Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6317/2024 03.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə və maneələrin aradan qaldırılması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Binəqədi şossesi, 8-ci mkr, ev 20-də yerləşən 111 saylı mənzilə köçürülməsi və maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsinə pay hüququnun müəyyən edilməsi barədə iddia tələbi ilə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7126/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-cı il tarixli, 2(103)-4238/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7126/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə tərəflərin arasında olan nikah pozulmuşdur. Hazırda cavabdeh onu mübahisəli ünvana buraxmır və o, kirayədə yaşayır. O, həmin mübahisəli mənzildə 2004-cü ildən 2011-ci il tarixədək yaşamışdır, 2011-ci il tarixdən isə cavabdeh onu mənzilə buraxmır. Bu səbəbdən də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddiaçının həmin mübahisəli evdə yaşamasına etiraz etmir və bunu dəfələrlə iddiaçının özünə bildirmişdir.
b) Mülki işin materialları:
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7126/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 20 saylı evin 111 saylı mənzilinə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən 63.90 kv.m olan mənzilə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh və İddiaçı hər birinin ½ hissə payı xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
c) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
7. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir.
8. İşin materiallarından da aşkar surətdə göründüyü kimi iddiaçı və cavabdeh mübahisəli mənzilin paylı mülkiyyətçiləridirlər, yəni mübahisəli mənzil hər birinə 1/2 hissə pay ilə bölünmüşdür.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
10. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
11. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
12. 213.2-cü maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
13. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evin paylı mülkiyyətçisidir və həmin evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır.
14. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
15. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərə əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.1991-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 20, 111 saylı mənzili birgə nikah dövründə alınmış, tərəflərin nikahları xx.xx.2021-ci ildə pozulmuşdur. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7126/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia tələbinin təmin edilməsi, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 20 saylı evin 111 saylı mənzilinə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-cı il tarixli, 2(103)-4238/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7126/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır.
16. Bundan başqa müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən 63.90 kv.m olan mənzildə Cavabdeh ½ hissə payı, İddiaçı ½ hissə payı isə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
17. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli evdə cavabdeh kimi iddiaçının da pay hüququ olduğundan cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədəmüvafiqdir.
18. Bundan başqa məhkəmə iclasında cavabdeh iddiaçının mübahisəli evə köçərək yaşamasına etiraz etmədiyini bildirmişdir.
19. Məhkəmə hesab edir ki, qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçı mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlı olduğundan, iddia bu hissədə təmin edilməli və o, Bakı şəhəri, Binəqədi şossesi, 8-ci mkr, ev 20, 111 saylı mənzilə köçürülməlidir.
20. Məhkəmə iddia tələbinin maneələrin aradan qaldırılması hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı maneələrin nədən ibarət olmasına dair məhlkəməyə hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
21. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi şossesi, 8-ci mkr, ev 20, 111 saylı mənzilə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir.
23. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
25. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
28. 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən məhkəmə xərcləri tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir.
29. 217.4-cü madəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi şossesi, 8-ci mkr, ev 20, 111 saylı mənzilə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova