Məhkəmə qərarları › İş №2(001)-6726/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6726/2021

21.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6726/2021 21.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu 6cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X8 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X8 qızının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzili X3 mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilində qeydiyyatda olsalarda heç vaxt bu mənzildə yaşamamış, onlara məxsus bu mənzildə hər hansı bir əşya yoxdur, onlar iddiaçının ailə üzvləri, qohunları deyillər, iddiaçı cavabdehləri tanımır, mülkiyyətində olan mənzilə necə qeydiyyata alınmalarını bilmir. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatını təsdiq edərək əlavə olaraq izahatında göstərmişdir ki, o, 2005-ci ildə mənzili alarkən Bakı şəhəri Binəqədi rayonu 78 saylı MKİS-in 78\2083 saylı 22.11.2005-ci il tarixli arayışına əsasən Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilində yalnız əvvəlki mülkiyyətçi X4 qeydiyyatda olması qeyd olunmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 heç vaxt onun mülkiyyətində olan mənzildə yaşamamış, onların faktiki yaşadıqları ünvan ona məlum deyildir. O, cavabdehlərin mülkiyyətində olan mənzilə qeydiyyata alınmalarına icazə verməmişdir. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 faktiki yaşayış yerləri məlum olmadığına görə məhkəmə cavabdehlərin sonuncu qeydiyyatda olduqları ünvana bildirişlər göndərmiş, ünvan ünvanda yaşamadıqları barədə qeyd aparılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13.02.2016-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2444 saylı reyestr kitabının 227519 saylı vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi rayonu 78 saylı MKİS-in 549 saylı 12.07.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilində kənar şəxslər 2001-ci il təvəllüdlü Cavabdeh1, 2003-cü il təvəllüdlü Cavabdeh3 və 2006-cı il təvəllüdlü Cavabdeh2 qeydiyyatdadırlar. X1 ilə alıcı İddiaçı Qədər qızı arasında 26.11.2005-ci il tarixdə bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilini alıcıya satmışdır. Bakı şəhəri Binəqədi rayonu 78 saylı MKİS-in 78\2083 saylı 22.11.2005-ci il tarixli arayışından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilində X9 qeydiyyatdadır. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 317 saylı mənzilində 30 ildir yaşayır və İddiaçı qonşu kimi tanıyır. Ona görə də bilir ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilində tək yaşayır. Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 heç vaxt yaşamamışlar. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 411 saylı mənzilində 30 ildir yaşayır və İddiaçı qonşu kimi tanıyır. Ona görə də bilir ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilində tək yaşayır. Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 heç vaxt yaşamamışlar. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, o, 32 ildir İddiaçı tanıyır. Ona görə də bilir ki, İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 heç vaxt yaşamamışlar. Məhkəmə iclasında şahid Cəmil Həsənli ifadəsində göstərmişdir ki, o, Gürcüstan vətəndaşı olaraq 11 ildir ki, bibisi İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilinə müvəqqəti qeydiyyata alınmış və bibisinin mənzilində yaşayır. Ona görə də bilir ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 heç vaxt yaşamamışlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qeydiyyatda olduqları Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilində heç vaxt yaşamamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Göründüyü kimi 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, bu hüququn yaranması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlansın və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Cavabdeh mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlamamış, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24.09.2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatının onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmədiyini müəyyən etmişdir. X2 Məhkəməsi müəyyən etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, qeydiyyatda olduqları Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilində heç vaxt yaşamayan, həmin mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü, saxlamalı olduğu qohumları siyahısına daxil olmayan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nın bu mənzilə hər hansı bir hüquqları yaranmadığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından cavabdehlərin həmin mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu 6cı mkr, keçid 1410, 3215 məhəllə 6 saylı evin 316 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar