Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7121/2020 08.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçılar İddiaçı1 və digərlərinin (cəmi 10 nəfər) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”ya qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işəburaxmaya görə əmək haqqının əvəzinin ödənilməsi, maddi və mənəvi zərərin, habelə cərimənin ödənilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1 və digərləri (cəmi 10 nəfər) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”ya qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işəburaxmaya görə əmək haqqının əvəzinin ödənilməsi, maddi və mənəvi zərərin, habelə cərimənin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələbinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, iddiaçı subyektlərin tərkibinə görə deyil, tələblərin bağlılığına görə bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirmək hüququna malikdir. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən isə müəyyən edilir ki, hazırki iddia tələbi 10 iddiaçı tərəfindən qaldırılmış və hər bir iddiaçı onun barəsində qəbul edilmiş əmrin ləğv edilməsini, müxtəlif vəzifələrə işə bərpa edilmələrini, müxtəlif məbləğlərdə məcburi işburaxma üçün əmək haqqlarının əvəzinin, habelə müxtəlif məbləğlərdə maddi və mənəvi zərərin ödənilməsini, bununla yanaşı isə qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində cərimənin ödənilməsini tələb edirlər. İddia tələblərinin əsaslandığı hallardan isə aydın olur ki, hər bir iddiaçı ilə ayrı-ayrı əmək müqavilələri bağlanmış və iddia tələbləri də iddiaçıların hər biri ilə ayrı-ayrılıqda bağlanmış əmək müqavilələrindən irəli gələn mübahisə ilə əlaqəlidir. Göründüyü kimi, iddiaçılar bir-biri ilə əlaqəsi olmayan, hər birinin yalnız özü üçün hüquq və vəzifələr yaradan, yaratdığı hüquqi nəticələrinin birinin digəri üçün heç bir əhəmiyyəti olmayan, yəni bir-biri ilə bağlılığı olmayan oxşar tələbləri bir iddia ərizəsində birləşdirmişlər. Belə olan halda, 10 müstəqil iddiaçının tələblərinə bir icraatda baxılması, tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsində, mülki işə qanunla müəyyən olunmuş prosessual müddətlər çərçivəsində baxılmasına maneələr yaradacaqdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.2-ci maddəsində işə bərpa barədə işlərinə baxılması üçün 1 ay prosessual müddət müəyyən edilmişdir. Məqsəd isə hüquq pozuntusunun uzun sürməsinin daha ciddi zərər vurmasının qarşısının almaqdır. Belə olan halda hesab edirəm ki, iddia ərizəsi hazırki formada icraata qəbul oluna bilməz, odur ki, hər bir iddiaçı onunla bağlanmış əmək müqaviləsindən irəli gələn mübahisə ilə əlaqədar ayrı-ayrılıqda ümumi qaydada məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1 və 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə qənaətə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələbinə zidd olduğuna görə iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara izah edilməlidir ki, hər bir iddiaçı ayrı-ayrılıqda iddia ərizəsi ilə ikinci dəfə məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçılar İddiaçı1 və digərlərinin (cəmi 10 nəfər) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”ya qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işəburaxmaya görə əmək haqqının əvəzinin ödənilməsi, maddi və mənəvi zərərin, habelə cərimənin ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, onlar, ayrı-ayrılıqda iddia ərizəsi ilə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-7121/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7121/2020
08.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver