Məhkəmə qərarları › İş №2(001)-6272/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6272/2020

09.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6272/2020 09.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X4 maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1989-cu ildən Azərbaycan Respublikası ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamasına dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Ermənistanın Spitak rayonunda anadan olmuş, xx.xx.1989-cu il tarixdə Azərbaycana gəlmiş və ünvan 1 ünvanında yaşamaqla qeydiyyata alınmış, xx.xx.2001-ci il tarixdə qeydiyyatdan çıxaraq ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Həmçinin ərizəçiyə xx.xx.1997-ci il tarixdə Respublika ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən forma 9 arayışı verilmişdir. Ərizəçi Dövlət Miqrasiya Xidmətinə vətəndaşlığın verilməsi ilə bağlı müraciət etmiş, lakin daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamasının müəyyən edilməsi barədə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Faktın müəyyən edilməsi ərizəçi üçün hüquqlarının həyata keçirilməsi vacib olduğundan məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ərizəçiyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.7-ci yarımbəndinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikası ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənəd təqdim edildikdən sonra onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı əlavə araşdırma aparıla bilinəcəyi qeyd edilmişdir. - Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 2484 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X4 Ermənistanın Spitak rayonundan gələrək xx.xx.1989-cu il tarixdən ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmuş, xx.xx.2001-ci il tarixdə qeydiyyatdan çıxaraq ünvan 2 ünvanında qeydiyyata alınmışdır. - Respublika ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən 9 nömrəli forma-arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.1997-ci il tarixdə xx.xx.1997-ci il tarixədək yaşamağa icazə verilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1962-ci il tarixdə Spitak rayonunun Saral kəndində anadan olmuş, atası X10 (azərbaycanlı), anası X7r (azərbaycanlı). - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Dövlət Miqrasiya Xidməti X2 ərizəsinin təmin olunmasına etiraz etmədiklərini nəzərə alaraq müvafiq qətnamə qəbul edilməsini xahiş edilmişdir. - Azərbaycan Qaçqınlar Cəmiyyəti tərəfindən verilmiş 046 nömrəli xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Ermənistanın Spitak rayonunun Saral kəndindən gəlmiş, müvəqqəti qeydiyyatsız qardaşının himayəsində ünvan 4 ünvanında yaşayan X4 həqiqətən qaçqındır, evi və əmlakı məhv edilmişdir. - Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə küçəsi sakinləri tərəfindən imzalanmış arayışdan görünür ki, onlar ərizəçi X1 onların qonşusu olmasını öz imzaları ilə təsdiq etmişlər. - ərizəçinin qızının doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Əhmədova (Qulami) İradə Şahbaz qızı xx.xx.1984-cü il tarixdə Spitak rayonunun Saral kəndində anadan olmuş, atası X14 (azərbaycanlı), anası X6r (azərbaycanlı). Göründüyü kimi, ərizəçinin izahatı və işin digər materialları ilə ərizəçinin 1989-cu ildən hazırki vaxtadək Azərbaycan Respublikası ərazisində yaşaması faktı tam sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi 1989-cu ildən hazırki vaxtadək Azərbaycan Respublikası ərazisində yaşaması faktının müəyyən edilməsinin onun Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsinə dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi 1989-cu ildən hazırki vaxtadək Azərbaycan Respublikası ərazisində yaşaması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə sadalananlara əsasən hesab edir ki, ərizəçinin iddiası iş materialları ilə sübuta yetirildiyindən, həmçinin maraqlı şəxsin ərizəyə etiraz etməməsi nəzərə alınmaqla, ərizə təmin edilməli, xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası, Spitak rayonu, Saral kəndində anadan olmuş X1 xx xxxx 1989-cu il tarixdən daimi olaraq Azərbaycan Respublikası ərazisində yaşaması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən olunmalıdır. Məhkəməyə ərizə verilərkən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası, Spitak rayonu, Saral kəndində anadan olmuş X1 xx xxxx 1989-cu il tarixdən hazırki vaxtadək daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşaması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 4E. AZ 1116 №2(001)-6272/2020 xx xxxxxx 2020-ci il Ərizəçi: X5 Faktiki ünvan: ünvan 5 şəxs: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Ünvan: Bakı şəhəri, 3123-cü məhəllə, Binəqədi şossesi 202 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6272/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnamənin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti – 03 vərəqədə (hər bir ünvana) Hakim Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar