Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6836/2021 05.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə 05 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X3 miras qalmış, buraxılış ili 2012 olan, universal tipli, ağ rəngli, mühərrik nömrəsi G4KECH741475, ban nömrəsi KNAKU811DD5360761 olan, **-VD-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” minik markalı avtomobilin miras əmlak kimi tərəfindən qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, mərhum atası X7 10 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Atasından ərizədə göstərilən avtomobil miras qalmışdır. Həmin avtomobil atasının sağlığında da onun faktiki istifadəsində olmuşdur. Atası vəfat etdiyi ərəfədə ölkədə pandemiya mövcud olduğundan o, ailə üzvləri ilə birlikdə pandemiyadan qorunmağı düşünmüş, həmçinin, həmin dövrdə ölkə ərazisində məhdudiyyətlər tətbiq olunduğundan vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət etməkdə gecikmişlər. Notarius vərəsəlik işi açsa da, müddətin ötürülməsi əsası ilə vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Notariat işində anası, qardaşı və iki bacısı miras əmlakdan onun xeyrinə imtina etmələrinə dair ərizə mövcuddur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 20 saylı notariat ofisi xüsusi notariusu ərizə ilə məhkəməyə müraciət edərək işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Rəşad Əli oğlunun atasıdır. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 aprel 2019-cu il tarixdə vəfat etmişdir. - Bakı şəhəri 20 saylı notariat ofisinin Ərizəçi ünvanlandırdığı məktubdan görünür ki, Ərizəçi 10 aprel 2019-cu ildə vəfat etmiş X4 vəfatı ilə əlaqədar mirasın qəbulu ərizəsinə baxılmış, müddətin ötürülməsi səbəbindən vərəsəlik hüququ haqqınd aşəhadətnamə verilməsi mümkün olmamış, bununla əlaqədar olaraq buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. - 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. - 1322-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. 2019-cu ildən X2 tərəfindən koronavirus pandemiyasının elan olunduğunu, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlarla xüsusi karantin rejimimin tətbiq edilməsini və bunun nəticəsində bir sıra qurumlarda vətəndaşların qəbulunun dayandırılmasını nəzərə alarq məhkəmə hesab edir ki, iddiaçının miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddət üzrlü hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. X3 miras qalmış, buraxılış ili 2012 olan, universal tipli, ağ rəngli, mühərrik nömrəsi G4KECH741475, ban nömrəsi KNAKU811DD5360761 olan, **-VD-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” minik markalı avtomobilin miras əmlak kimi qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzürlü sayılaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6836/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6836/2021
05.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver