Məhkəmə qərarları › İş №2(001)-6659/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6659/2025

17.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6659/2025 17.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X20 Məhyəddin qızının sədrliyi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs kimi Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğumunun qeydə alınma faktı” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 xx.xx.1944-cü il tarixdə Qubadlı rayonunda anadan olması barədə doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydinin ata qrafasında X8 (milliyyəti azərbaycanlı), ana qrafasında X9 (milliyəti azərbaycanlı) olması faktının qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, əri X10 xx.xx.1944-cü il tarixdə Qubadlı rayonu, Xalac kəndində anadan olmuş, xx.xx.2024-cü il tarixində ağciyər-ürək çatışmazlığı səbəbindən ölmüşdür. Əri vəfat etdiyindən, vərəsəlik işinin açılması üçün ondan doğum haqqında şəhadətnamə tələb edilir. Lakin ərinin doğum haqqında şəhadətnaməsi qeyri-müəyyən şəraitdə itmişdir. Doğum haqqında şəhadətnaməni verən orqanın dövlət arxivinə sorğu verildi və arxiv idarəsi cavab olaraq bildirmişdir ki, Qubadlı rayon Qeydiyyat İdarəsindən, Qubadlı rayon Dövlət Arxivinə, Dövlət Mühafizəsinə arxiv sənədləri təhvil verilməmişdir.

Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirmişdir ki, ərizəsini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun dayısının arvadıdır. Mərhum dayısı Hacıyev Allahyar 1944-cü ildə doğulub, anasının adı Reyhan, atasının adı Qulu olub.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, mərhum X16 rayonu, Xalac kəndində 1944-cü ildə doğulub, atasının adı Qulu, anasının adı Reyhan idi.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, mərhum X10 onun əmisi oğludur. Mərhumun atasının adı Qulu, anasının adı Reyhan idi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. AZE seriyalı, 09902082 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1944-cü il tarix də Qubadlı rayonu, Xalac kəndində şəhərində doğulmuşdur.

9. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X7 arasında xx.xx.1973-cü il tarixdə nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 639 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Hacıyeva soyadı verilmişdir.

10. AZ-İİ seriyalı, 462676 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür.

11. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi müraciətinə cavab olaraq göndərilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, AR Ailə Məcəlləsinin 162.-ci maddəsinə əsasən itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən, müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir.

12. 050705 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 1900-cü ildə Qubadlı rayonu Xələc kəndində doğulmuşdur.

13. 361596 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1935-ci il tarixdə Qubadlı rayonu Xələc kəndində doğulmuş, atası X21, anası X2r.

Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

14. X10 xx.xx.1944-cü il tarixdə Qubadlı rayonu, Xalac kəndində şəhərində doğulmuşdur. Bu fakt AZE seriyalı, 09902082 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə öz təsdiqini tapır

15. Ərizəçi mərhum ərinin doğum haqqında şəhadətnaməsinin məhkəmədən kənar bərpa edilməsinin mümkünsüzlüyünü əsas götürərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə istinad edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir.

16. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslər ərizəçinin yaxın qohumlarıdırlar (əmisi, bacısı uşaqları).

17. X13 oğlunun ərizəçinin atası, X6 isə anası olması və hər ikisinin milliyətcə azərbaycanlı olması məhkəmə iclasında dindirilən şahid ifadələri ilə sübut edilir.

Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

19. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

20. 307.2.3-cü maddəsinə əsasən məhkəmədoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

21. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

22. 309.1-ci maddəsinə əasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

23. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

24. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

27. İşin hallarından göründüyü kimi ərizəçinin doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur.

28. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğulduğu yer və tarix barədə məlumatlar əks olunduğuna, həmin məlumatlar şahid ifadələri ilə təsdiq edildiyinə və doğum haqqında akt qeydini başqa qaydada bərpa etmək mümkün olmadığına görə doğumunun qeydə edilmə faktı məhkəmə qaydasında müəyyən edilməlidir.

Tətbiq edilən prosessual normalar:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

31. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

33. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. 218.3-cü maddəsinə əsasə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Nəticə:

35. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi doğumunun qeydə alınma faktı barədə ərizəsi təmin edilməli, X3 xx.xx.1944-cü ildə Qubadlı rayonu, Xalac kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, bununla bağlı doğum akt qeydi bərpa olunaraq akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X11”, doğum yeri qrafasında “Qubadlı rayonu, Xalac kəndi”, doğum tarixi qrafasında “xx.xx.1944-cü il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X21, milliyəti “azərbaycanlı”, anası qrafasında “X9, milliyyəti azərbaycanlı” qeyd edilməlidir.

36. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi doğumun qeydə alınma faktı barədə ərizəsi təmin edilsin. X3 xx.xx.1944-cü ildə Qubadlı rayonu, Xalac kəndində doğumunun qeydə alınması faktı müəyyən edilsin. Doğum akt qeydi bərpa olunaraq akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X10”, doğum yeri qrafasında “Qubadlı rayonu, Xalac kəndi”, doğum tarixi qrafasında “xx.xx.1944-cü il”, milliyyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X21, milliyəti “azərbaycanlı”, anası qrafasında “X9, milliyyəti azərbaycanlı” qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar