Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-695/2023 07.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış 12 may 2016-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ü/s 97,5 kv.m olan 11 nömrəli mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Səbail Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(009)-293/2022 saylı qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və iş məhkəmənin icraatına qəbul edilmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, MMC ilə 12 may 2016-cı il tarixli alğı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında inşa edilmiş yüsək mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ü/s 97,5 kv.m olan 11 nömrəli mənzili almışdır. 12 may 2016-cı il tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri kimi 75900 manat pul vəsaiti ödənilmişdir. Lakin 5 ildir ki, dəyərini ödədiyi mənzilə köçə bilmir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, MMC ona məhəl qoymamış və mənzilini ona təhvil verməmişdir. Cavabdehin qeyd edilən hərəkətləri ilə müqavilə şərtlərini pozması onun maraqlarına toxunur.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, hazırda onların tələbi müqavilənin etibarsızlığı və ya ləğvi deyildir. Müqavilə üzrə pul M.Xələfova ödənilib. Qarşı tərəf iddia edirsə ki, pul MMC-nin balansına ödənilməyib, o zaman pulu həmin şəxsdən tələb edə bilər. Müqavilədəki imza ilə bağlı hər hansı mübahisə olmamış, hazırda mübahisələndirilməsi üçün isə mötəbər sübut yoxdur. Bu qədər keçirilmiş məhkəmə proseslərinin heç birində iş üzrə ekspertiza keçirilməsinə zərurət olmamış, qarşı tərəf isə bunu mübahisələndirməmişdir. Faktiki olaraq iddiaçı əlində olan müqavilə və maliyyə arayışına əsasən ona məxsus olan mənzilin təhvil ona verilməsini istəyir. İddiaçı MMC ilə arasında razılıq əldə edilməsinə razıdır.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, cavabdeh iddiaçıya evin pulunun torpaqla əvəzlənəcəyini bildirsə də, cavabdehlə əlaqə saxlamaq mümkün olmamışdır. Üçüncü şəxs mənzili sonradan alaraq təmir etdirmiş, evə girmişdir. İddiaçı isə mənzili alsa da, Kiprdə yaşayır. Mənzildə yaşamasa da, mənzil onun əmlakıdır. İddiaçının həmin mənzildən əlavə eyni binada başqa mənzili vardır.
6. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, hazırki mübahisəli mənzillə bağlı iddiaçı tərəfindən MMC-yə hər hansı ödəniş edilməmişdir. İddiaçı mənzilə görə Xələfli MTK-nın təsisçisi Mahir Mikayılova ödəniş etmişdir. M.Mikayılov isə MMC-yə sonuncunun vergi borcunun ödənilməsini vəd etsə də, borc ödənilməmişdir. Bununla bağlı MMC-dən vergi borcunun tutulması üçün Sumqayıt şəhər İnzibati Məhkəməsində qərar çıxmışdır. Bundan əlavə hazırda ona məlum deyil ki, bağlanmış alğı-satqı müqaviləsini iddiaçı özü, yoxsa hər hansı etbarnamə üzrə nümayəndəsi imzalayıb. Hazırda iddianın təmin edilməməsini xahiş edir.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, mübahisəli mənzilin binasında 2017-ci ildən usta kimi işləmişdir. Sonra isə direktor vəzifəsinə təyin edilmişdir. 2017-1018-ci ildə binanın sonuncu mərtəbəsinin tikintisi bitmişdir. Həmin ərəfədə mübahisəli mənzil boş olmuşdur. Hətta mənzilin qapısı belə olmamışdır. Xanlar Cəfərov ona bildirmişdir ki, mənzil MMC-yə məxsusdur. Həmin mənzilin Şəlalə xanıma satılmasında iştirak etmişdir.
8. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirmişdir ki, artıq davam edən məhkəmə mübahisələrindən yorulmuşdur. Baxılan işin tezliklə yekunlaşmasını istəyir. Evində hər hansı iş görə bilmir. MTK mənzilə görə torpaq sahəsi veriləcəyini desə də, sonradan bir xəbər çıxmamışdır.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirmişdir ki, hazırki iş üzrə cavabdehin təsisçisi X12 ilə aralarında barışıq əldə edilməmişdir.
10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddia ərizəsinə dair etirazında göstərmişdir ki, irəli sürülmüş iddia əsassızdır və heç bir qanuna söykənmir. Mübahisəli mənzil ona da, satılmışdır. Tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Uzun illərdir uşaqları ilə həmin mənzildə yaşayır və mənzili öz vəsaiti hesabına təmir edilmişdir. İddiaçı iddia edir ki, 12 may 2016-cı ildə məlum mənzili almışdır. Bəs nə üçün 6 il ərzində aldığı mənzillə maraqlanmaması ona məlum deyil. Keçmiş MMC direktoru çoxsaylı saxta sənədlərlə müxtəlif mənzilləri müxtəəlif şəxslərə satmışdır. Hazırda da, AR CM-nin 178-ci maddəsi il təqsirli bilinərək, cəzçəkmə müəssisəsində cəza çəkir. Hazırki iddia MMC-yə qarşı yox, keçmiş direktora qarşı qaldırılmalı idi. Həmin şəxsdən isə dəymiş ziyan kimi ödədiyi pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etməli və ya mənzilin başqa bir mənzillə əvəzləşdirilməsini tələb etməlidir. Qeyd edir ki, o vicdanlı alıcıdır. Mənzilə aid bütün kommunal xidmətlər üzrə abunə kodları onun adınadır. Həmin mənzil onun yeganə yaşayış yeridir və azyaşlı uşaqlarını tənha ana kimi həmin mənzildə böyüdür.
11. Əvvəlki məhkəmə iclaslarında iştirak edən MMC-nin təsisçisi Xanlar Cəfərov izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında barışığa cəhd edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
12. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan mənzil alğı-satqısı haqqında 12 may 2016-cı il tarixli müqavilədən görünür ki, MMC Binəqədi rayonu, A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 2-ci mərtəbəsində iki otaqdan ibarət, ümumi sahəsi 97,5 kv.m olan 11 nömrəli mənzili alıcıya verməyi, alıcı isə müqavilə bağlanan gün mənzilin tam dəyərinin ödənilməsini öhdəsinə götürür.
13. Cavabdeh MMC tikinti şirkəti tərəfindən təqdim edilən 12 may 2016-cı il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ bina Cavabdeh MMC-yə məxsusdur. Bu binanın giriş iki mərtəbəsində yerləşən ümumi sahəsi 97,5 kv.m olan 11 saylı mənzilin ümumi dəyəri 75900 AZN X5 tərəfindən ödənilmişdir. X2 mənzilə görə borcu yoxdur.
14. X9 ilə Cavabdeh MMC arasında bağlanan mənzil alğı-satqısı haqqında müqavilədən görünür ki, MMC Binəqədi rayonu, A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbəsində iki otaqdan ibarət, ümumi sahəsi 97,5 kv.m (97,45 kv.m) olan 11 nömrəli, dəyəri 97500 manat olan mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə alıcıya verməyi, alıcı isə müqavilə bağlanan gün mənzilin tam dəyərinin ödənilməsini öhdəsinə götürür.
15. Cavabdeh MMC tikinti şirkəti tərəfindən təqdim edilən 02 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ bina Cavabdeh MMC-yə məxsusdur. Bu binanın 1-ci giriş 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,5 kv.m (97,45 kv.m) olan 11 saylı mənzilin ümumi dəyəri 97500 AZN X9 tərəfindən ödənilmişdir. X4 mənzilə görə borcu yoxdur.
16. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-960/2018 saylı hökmündən görünür ki, X10 öz qulluq mövqeyindən istifadə edib özgənin xeyli və külli miqdarda əmlakını aldatmaq yolu ilə ələ keçirərək təkrarən dələduluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə təkrarən ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifdə etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə biləbilə yalan məlumatlar daxil edərək, təkrarən vəzifə saxtakarlığı törətmiş və xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən vahid niyyətlə yayınmışdır.
17. Hökmə əsasən X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2,308.2, 213.3 va 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ile 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ile 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan mahrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X7 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddət azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 17 aprel 2018-ci il tarixdən 28 dekabr 2018-ci il tarixə kimi həbsdə olduğu 08 (səkkiz) ay 11 (on bir) gün müddət nəzərə alınmaqla və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla X.M.Cəfərov qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetm orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
18. ünvan 2 ünvanında yerləşən kooperativ bina Cavabdeh MMC-yə məxsusdur.
19. MMC tərəfindən binanın 1-ci giriş 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,5 kv.m olan 11 saylı mənzil 12 may 2016-cı il tarixli müqavilə ilə X3 75900 manata satılmışdır. X5 mənzili alsa da, orada hər hansı təmir işləri görməmiş, mənzildən istifadə etməmişdir.
20. MMC rəhbərliyi tərəfindən mübahisəli mənzil daha sonra 02 oktyabr 2020-ci il tarixində 97500 manata X1. X9 isə mənzili aldıqdan sonra öz hesabına təmir etdirmiş, hazırda həmin mənzilə köçməklə orada uşaqları ilə birlikdə yaşayır.
21. İddiaçının nümayəndəsi, vəkil məhkəmədən mübahisəli mənzilin iddiaçıya məxsus olması səbəbindən, onun MMC tərəfindən iddiaçıya təhvil verilməsini istəyir. Lakin iş materiallarında iddiaçı tərəfindən mənzilin ona təhvil verilməsini tələb etməsi faktını təsdiq edən sübutlar mövcud deyildir.
22. Cavabdehin nümayəndəsi isə sonuncu məhkəmə iclasında ümumiyyətlə iddiaçı tərəfindən mənzilə görə MMC-nin balansına hər hansı ödəniş edilmədiyini, ödənişin Xələfli MTK-nın təsisçisinə edildiyini, sonuncunun isə MMC-nin vergi borcunun ödənilməsi vədi ilə iddiaçı ilə MMC arasında alğı-satqı müqaviləsinin bağlanmasına nail olduğunu, borcun ödənilməməsi səbəbinə görə isə MMC ilə X9 arasında müqavilə bağlanıldığını təsdiq edir.
23. Əvvəlki məhkəmə iclaslarında iştirak edən hazırda isə cəzaçəkmə müəssisəsində olan MMC-nin təsisçisi X.Cəfərov isə hazırki 11 saylı mənzilə görə mübahisənin mövcudluğunu təsdiq etmiş və iddiaçı ilə razılığa nail olmaq niyyətində olduğunu bildirmişdir.
24. Hazırda işin mübahisələndirilməyən halı mənzilin iki müxtəlif tarixdə, iki ayrı şəxsə satılması və hazırda mənzildə ikinci alıcı X4 yaşamasıdır.
25. İşin mübahisələndirilən halı isə artıq X8 təhvil verilmiş mənzilin İddiaçı təhvil verilməsinin mümkün olub-olmaması ilə bağlıdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
26. Azərbaycan Respublikası Konstitusiyasının:
27. 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
28. 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
30. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
31. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
32. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;
33. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;
34. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
35. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
36. 337.1-ci maddəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
37. 385.1-c maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;
40. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir;
41. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür;
42. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
43. 770-1.4-cü maddəsinə əsasən tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
44. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
45. Tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri baxımından müəyyən edilir ki, Cavabdeh ilə həm iddiaçı, həm də üçüncü şəxs arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, Mülki Məcəllənin xx.xx.2017-ci il tarixdə yeni redaksiyada verilmiş 178.8-ci maddəsində qeyd edilmişdir ki, Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir.Baxmayaraq ki, iddiaçı ilə Cavabdeh MMC arasında müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmışdır, həmin müqavilə də mahiyyəti baxımından podrat müqaviləsi hesab olunur. Belə ki, müqavilə bağlanan zaman binanın tikintisinin davam etməsi mübahisə doğurmur. Müqavilənin mahiyyətindən də aydın olduğu kimi podratçı Cavabdeh MMC ona məxsus olan torpaq sahəsində yerləşən tikintisi başa çatmayan binanın tərkib hissəsini muzd müqabilində onu əldə etmək istəyən sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Sifarişçi tərəfindən öhdəlik icra olunsa da, podratçı müqavilədə nəzərdə tutulan payı sifarişçiyə təhvil verməmişdir. Baxmayaraq ki, cavabdehin sonuncu məhkəmə iclasında iştirak edən nümayəndəsi müqavilənin etibarlılığını şübhə altına alan izahat vermişdir, lakin bununla bağlı hər hansı əsaslı dəlillər gətirməmiş, Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanan və MMC-nin möhürü ilə təsdiq edilən maliyyə arayışını və müqaviləni nəzərə almadan iddiaçının imzası ilə bağlı formal mülahizələr səsləndirmişdir. Halbuki əvvəlki məhkəmə iclaslarında iştirak etmiş digər nümayəndələr(MMC-nin təsisçisi və direktoru) müqavilələrin etibarlılığını şübhə altına alan hər hansı izahat verməmiş, əksinə həmin şəxsləri zərərçəkmiş olaraq qəbul etmişdirlər.
46. Eyni zamanda işin halları ilə də iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsızlığı müəyyən edilmir.
47. Bundan əlavə həmin binada, həmin mənzilə dair Cavabdeh MMC ilə X6 arasında xx.xx.2020-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin mənzilə dair sifarişçi tərəfindən muzd ödənilmiş və podratçı qeyd edilən mənzili sifarişçiyə təhvil vermişdir. Hal-hazırda həmin mənzildə üçüncü şəxs X6 yaşayır.
48. Podrat müqaviləsinin mahiyyəti baxımından və tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin(podratçı) Məhdud Məsuliyyətli Cəmiyyət olması nəzərə alındıqda, hazırki mübahisəyə Mülki Məcəllənin əvvəlki redaksiyasında olan 178.8-ci maddəsinin tətbiqi istisna edilir. Belə ki, Mülki Məcəllənin əvvəlki redaksiyasında 178.8-ci maddəsində qeyd edilmişdir ki, Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Maddənin məzmunundan göründüyü kimi burada kooperativin verdiyi mənzilə münasibətdə pay haqqı tam ödənildikdə mülkiyyət hüququ əldə edilmiş olur. Bunun məntiqi davamı olaraq o qənaət formalaşır ki, hazırki mübahisədə səlahiyyətsiz şəxsin əşyaya dair sərəncam verməsi halı yoxdur. Necə ki, Mülki Məcəllənin 358-ci maddəsində nəzərdə tutumuşdur ki, Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
49. Bu səbəbdən də ilkin müqavilə bağlandıqdan sonra bağlanan digər müqaviləyə etibarsız əqd kimi yanaşmaq mülki qanunvericiliyin əqdlərlə və əqdin əsasında yaranan öhdəliklə bağlı formalaşdırdığı hüquqi mahiyyətə uyğun olmazdı.
50. Lakin qeyd edilənlərdən o nəticə çıxmır ki, tərəflərin müqavilənin etibarsızlığını tələb etmək hüququ istisna edilir. Belə ki, hazırki iddia ərizəsində tələb iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən irəli gələn öhdəliyin icrasıdır. Hansı ki, konkret olaraq həmin öhdəliyi icra etmək artıq podratçının səlahiyyəti xaricindədir. Çünki müqavilədə qeyd edilən mənzil(pay) artıq üçüncü şəxsə təhvil verilmişdir və həmin müqavilənin etibarlılığı mübahisə predmeti deyildir.
51. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 452.1-ci maddəsi təşkil edir. Həmin normaya əsasən isə borclu, fərdi müəyyən olan eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən kreditora məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Yəni, fərdi-müəyyən əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqi əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun. Əgər əmlak hələ verilməmişsə, onda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur.
52. Qeyd edilən normanın hazırki mübahisəyə tətbiqi baxımından məhkəmə hesab edir ki, baxmayaraq ki, iddiaçının müqaviləsi daha əvvəl bağlanmışdır ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ü/s 97,5 kv.m (97,45 kv.m) olan 11 nömrəli mənzil faktiki olaraq üçüncü şəxsə verildiyindən iddia tələbi əsassız hesab edilməlidir.
53. Belə ki, bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri mümkündür. Belə olan halda, hazırki vəziyyətdə mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), payçı (sifarişçi) qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır.
54. Nəzərə alınmalıdır ki, mübahisəli mənzilə dair xx.xx.2016-cı il tarixində iddiaçı ilə ilk dəfə alğı-satqı müqaviləsi bağlansa da, mənzil heç vaxt iddiaçıya təhvil verilməmiş, onun istifadə və sahibliyində olmamışdır. Mənzil 02 oktyabr 2020-ci il tarixli müqavilə əsasında mübahisə predmet barəsində müstəqil tələb irəli sürməyən Ş.İsmayılovaya satılmaqla onun istifadə və sahibliyinə, yəni ona təhvil verilmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, başqa bir alıcıya təhvil verilmiş mənzilin, artıq iddiaçıya təhvil verilməsi praktik olaraq mümkün deyildir. Odur ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Tətbiq edilən prosessual normalar
55. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
56. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
57. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
58. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
59. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
60. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev.