Məhkəmə qərarları › İş №2(001)-7/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7/2022 14.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 iclas katibliyi İddiaçı "X6 Azərbaycan" QSC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil1 Mövlud oğlunun və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh1 MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı "X6 Azərbaycan" QSC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı "kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə" iddia ərizəsi üzrə mülki işə Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı "X6 Azərbaycan" QSC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı "kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.İş üzrə növbəti məhkəmə iclası 14.02.2022-ci il tarixə saat 17.20 təyin olunmuşdur. Bundan sonra, iddiaçı "X6 Azərbaycan" QSC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil1 Mövlud oğlu ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında razılıq əldə edildiyindən iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı "X6 Azərbaycan" QSC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil1 Mövlud oğlu və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil4 tərəflər arasında razılıq əldə olunduğundan iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərrizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. İş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmişdirlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də, məhkəmə digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfləri, onların nümayəndə və vəkilinin çıxışlarını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. MPM-nin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdiyindən və cavabdehlər isə mülki işə mahiyyət üzrə baxılmasını tələb etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı "X6 Azərbaycan" QSC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı "kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə" iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsinə şıkayət verə bilərlər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar