Məhkəmə qərarları › İş №2(001)-6513/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6513/2021

22.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6513/2021 22.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 yetkinlik yaşına çatmayan 08.10.2010-cu il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 36 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin dəftərxanası vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdilər. Məhkəmə, iddiaçının bu barədə ərizəsini də nəzərə almaqla işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsinin məzmununu nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 36 saylı mənzili X3 mülkiyyətində olmuşdur. Həmin mənzil aralarında bağlanmış 12.03.1996-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən İddiaçı satılmışdır. Bundan sonra iddiaçının bu mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və hazırda onun mülkiyyətindədir. Cavabdehlər X3 ailə üzvü olmaqla həmin mənzildə yaşamırlar, lakin bugünədək pasport qeydiyyatından çıxmamışlar. Onların bu mənzillə hər hansı faktiki və hüquqi bağlılığı qalmamışdır, qeydiyyatları formal xarakter daşıyır. İddiaçı da məhz bu halları əsas götürüb və 10 manat məbləğində dövlət rüsumu ödəməklə, cavabdehlərin qeyd edilən mənzildən istifadə hüququqlarının itirilmiş hesab edilməsini xahiş edir. 01.06.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin: 100-1-ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir; 126-cı maddəsinə əsasən Müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir; 147-ci maddəsinə əsasən pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır; 124-cü maddəsinə əsasən xüsusi mülkiyyətində yaşayış evi olan vətəndaş bu evi və ya evin bir hissəsini başqa vətəndaşa icarəyə vermək ixtiyarına malikdir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi tərəfindən iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad evin verilməsi öhdəliyi götürüldüyündən və bu öhdəlik mübahisə doğurmadığından, müqavilədə istifadə hüququnun itirilməsi ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra onunla (mülkiyyətçi olaraq) cavabdehlər arasında icarə müqaviləsi bağlanmadığından, sonradan isə artıq hazırda qüvvədə olan məcəllə qüvvəyə minəndən sonra onların arasında istifadə hüququnun tanınmasına dair notarial qaydasında təsdiqlənmiş razılaşma olmadığından, cavabdehlərin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, habelə cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Nəzərə alınmalıdır ki, cavabdehlərdən Cavabdeh2 xx.xx.2000-ci il təvəllüdlüdür və qeyd edilən müqavilə bağlanan zaman ümumiyyətlə anadan olmamışdır. Məhkəmə onu da qeyd edir ki, 08.10.2010-cu il təvəllüdlü X4 da həmin mənzildə pasport qeydiyyatındadır. Onun valideyninin bu mənzildən istifadə hüquqlarının itirilməsi hüquqi nəticə etibarı ilə onun yetkinlik yaşına çatmayan uşağının da həmin əmlakdan istifadə hüququnun itirilməsinə əsas yaradır. Belə ki, uşaq yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyil və bu səbəbdən hazırki tələb onlara qarşı irəli sürülə bilməz. Onun hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndəsi, yəni valideyni qoruyur. Ona görə bu hüquqi nəticə etibarı ilə həmçinin, 08.10.2010-cu il təvəllüdlü X2 da mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 saylı evin, 36 saylı mənzilindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 (yetkinlik yaşına çatmayan 08.10.2010-cu il təvəllüdlü X4 ilə birlikdə) istifadə hüquqları itirilmiş hesab edilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 saylı evin, 36 saylı mənzilindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 (yetkinlik yaşına çatmayan 08.10.2010-cu il təvəllüdlü X4 ilə birlikdə) istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar