Məhkəmə qərarları › İş №2(001)-653/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-653/2021

11.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-653/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakları, İddiaçı Cavabdeh qarşı “mənzilə yaşayış hüququnun itirilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə istifadə hüququnun itirilməsi”nə dair qarşılıqlı iddia tələbinə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə yaşayış hüququnun itirilməsi”nə dair ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Fəxrəddin Şahbazov küçəsində yerləşən 33 nömrəli evə yaşayış hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2000-ci il tarixdə rəsmi nikah bağlamışlar və bu nikahdan Cahangir və Zərifə adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rauyon Məhkəməsinin 2(001)-6389/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Cavabdeh nikah pozulmamışdan öncə iddiaçıya məxsus evi birdəfəlik tərk edərək, öz mülkiyyətində olan bağ evində yaşamağa başlamışdır. Cavabdehin pasport qeydiyyatı formal xarakter daşıdığından, iddiaçı mənzilə yaşayış hüququnun itirilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə istifadə hüququnun itirilməsi”nə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Fəxrəddin Şahbazov küçəsində yerləşən 33 nömrəli evə yaşayış hüququnun 20.000 (iyirmi min) manat kompensasiya verilməklə itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbinin onunla əsaslandırmışdır ki, o, rəsmi nikaha daxil olandan həmin evdə qeydiyyatdadır. İddiaçı ona orada yaşamağa imkan verməyərək, ona şiddət göstərir, təhqir edir. Bu səbəbdəndə o, müvəqqəti olaraq heç bir şəraiti olmayan bağ evində qızı ilə yaşayır. Evə yaşayış hüququnun itirilməsinə kompensasiya verildiyi təqdirdə razı olacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili P. Məhərrəmov iddia tələbini müdafiə edərək, ilkin iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək, ilkin iddia tələbini qəbul etdiyini, istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə yaşayış hüququnun itirilməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6389/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasında xx.xx.2000-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. - nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2019-cu il tarixdə pozulmuş və bu barədə akt qeydləri kitabında 43 nömrə ilə qeyd edilmişdir. - mübahisəli mənzilə dair pasportdan görünür ki, mənzil X3 məxsus məxsus olmuşdur. - ölüm haqqında şəhadətnamələrdən görünür ki, X4 xx.xx.1994-cü il tarixdə, X6 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh ünvan 1 ünvanından istifadə hüququ itirilmiş hesab edilməlidir. Həmçinin məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, cavabdeh ilkin iddianı qəbul etdiyindən, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.1976-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar