Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6655/2022 21.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum haqqında şəhadətnaməsini əldə etməsi mümkün olmadığından doğum akt qeydinin bərpa olunması və həmin akt qeydində onun doğum tarixinin xx.xx.1965-ci il kimi, doğum yerinin Ermənistan SSR Noemberyan rayonu, ata qrafasında atasının X8 və ana qrafasında anasının X3 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1965-ci il tarixdə Ermənistan SSR-nin Noemberyan rayonunda doğulmuşdur. X11, anası isə X7 olmuşdur. X4 10 oktyabr 2000-ci il tarixində ağır dərəcəli beyninə qansızmadan vəfat etmişdir. X2 isə 04 iyun 2014-cü il tarixində vəfat etmişdir. X1 30 may 1998-ci ildə vəfat etmişdir. Məlum hadisələrlə bağlı Azərbaycan Respublikasına gəlmişlər və məskunlaşmışlar. Onun şəxsiyyət vəsiqəsi var. Onun doğum haqqında şəhadətnaməsi olmamış, lakin şəhadətnaməsi məlum səbəblərdən itmişdir və bu baxımdan doğum akt qeydinin bərpa olunması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Doğum haqqında şəhadətnaməsi bir sıra sənədləşdirmə işlərinin aparılmasında lazımdır və ehtiyac yaranmışdır. Qeydiyyat şöbəsində ona izah olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarının 4-cü bəndində əks olunan hüquqi mövqeyinə uyğun olaraq izah edir ki, iddiaçının doğum haqqında akt qeydi yalnız doğumun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə müvafiq rayon məhkəməsi qətnaməsi əsasında bərpa edilə bilər. Həmin qurumun 15 aprel 2022-ci il tarixli məktubu ilə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti Aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları” nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəsini təmin etmək qeyri-mümkün olduğu bildirilmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bütün sənədlərində və həmçinin şəxsiyyətini təsdiq edən sənədlərdə doğulduğu tarix, yer göstərilmişdir. Həmçinin bu halı təsdiq edən şahidləri də var və yuxarıda sadalanan qərardan da görünür ki, Maraqlı şəxs imtinası əsaslı sayıla bilməz. Doğum haqqında şəhadətnamə bir sıra məsələlərin həll edilməsi və sənədləşdirmə işlərinin həyata keçirilməsi üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanlandığı 06 dekabr 2022-ci il tarixli məktubunda ərizəyə etiraz etmədiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X15 ifadəsində bildirmişdir ki, ərizəçi onun dayısı oğludur və onlar bir yerdə böyümüşlər. Ərizəçi xx.xx.1965-cı il tarixdə Ermənistan Respublikası Noemberyan rayonunda anadan olmuşdur və onun milliyyəti azərbaycanlıdır. Ərizəçinin X4, X2dır. Ərizəçinin atası 2000-ci ildə, anası isə 2014-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində bildirmişdir ki, ərizəçi kirvələridir. Ərizəçi xx.xx.1965-cı il tarixdə Ermənistan Respublikası Noemberyan rayonunda anadan olmuşdur və onun milliyyəti azərbaycanlıdır. Ərizəçinin X4, X2dır. Ərizəçinin atası 2000-ci ildə, anası isə 2014-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində bildirmişdir ki, ərizəçinin anası ilə onun anası xalaqızıdırlar. Ərizəçi xx.xx.1965-cı il tarixdə Ermənistan Respublikası Noemberyan rayonunda anadan olmuşdur və onun milliyyəti azərbaycanlıdır. Ərizəçinin X4, X2dır. Ərizəçinin atası 2000-ci ildə, anası isə 2014-cü ildə vəfat etmişdir. İş materiallarında olan: “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Ərizəçi “ASAN 3” tərəfindən 01 may 2021-ci il tarixdə verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmiş və həmin vəsiqədə təvəllüdü xx xxxxxx 1965-ci il, doğulduğu yer Noyemberyan rayonu, vətəndaşlığı AZE, ailə vəziyyəti evli, yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən ərazi dairəsi, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi 117B, ev 7, mənzil 9, qan qrupu A (İİ) RH+, göz rəngi qəhvəyi, boyu 167 sm olaraq qeyd edilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi təvəllüdü xx xxxxxx 1965-ci il,vətəndaşlığı isə Azərbaycan olaraq qeyd edilmişdir; AZ-İ seriyalı 544158 nömrəli ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 30 may 1998-ci il tarixdə intoksikasiya səbəbi ilə Tovuz rayonunun Alakol kəndində ölmüşdür. AZ-İİ seriyalı 288568 nömrəli ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 10 oktyabr 2000-ci il tarixdə ağır dərəcəli beyinə qansızma səbəbi ilə Tovuz rayonunun Alakol kəndində ölmüşdür. Gürcüstan Respublikasında verilmiş N**********2 Ölüm haqqında şəhadətnamənin gürcü dilindən azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, 01 may 1932-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Sənəm Süleymanova 04 iyun 2014-cü il tarixdə Gürcüstan, Marneuli, Qaçağan kəndində ölmüşdür. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 14 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, sonuncunun ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Ərizəçi itmiş sənədlərinin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı 29 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsi verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti 5 il bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. 14 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğum akt qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət etsə də, kifayət qədər əsas olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin doğum akt qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx xxxxxx 1965-ci il, doğulduğu yer Ermənistan Respublikası, Noemberyan rayonu, ata qrafasında – X8 (milliyyəti azərbaycanlı), ana qrafasında – X7 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx xxxxxx 1965-ci il, doğulduğu yer Ermənistan Respublikası, Noemberyan rayonu, ata qrafasında – X8 (milliyyəti azərbaycanlı), ana qrafasında – X7 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6655/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6655/2022
21.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver