Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6276/2022 30.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, Ərizəçi Teyyub qızının Bakı şəhəri Maraqlı şəxs qismində işə cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Teyyub qızı ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı kəndində anadan olmuş xx.xx.1941-ci il təvəllüdlü X3 X1 oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəçi Bakı şəhəri Binəqədi rayonu üzrə pasport qeydiyyatında olsa da, ərizədə faktiki olaraq ünvan 1 ünvanında yaşadığını göstərmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr də məhz ərizəçinin yaşadığı yerin məhkəməsinə verilməlidir. Başqa sözlə, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət edərək, ərazi aidiyyəti qaydalarına riayət etməmişdir. Bu da öz növbəsində ərizənin geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bununla belə, hesab edirəm ki, ərizə ərazi aidiyyəti qaylarına riayət edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki ərizə ilə ümumi qaydada ikinci dəfə Abşeron Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Ərizə geri qaytarıldıqdan ödənilmiş dövlət rüsumunun da bu ödənişi həyata keçirən ərizəçiyə büdcədən geri qaytarılması təmin edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Teyyub qızının hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi Teyyub qızına qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki ərizə ilə ümumi qaydada ikinci dəfə Abşeron Rayon Məhkəməsinə müraciət etmək hüququnun izah olunsun. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu, bu ödənişi həyata keçirən Ərizəçi Teyyub qızına büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6276/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6276/2022
30.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver