Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-641/2025 08.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 və Maraqlı şəxs2 olmaqla uşağın evdə doğulması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 və Maraqlı şəxs2 olmaqla uşağın evdə doğulmasına dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.2024-cü il təvəllüdlü X1 Biləcəri qəsəbəsi Bəzz qalas 10 ünvanında ev şəraitində anadan olması X1 anasının Ərizəçi, atasının Maraqlı şəxs2 olması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin verilməsi və vəzifənin qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işin baxılmamış saxlanılmasını, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, ərizəçi ərizəsinin qaytarılması barədə ərizə verdiyinə, cavabdeh izə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə, ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 259.0.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 və Maraqlı şəxs2 olmaqla uşağın evdə doğulması faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (qəbz: **********) Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-641/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-641/2025
08.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver