Məhkəmə qərarları › İş №2(001)-6575/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6575/2023

27.11.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6575/2023 27.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə X2 30 sentyabr 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 27 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 27 iyul 1972-ci il tarixdə doğulmuş atası X2 30 sentyabr 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, X6 onun atasıdır. 30 sentyabr 2023-cü il tarixdə atasının ürəyində problem yaranmış, təcili tibbi yardım çağırılsa da, həkimlərin köməyi kifayət etməmişdir. Beləliklə, atası həmin gün vəfat etmişdir. Daha sonra atasını Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 inzibati binasına gətirmiş, həmin gün dəfn edilməsi üçün onlara təhvil vermişlər. Dəfndən sonra onlar atasının barəsində ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsələr də, məhkəməyə müraciət etmələri bildirilmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, ərizəçinin dostudur. 30 sentyabr 2023-cü il tarixdə ərizəçi ona zəng vuraraq atasının səhhətinin pisləşdiyini, xəstəxanaya aparıldığını bildirmişdir. O, dərhal 6 nömrəli xəstəxanaya getmiş, lakin, ərizəçinin atasının yolda vəfat etdiyini öyrənmişdir. Mərhum Binəqədi qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 digər şahid X5 ifadəsinə uyğun ifadə verdi. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X2 övladıdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X12 Binəqədi rayon şöbəsinin sədri tərəfindən verilmiş 30 sentyabr 2023-cü il tarixli, 203 saylı arayışda göstərilmişdir ki, 1972-ci il təvəllüdlü X2 meyiti 30 sentyabr 2023-cü il tarixdə X10 Binəqədi rayon şöbəsinə gətirilmiş və 30 sentyabr 2023-cü il tarixdə dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X2 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi atası X2 30 sentyabr 2023-cü il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 27 iyul 1972-ci il tarixdə doğulmuş X2 30 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar