Məhkəmə qərarları › İş №2(001)-6659/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6659/2024

16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6659/2024 16.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi maraqlı şəxs "xxxx" MMC-ə qarşı “itirilmiş sənədin etibarsız sayıması və həmin sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi” tələbinə dair ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi maraqlı şəxs "xxxx" MMC-ə qarşı “itirilmiş sənədin etibarsız sayıması və həmin sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 327.2. İtirilmiş adsız sənədin etibarsız hesab edilməsi haqqında ərizə həmin sənədin emitentinin olduğu yerin məhkəməsinə verilir. -152-ci maddəsinə əsasən qanunvericiliyin göstərilən tələblərinə riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. -152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. İddia ərizəsindən aydın olur ki, ərizəçi iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki iş materiallarından görünür ki, maraqlı şəxsin, yəni emitentin ünvanı ünvan 1aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 327.2-ci maddəsinin tələbinə əsasən, itirilmiş adsız sənədin etibarsız hesab edilməsi haqqında ərizə emitentin ünvanı üzrə Abşeron Rayon Məhkəməsinə müraciət edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə aidiyyəti üzrə düzgün məhkəməyə verilmədiyindən həmin Məcəllənin 152-ci və 327.2-ci maddələrinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci və 327-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Ərizəçi maraqlı şəxs "xxxx" MMC-ə qarşı “itirilmiş sənədin etibarsız sayıması və həmin sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar