Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7015/2021 09.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1, X2 və Maraqlı şəxs3 cəlb edilməklə) “vərəsəlik hüququnun, miras əmlakın qəbul edilməsi faktının tanınması” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1, X2 və Maraqlı şəxs3 cəlb edilməklə) “vərəsəlik hüququnun, miras əmlakın qəbul edilməsi faktının tanınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21 oktyabr 2019-cu il tarixdə vəfat etmiş X1 vərəsəsi kimi o, yəni Ərizəçi və X3 tanınmaqla, mərhumdan miras qalmış ** TJ *** dövlət qeydiyyat nişanlı, “Mersedec Benz E270 CDİ” minik markalı (Sedan, buraxılış ili 2002, ban WDB2110161A071234) avtomobilə dair vərəsəsi kimi qəbul edilməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual 305-ci maddəsində xüsusi icraat qaydasında baxılan işlərin siyahısı təsbit edilmişdir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Ərizənin məzmunundan görünür ki, ərizəçi 21 oktyabr 2019-cu il tarixdə vəfat etmiş X1 vərəsələri kimi tanınmaları, habelə miras əmlakın qəbul edilməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, lakin belə ərizəyə qanunvericiliyin tələbinə görə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Belə olan halda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, o, ərizəsini mülki prosessual qanunvericiliyin tələblərinə uyğunlaşdırmaqla yenidən məhkəməyə müraciət müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1, X2 və Maraqlı şəxs3 cəlb edilməklə) “vərəsəlik hüququnun, miras əmlakın qəbul edilməsi faktının tanınması”na dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi ərizəsini mülki prosessual qanunvericiliyin tələblərinə uyğunlaşdırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-7015/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7015/2021
09.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver