Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6627/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2nın iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, 12 avqust 2009-cu il təvəllüdlü X2 və 15 iyul 2010-cu il təvəllüdlü Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 və Cavabdeh2nın (yetkinlik yaşına çatmayan uşaqları, 12 avqust 2009-cu il təvəllüdlü X4 və 15 iyul 2010-cu il təvəllüdlü Cavabdeh3 ilə birlikdə) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini etiraf edib, bu barədə yazılı ərizə təqdim edərək, iddianı qəbul etdiklərini və iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evindən uşaqları ilə birlikdə 2018-ci il tarixdə daimi əsaslarla köçüb getdiklərini bildirmişlər və həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehlərin iddianı etiraf etməsini qəbul edib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, birgə nikahlarından olmuş 12 avqust 2009-cu il təvəllüdlü X4 və 15 iyul 2010-cu il təvəllüdlü Cavabdeh3 ilə birlikdə 2009-cu il tarixdən 2018-ci il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mirzə Abdin oğlu küçəsində yerləşən 51 saylı fərdi yaşayış evində yaşamışdılar. İddiaçı ilə aralarında əldə edilmiş razılığa əsasən cavabdehlər 2018-ci ildə həmin evi daimi əsaslarla tərk edərək, köçmüşdülər. Lakin buna baxmayaraq, bugünədək pasport qeydiyyatından çıxmamışdılar. Hazırda qeyd edilən fərdi yaşayış evində iddiaçı öz ailəsi ilə birlikdə yaşayır. Cavabdehlərin həmin evlə formal pasport qeydiyyatından başqa, hər hansı faktiki və hüquqi bağlılığı yoxdur. İddiaçı da məhz bu halları əsas götürüb və 10 manat məbləğində dövlət rüsumu ödəməklə, cavabdehlərin qeyd edilən mənzildən istifadə hüququqlarına xatim verilməsini tələb edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı etiraf edirlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan cavabdehlər Cavabdeh1 və Cavabdeh2nın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. Məhkəmə onu da vurğulayır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2nın birgə nikahından olmuş 12 avqust 2009-cu il təvəllüdlü X4 və 15 iyul 2010-cu il təvəllüdlü Cavabdeh3 da hazırda həmin evdə pasport qeydiyyatındadır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2nın bu evdən istifadə hüququna xitam verilməsi hüquqi nəticə etibarı ilə onların yetkinlik yaşına çatmayan uşaqlarının da həmin əmlakdan istifadə hüququna xitam verilməsinə əsas yaradır. Belə ki, uşaqlar yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyil və bu səbəbdən hazırki tələb onlara qarşı irəli sürülə bilməz. Onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndəsi, yəni cavabdehlər (atası) Cavabdeh1 və (anası) Cavabdeh2 qoruyur. Ona görə bu cavabdehlərin mübahisəli evdən istifadə hüququna xitam verilməsi, hüquqi nəticə etibarı ilə həmçinin, onların uşaqlarının da həmin evdən istifadə hüququna xitam verilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mirzə Abdin oğlu küçəsində yerləşən 51 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2nın (12 avqust 2009-cu il təvəllüdlü X2 və 15 iyul 2010-cu il təvəllüdlü Cavabdeh3 ilə birlikdə) istifadə hüquqlarına xitam verilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mirzə Abdin oğlu küçəsində yerləşən 51 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2nın (12 avqust 2009-cu il təvəllüdlü X4 və 15 iyul 2010-cu il təvəllüdlü Cavabdeh3 ilə birlikdə) istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6627/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6627/2021
14.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver