Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6795/2025 10.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) (Açar sözlər: əmək müqaviləsi bildirişinin ləğv edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) əmək müqaviləsi bildirişinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış əmək müqavilsinə xitam verilməsi və “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsinin X2 Xidmətinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh-də işdən çıxsa da elektron əmək müqaviləsi bildirişinə xitam verilməmişdir. Həmçinin MMC ilə iddiaçı arasında vaxtilə əmək müqaviləsi olmuş daha sonra işdən çıxsa da əmək müqaviləsinə xitam verilməmişdir. Göstərilənlərlə əlaqədar cavabdeh şirkətlə əlaqə saxlanılması mümkün olmadığından əmək müqaviləsinə xitam verilməsi mümkün olmamışdır. Bu səbəblə iddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edilmişdir. Lakin ona əmək müqaviləsinə xitam verilməsinin X2 Xidmətinin səlahiyyətlərinə aid aid olmadığı qeyd edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, pandemiya ilə əlaqədar olan dövrdə qonşusu tərəfindən şəxsiyyət vəsiqəsi ilə işə götürülmüşdür. Lakin sonradan ona əmək haqqı ödənilməmişdir. Hazırda isə qüvvədə olan əmək müqaviləsi olduğundan yeni işə başlaya bilmir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
5. Azemis Elektron Məhkəmə İnformasiya Sistemindən olan çıxarışdan görünür ki, VÖEN 1**4873372 Yakub Aykurt Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 42, mənzil 369 qeydiyyatdadır.
6. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə işə götürən Aykurt Yakub arasında 13.1*.2*2*-ci il tarixdə əmək müqaviləsi bağlanılmşdır. Əmək müqaviləsinin növü müddətsizdir, aylıq əmək haqqının məbləği 25* manat təşkil edir və hazırda əmək müqaviləsi bildirişinin statusu aktivdir;
7. AR ƏƏSMN-nin İddiaçı 19.*5.2*25-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, fərdi sahibkar Aykurt Yakuba 3-17-5/2-46478/2*25 nömrəli 2*.*5.2*25-ci il tarixli məktubla müraciət olunmuş, İddiaçı aid olan sənədlər tələb edilmişdir. Lakin həmin sənədlər təmin edilmədiyindən İddiaçı müraciətinin araşdırılması mümkün olmamışdır.
8. Bakı 2 saylı Mediasiya təşkilatının 23.*9.2*25-ci il tarixli, MŞB/2-**922 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışından görünür ki, əmək müqaviləsinə xitam verilməsinə dair mübahisə predmeti barədə 23.*9.2*25-ci il tarixində mediasiya sessiyası keçirilmiş, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərci (İMS 5* manat + 1* manat poçt xərci) İddiaçı tərəfindən ödənilmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 1*. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
11. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
12. 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
13. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 49-cu maddənin 5-ci hissəsinə əsasən Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
14. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
15. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
16. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
18. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 91.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 8-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 1** (bir yüz) manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir. 2*. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
22. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edir ki, AR Konstitusiyasında və əmək qanunvericiliyində əməyin azadlığı prinsip təsbit olunmuşdur. Əməyin azadlığı prinsipi hər kəsə özünün əmək qabiliyyəti barəsində sərbəst surətdə sərəncam vermək, sərbəst surətdə özünə fəaliyyət növü və iş yeri seçmək imkanının verilməsindən ibarətdir. Əməyin azadlığı həmçinin əmək müqaviləsinin azadlığını da ehtiva edir. Belə ki, əmək münasibətləri yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə, habelə şəxsin iradəsi olmadan onunla əmək müqaviləsi bağlanıla bilməz.
23. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı məlumatı ilə onunla cavabdeh (işəgötürən) Cavabdeh arasında “əmək müqaviləsi” bağlanılmış və həmin müqavilə elektron informasiya sisteminə daxil edilmişdir. İddiaçının tələb etməyinə baxmayaraq onunla cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməmiş və bu səbəbdən iddiaçının yeni əmək müqaviləsi bağlamaq hüququ məhdudlaşdırılmışdır.
24. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 288-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi məsələləri fərdi əmək mübahisələrinin predmetini təşkil edir və bu fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
25. Hazırki işin müəyyən edilən hallarından aydın olur ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilməsini tələb edir. İddiaçının (işçinin) bu tələbi işəgötürən tərəfindən yerinə yetirilməli olduğu halda yerinə yetirilməmişdir. Ona görə də iddiaçı haqlı olaraq əmək müqaviləsinə xitam verilməsi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
26. Məhkəmə həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 49.5-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.
27. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 13.1*.2*2*-ci il tarixli əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş elektron informasiya sisteminə daxil edilməli, qətnamənin icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən özünə aid edilməlidir.
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh-yə qarşı (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) əmək müqaviləsi bildirişinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilsin İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 13.1*.2*2*-ci il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş elektron informasiya sisteminə daxil edilsin. Qətnamənin icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova