Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6268/2020 28.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Maraqlı şəxs cəlb edilməklə) “qeydiyyatın ləğv edilməsinin həvalə edilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Maraqlı şəxs cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 “Q” saylı ünvandakı qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan qanunda göstərilən hallarda çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təstiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1999-cu il tarixli 244 saylı Fərmanının 2-ci bəndinə əsasən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Belə olan halda, məhkəmə hazırki iddia ərizəsini icraata qəbul edib baxa bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2-ci və 2.2.2-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Təsvir olunanları nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, iddiaçı hazırki tələbi ilə bağlı vətəndaşların pasport qeydiyyatından çıxarılmasını həyata keçirən inzibati orqana, yəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumuna müraciət etməli və tələb edilən inzibati akt qəbul edilmədikdə belə bir aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin həmin inzibati orqanın üzərinə qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Maraqlı şəxs cəlb edilməklə) “qeydiyyatın ləğv edilməsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırki tələbi ilə bağlı vətəndaşların pasport qeydiyyatından çıxarılmasını həyata keçirən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumuna müraciət etməli və tələb edilən inzibati akt qəbul edilmədikdə belə bir aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin həmin inzibati orqanın üzərinə qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6268/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6268/2020
28.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver