Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7007/2021 13.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi və nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 21 avqust 1949-cu il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 21 avqust 1949-cü ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmuşdur. Sonradan ailəsi ilə birlikdə Azərbaycan Respublikasına yerləşmiş, həmin vaxt Sovet İttiffaqının çevirilisi və X10 zamanı doğum haqqında şəhadətnaməsini itmişdir. Bu səbəbdən də, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmişdir. Lakin, 25 iyun 2021-ci il tarixli cavab məktubunda vətəndaşlıq vəziyyəti haqqında aktın reyester xidmətinin arxivində saxnılmaması, bu cür qeydlərin və itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilməsi bildirilmişdir. Sonra tərəfindən Maraqlı şəxsnə müraciət edilmişdir. Maraqlı şəxs 11 avqust 2021-ci il tarixli cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətandaş vəziyyətin qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müəddaları”- nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəsi təmin edilməmişdir. Belə ki, hal-hazırda vərəsəlik işi ilə bağlı varis olduğundan doğum haqqında qəydin bərpa edilərək doğum haqqında şəhadətnamənin verilməsinin zərurəti yaranmışdır. Qeyd edir ki, valideyinləri X2 ilə X6 arasında 03 aprel 1951-ci il nikah bağlanmış, nikahın bağlanmasını təsdiq edən nikah haqqında şəhadətmənin surəti mövcüddur. Belə ki, 1988- 1994-cü il tarixdəki hadisələrlə bağlı doğum haqqında şəhadətnaməsi Ermənistanın Krasnoselo rayonunda qaldığından və ölkədə baş vermiş hadisə ilə bağlı gedib sənədləri bərpa edə bilməmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, onun bir qardaşı olmuş və o da vəfat etmişdir. Ona görə də ailə üzvlərindən onun doğumunu təsdiq edə biləcək kimsə qalmamışdır. Onun atası X3 nun və anası X1 milliyəti azərbaycanlı olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış 05 oktyabr 2021-ci il tarixli məktubda iddiaya etiraz etmədiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bibisi oğlunun oğludur. O, 1988-ci ildə ərizəçinin atası ilə birlikdə köçərək Azərbaycan Respublikasına gəlmişdir. Ərizəçinin atası X3, anası isə X4 olmaqla hər ikisi azərbaycanlıdırlar. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, o, ərizəçinin əmisi oğludur. O, 1988-ci ildə atası ilə birlikdə köçərək Azərbaycan Respublikasına gəlmişdir. Ərizəçinin atası X3, anası isə X4 olmaqla hər ikisi azərbaycanlıdırlar. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, o, ərizəçinin əmisi oğludur. O, 1975-ci ildə universitətə qəbul məqsədi ilə köçərək Azərbaycan Respublikasına gəlmişdir. Ərizəçinin atası X3, anası isə X4 olmaqla hər ikisi azərbaycanlıdırlar. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 21 avqust 1949-cu il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş, onun yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, ev 8-dir. AZ-İİ seriyalı, 726200 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 27 yanvar 2015-ci il tarixdə ölmüşdür. AZ-İİ seriyalı, 122140 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 28 noyabr 2020-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 08 iyun 2021-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001—ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”-nın 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Tərəfindən şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizələrinin təmini mümkün olmamışdır. Yuxarıda adı çəkilən müddəaların 2-ci hissəsinin 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi faktın müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin ərizəçinin vəkilinə ünvanladığı 25 iyun 2021-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən ərizəçinin doğumuna dair məlumat aşkar edilməmişdir. Həmçinin qeyd edilmişdir ki, Ermənistanın səlahiyyətli orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktiarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən ərizəçinin doğumu haqqında akt qeydinin bərpası üçün qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 11 avqust 2021-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001—ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”-nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəçinin ərizəsini təmin edə bilməmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsi tərəfindən ərizəçinin vəkilinə ünvanlanmış 23 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi 13 mart 1990-cı ildə verilən XXİİ-JQ 680247 seriya nömrəli köhnə nümunəli sovet pasportunu təhvil verərək AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Qeydiyyata alınması barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün həmin sənədlərin təqdim olunması qeyri-mümkündür. 18 avqust 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarından göründüyü kimi, ərizəçi doğum haqqında məlumatın istənilməsi ilə bağlı müvafiq quruma müraciət etsə də, ərizəçiyə onun doğumuna dair məlumatın aşkar edilmədiyi, həmçinin Ermənistanın səlahiyyətli orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlərin həmin qurumda saxlanılmadığı bildirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ərizəçi 13 mart 1990-cı ildə verilən XXİİ-JQ 680247 seriya nömrəli köhnə nümunəli sovet pasportunu təhvil verərək AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Göründüyü kimi, ərizəçinin doğum akt qeydinin bərpası məhkəmədən kənar qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi 21 avqust 1949-cu il tarixdə Ermənistanın Krasnoselo rayonunda doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən “atası” qrafasında X3, milliyəti azərbaycanlı, “anası” qrafasında X4, milliyəti azərbaycanlı kimi qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 21 avqust 1949-cu il tarixdə Ermənistanın Krasnoselo rayonunda doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən “atası” qrafasında X3, milliyəti azərbaycanlı, “anası” qrafasında X4, milliyəti azərbaycanlı kimi qeydiyyat aparılsın. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-7007/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7007/2021
13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver