Hazırkı işin faktiki hallarından, ərizəçi və maraqlı şəxslərin izahatlarından ərizəçinin 31.334.90 (otuz bir min üç yüz otuz dörd) manat məbləğində pul vəsaitinin faktiki olaraq miras kimi tərəfindən qəbul edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə iclasında ondan başqa mərhumun övladlarının da olması və onların da həmin mirasa iddialarının olması, miras əmlakın aralarında bölünməsini istədikləri və bununla da hüquq haqqında mübahisənin olması aşkar olundu. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi mirasın əmlakın faktı olaraq qəbul edilməsi barədə ərizəsi baxılamış saxlanılmalı və ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçi xüsusi icraat qaydasında mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılamış saxlanılsın. Ərizəçinin ümumi əsaslarla iddia vermək hüququ var. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi (qəbz **********) qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar