Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7020/2021 13.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsi 209 saylı evin 79 saylı mənzilinə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsi 209 saylı evin 79 saylı mənzilinə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsi 209 saylı evin 79 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Onun oğlu Cavabdeh 2020-ci ildən Rusiyanın Tümen vilayətinin Tümen şəhərində ailəsi ilə birlikdə yaşayır, artıq 15 ilə yaxındır ki, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Cavabdehə məxsus onun mənzilində heç bir əşya yoxdur. Cavabdehin daimi yaşaması üçün öz yaşayış yeri olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdehin onun mülkiyyətində olan mənzilə istifadə hüququnun saxlanması onun mənzilə mülkiyyət hüquqularını məhdudlaşdırır. Ona görə də Cavabdeh Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsi 209 saylı evin 79 saylı mənzilinə istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, onun İddiaçı ilə birgə nikahından olan oğlu Cavabdeh 2020-ci ildən Rusiyanın Tümen vilayətinin Tümen şəhərində ailəsi ilə birlikdə yaşayır, artıq 15 ilə yaxındır ki, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsi 209 saylı evin 79 saylı mənzilinə görə 25000 manat ödənilmiş, cavabdeh mənzilə olan istifadə hüququnun itirilməsinə razıdır. Ona görə də Cavabdeh Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsi 209 saylı evin 79 saylı mənzilinə istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM 032344 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsi 209 saylı evin 79 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 26.02.2000-ci il tarixdə qeydiyyata alınmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş 03.12.2020-ci il tarixli ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsi 209 saylı evin 79 saylı mənzilində qeydiyyatdadır. Rusiya Federasiyasının vətəndaşı Cavabdeh 10.12.2020-ci il tarixli etibarnaməsindən müəyyən olunur ki, Rusiya Federasiyasının vətəndaşı olan Cavabdeh Rusiya Federasiyasının Kurqan vilayətinin Kurqan şəhəri 1 № SNT Kurqanselmaş 257 ünvanında qeydiyyatdadır. Cavabdeh 10.12.2020-ci il tarixli qəbzindən müəyyən olunur ki, o, atası İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsi 209 saylı evin 79 saylı mənzilində payına düşən 25000 manatı alacağına görə vərəsəlikdən imtina edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək daimi yaşamaq üçün 2000-ci ildən həmin dövlətə köçmüş, qeydiyyatda olduğu atasının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsi 209 saylı evin 79 saylı mənzilinə ehtiyacı aradan qalxdığından bu ünvanda yaşamır. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12.03.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsi 209 saylı evin 79 saylı mənzilində 2000-ci ildən yaşamamaqla, daimi yaşamaq üçün başqa dövlətə köçməklə bu mənzilə istifadə hüququnu itirmişdir. Ona görə də iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsi 209 saylı evin 79 saylı mənzilinə istifadə hüququ itirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-7020/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7020/2021
13.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver