Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6705/2025 03.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X2, Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” X1rşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” X1rşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 xx.xx.1953-cü il tarixdə Ermənistan, Krasnosel rayonu, Ardanış kəndində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. - 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cı maddəsinə əsasən isə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi atasının doöum faktının müəyyən edilməsini xahiş etsə də, nikah haqqında şəhadətnamədə X4 xx.xx.1953cü il tarixdə Krasnosel rayonunun Ardanış kəndində doğulması faktı öz əksini tapmışdır. Ərizənin məzmunundan isə belə aydın olur ki, ərizəçi atasının ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar xx.xx.1953-cü il tarixdə doğulmuş atasının doğum haqqında şəhadətnaməsinin təqdim edilməsi zərurəti yaranmış, lakin sənədi tapa bilmədiklərindən təqdim edilməmişdir. Belə olan halda ərizəçi atasının doğum faktının müəyyən edilməsi tələbi ilə deyil, atasına məxsus doğum akt qeydinin bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilməli, ərizə ona əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilsin. Ərizəçi ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi atasına məxsus doğum akt qeydinin bərpa edilməsi tələbi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(001)-6705/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6705/2025
03.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver